Göyçayda hamilə qadının ölüm səbəbi məlum oldu - TƏFƏRRÜAT
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.
"Report"un xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.
Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.
Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.
Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1886 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYay fəsli Azərbaycana BU TARİXDƏ DAXİL OLACAQ
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əməl
00:25 108 Livanda İsrailin hücumları nəticəsində üç nəfər ölüb
Livanın cənubunda İsrail hücumları nəticəsində üç nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livan milli agentliyi məlumat yayıb. Nabatiyyə, Kafra, Haris və Mansuri şəhərləri yaxınlığında bir neçə yeni zərbə barədə məlumat verilib. Əvvəllər İsrail Müdafiə Ordusu Livanın cənubundak
09.05.2026 154 Bakıda keçmiş məhkum yenə həbs olundu - VİDEO
Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərov saxlanılıb. Ondan 12 kiloqram 305 qram marixuan
09.05.2026 156 "Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur" - Rəsmi AÇIQLAMA
"Ölüm haqqında şəhadətnamənin alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər
09.05.2026 125 Trampın sərt miqrasiya siyasəti: ABŞ-də miqrantlar ölkəni könüllü tərk edirlər
Donald Tramp administrasiyasının miqrasiya qaydalarını sərtləşdirməsi nəticəsində ölkədə yaşayan miqrantların öz istəkləri ilə ABŞ-ni tərk etməyə razılıq verməsi halları artıb. xəbər verir ki, bu barədə ABŞ-nin "Vera Institute of Justice" qeyri-kommersiya qurumunun hazırladığı yeni hesabatd
09.05.2026 163 Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 21,612 milyon ABŞ dolları dəyərində geyim idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 6,103 milyon ABŞ dolları dəyərind
09.05.2026 156 Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb. "Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım
09.05.2026 124 İşlədiyi bağçanın həyətindən meyiti TAPILDI
Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırma aparılır
09.05.2026 179 İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 164