Qadın maşınına mindiyi leytenantı bıçaqladı: "Mənə elə təkliflər etdi ki..." - Gəncədə şok

Qadın maşınına mindiyi leytenantı bıçaqladı: "Mənə elə təkliflər etdi ki..." - Gəncədə şokGəncə şəhərində 1989-cu il təvəllüdlü Aybəniz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Əliyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

BiG.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 6 dekabr 2021-ci ildə Gəncənin Təbriz küçəsində yerləşən "Lukoil " adlanan yanacaqdoldurma məntəqəsində baş verib.

Orada Aybənizlə Əlinin arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Münaqişə zamanı Aybəniz ona bıçaqla xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Aybənizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

"Ərimdən boşanmışam"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aybəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, ailə üzvləri ilə birlikdə Daşkəsəndə qeydiyyatda olsa da, Gəncə şəhərində mərmər sexinin yanında fərdi yaşayış evində kirayədə qalır: "Himayəmdə azyaşlı övladım var. Əlini bıçaqla vurmamışdan iki gün əvvəl tanımışam. Onunla heç bir düşmənçiliyim və yaxud ədavətim olmayıb.

"Lukoil" yanacaqdoldutrma məntəqəsində xadimə işləyirdim. Ərimdən ayrıldıqdan sonra iki azyaşlı övladlarımdan biri atasında qalıb, biri isə mənim himayəmdədir. Övladımı bağçaya qoyuram. İşdən evə və uşağı bağçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarında təsadüfən həmin istiqamətə gedən tanımadığım avtomobillərə əl edirdim.

Avtomobillərdən saxlayan olanda maşına minib uşağımı bağçadan götürürdüm və yaşadığım evə gedirdim".

"Mənə "bacı" deyə müraciət etdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 4-də səhər tezdən yaşadığı Savalan küçəsindən iş yerinə gəlmək üçün "Mercedes" markalı avtomobilə əl edib: "Xahiş etdim ki, məni işlədiyim "Lukoil" yanacaq doldurma məntəqəsinə aparsın. Sürücü də razılaşdı. Uşaqla avtomobilə əyləşdim. Yolda sürücü özünün hərbçi olduğunu bildirdi. Məndən mobil nömrəmi istədi ki, evimlə iş yeri arasında olan məsafəni tez-tez gedib-gəlir, lazım olsa məni də avtomobili ilə aparıb-gətirsin.

Mən də mobil nömrəmi ona verdim. Həmin şəxs mənə "bacı" deyə müraciət etdi. Dedi ki, nə vaxt lazım olsa, avtomobili ilə məni işdən evə və ya əksinə aparacaq. Sonra məni yanacaqdoldurma məntəqəsində düşürdü".

"Bildirdi ki, ərin yoxdur, sənə kişi lazımdır"

Aybənizin sözlərinə görə, həmin günü günorta saatlarında Əli ona zəng edib: "Dedi ki,səhər tezdən səni maşınla aparan şəxsdir. Dedim, lap yaxşı. Sonra qayıtdı ki, o da boşanıb və boşanmış bir qadın kimi məndən xoşu gəlir, mənimlə cinsi əlaqədə olmaq istəyir, lazımdırsa otel danışsın. Mən də ona düşündüyü kimi qeyrətsiz qadın olmadğımı bildirdim. Ona boşanmağına inanmadığımı da dedim. Həmin vaxt Əli evli olduğunu etiraf etdi. Bildirdi ki, onsuz da ərin yoxdur, sənə də kişi lazımdır, məni arvad kimi saxlaya bilər.

Dedi ki, çox vəzifəli şəxsin arvadını altından çıxarıb saxlayıb, çox qeyrətli qadını yoldan çıxarıb. Sonra söylədi ki, birinci günü axşam işdən çıxandan sonra otel danışacaq və mənimlə oteldə cinsi əlaqədə olacaq. Tapşırdı ki, uşağı müvəqqəti saxlamaq üçün harasa qoyum. Mən də cavabımda dedim ki, dünya dağılsa da, uşağı heç kimin yanına qoymayacam.

Üstəlik bildirdi ki, oteldə mənimlə iyrənc formada, arxa və qabaq nahiyədən cinsi əlaqədə olacaq.

Əlinin mənə əxlaqsız təkliflər etməyi çox pisimə gəldi, ondan qisas almaq fikrinə düşdüm. Ona görə də birinci günü oteldə mənimlə cinsi əlaqədə olmaq təklifinə "hə" dedim. Məqsədim o idi ki, Əli məni otelə