Koronavirusa qarşı profilaktik müalicədə xurmadan istifadə onun dəyərini artırıb

Koronavirusa qarşı profilaktik müalicədə xurmadan istifadə onun dəyərini artırıbYaranmış durumda Ukrayna münaqişəsi ilə əlaqədar yaranan logistika problemlərinə baxmayaraq, Azərbaycanın xurma ixracı artıb. Keçən il Azərbaycan xurması Avropa bazarlarına da çıxarılıb. Ekspertlər hesab edirlər ki, bu məhsulun ixrac həcminin artırılması, ölkəyə əlavə valyuta cəlb edilməsi üçün yaxşı perspektivlər vəd edir.

Pandemiya dövründə ölkələr arasında idxal-ixrac prosesində böyük problemlər yaşandı. Azərbaycan da bu durumdan zərər çəkənlərdən oldu. Pandemiyanın ardınca Rusiya ilə Ukrayna arasında başlanan müharibə də bu ölkələrə ixrac edilən məhsullar üçün əlavə problemlər yaratdı. Lakin hökumət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yerli kənd təsərrüfatı və digər məhsullar üçün adekvat bazarlara çıxış imkanı yarandı. Belə məhsullardan biri də Azərbaycanda yetişdirilən xurmadır. Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifovun açıqladığı statistik məlumatlara görə, dünya bazarlarındakı xurma qıtlığı ötən il Azərbaycan xurmasını Rusiyada 2021-ci illə müqayisədə 30 faiz bahalaşdırıb:

"Azərbaycanın xurma ixrac bazarında əsas iki ölkə - Rusiya və Ukrayna böyük paya sahibdir. Ötən il Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edib. Rusiya-Ukrayna müharibəsi başlayanda biz bu bazarları itirəcəyimizdən qorxurduq. Proqnozlarımız belə idi ki, bu mövsüm bizim üçün heç də yaxşı olmayacaq. Lakin oktyabr-noyabr aylarında həyata keçirilən satış həcmləri proqnozlarla heç də uzlaşmadı".

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

Q.Yusifov deyib ki, Azərbaycan xurması Avropanın bəzi ölkələrinin mağazalarında da görünməyə başlayıb:

"Avropa bazarlarına yavaş-yavaş daxil oluruq. Bunun əsas səbəbi isə İspaniyadakı quraqlıqla bağlıdır".

Göründüyü kimi, dünya bazarında xurma qıtlığı Azərbaycan xurmasına tələbatı artırıb. Eyni zamanda Avropaya da ixrac başlayıb. 2022-ci ildə Azərbaycanın xurma ixracının dəyəri 125,9 milyon ABŞ dolları olub. Artıq bu məhsul ölkəyə xeyli valyuta qazandırır. Gələcəkdə bu meyvənin ixracının artırılması üçün hansı stimulverici addımlar atmaq mümkündür? Azərbaycan xurmasının Rusiyadan başqa bazarlarda yer alması üçün daha hansı işlər görülməlidir?

"İntensiv kənd təsərrüfatı sahələri yaranıb"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı yüksələn xətlə inkişaf edir:

"Dövlət dəstəyi sayəsində bu gün müasir intensiv kənd təsərrüfatı sahələrimiz yaranıb, dünyanın ən yaxşı meyvə və bitki sortları ölkəmizə gətirilib becərilir. Müstəqilliyimizin ilk illərində məhv edilmiş bağ sahələri müasir bağlar əkilməklə yenidən qurulub. Bu da ilbəil istehsalın və ixrac etdiyimiz kənd təsərrüfatı məhsullarının həcminin artmasına gətirib çıxarır. Bu gün Azərbaycan bir neçə kənd təsərrüfatı məhsulu istehsalı üzrə artıq dünyada öncül yerlərdədir. Onu da qeyd edim ki, xurma bağlarımız da yenidən əkilib və məhsul istehsal olunur. Bu məhsul ixrac məhsulları arasında da yer alıb. Belə ki, 2022-ci ildə 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac edilib".

"Sahibkarlar ancaq Rusiya bazarı ilə kifayətlənməməlidirlər"

A.Badamov qeyd edib ki, bununla yanaşı, dünya bazarında da xurmaya tələbat kəskin artıb:

"Daha böyük həcmdə məhsul istehsalı ixrac imkanı yaradıb. Ölkəmizin xurma ixracı bazarı əsasən Rusiyadır. Amma 2022-ci ildə xurmamızı dünya bazarına çıxarmağa nail olmuşuq. Bu da yeni xurma bağlarının əkilməsini aktuallaşdırır. Təbii ki, yeni bağların əkilməsinə dövlət büdcəsindən subsidiya verilir. Bağların genişləndirilməsi isə sahibkarların istəyindən asılıdır. Sahibkar hansı meyvəni daha rentabelli görürsə, onu da əkib becərir. Hesab edirəm ki, artıq ənənəvi ixrac bazarlarımızın genişləndirilməsinin zamanı çatıb. Sahibkarlar ancaq Rusiya bazarı ilə kifayətlənməməli, dünya bazarının tələblərini nəzərə almalı və ixracın şaxələndirilməsinə çalışmalıdır. İxracın şaxələndirilməsi eyni zamanda sahibkarların gəlirlərinin qorunmasına imkan verər və onlar öz məhsullarını daha baha qiymətə ixrac etmək imkanlarını qazanmış olarlar".

"Rusiyada alıcılıq qabiliyyəti aşağı düşüb"

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, əvvəllər Azərbaycan xurmanı əsasən Rusiya bazarlarına ixrac edirdi:

"Məhz bu bazara çıxış imkanı olduğu üçün son on ildə Azərbaycanda xurma bağları genişləndirildi. Sadəcə, ötən il Rusiyada baş verən proseslərlə əlaqədar alıcılıq qabiliyyəti aşağı düşüb. Ona görə də xurma mövsümündə Rusiyaya aparılan məhsulun qiymətləri aşağı oldu və bu da ixracın azalmasına səbəb oldu. Amma indiki halda Rusiya bazarında məhsulun qiyməti qalxıb. Onsuz da yığım dövründən fərqli olaraq yanvar ayında xurmanın qiyməti saxlanma və digər xərcləri üstünə gəlməklə qalxır. Xurmanın qiymətinin 30 faiz artması məsələsinə əvvəlki illərlə müqayisədə aşağı olan qiymətin təkrar artması kimi baxmaq olar".

"Xurmanın maksimum 50-60 faizi ixrac oluna bilər"

C.İbrahimli vurğulayıb ki, Azərbaycan xurmasının Avropa və digər ölkələrə ixracı hər zaman nəzərdə tutulub, gözdən keçirilib və bu imkanlar araşdırılıb:

"Yəni dövlət daşınma, logistika sistemlərini inkişaf etdirir ki, fermerlər ölkədə istehsal olunan məhsullarını xarici bazarlara çıxara bilsinlər və ölkəyə valyuta gəlsin. Digər tərəfdən, fikrimcə, ölkədə istehsal olunan illik xurmanın maksimum 50-60 faizi ixrac oluna bilər. Çünki ixrac edilən məhsul keyfiyyətli olmalıdır. Bağlarda qalan məhsulun digər hissəsi itkiyə gedir. Bu baxımdan bu tipli məhsulların emal sənayesinin ölkədə inkişaf etdirilməsinin tərəfdarıyam. Emal sənayesi inkişaf etdirilərsə, ixrac parametrlərinə uyğun olmayan məhsullar emal edilmiş şəkildə həm daxili, həm də xarici bazarda satıla bilər".

Sanksiyalar və koronovirus

İqtisadçı Aqil Eyvazov bildirib ki, Rusiyada Azərbaycan xurmasına tələbatın artmasının bir səbəbi tətbiq edilən sanksiyalardır:

"Eyni zamanda, xurmanın koronavirusa qarşı profilaktik müalicədə müxtəlif meyvə-tərəvəz məhsulları ilə yanaşı istifadəsinin zəruriliyi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar da tələbatın artmasına səbəb olub. Deyə bilərəm ki, məsələyə təkcə xurma istehsalının və ixracının stimullaşdırılması fonunda deyil, ümumiyyətlə, ölkəmizdə ərzaq təhlükəsizliyi, yoxsulluğun və işsizliyin azaldılması, məşğulluğun və ixrac potensialının artırılmasının təmin edilməsi məqsədi ilə kənd təsərrüfatına hər zaman ehtiyacı olan dövlət dəstəyinin verilməsi kontekstində baxmaq lazımdır. Azərbaycanın əlverişli təbiəti demək olar ki, hər növ kənd təsərrüfatı məhsulunun yetişdirilməsinə imkan verir. Ölkəmizin daxili tələbatını ödəməklə yanaşı, kənd təsərrüfatı məhsullarımız keyfiyyətinə görə beynəlxalq rəqabətqabiliyyətlidir və yüksək ixrac potensialına malikdir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1213   Tarix: 21 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.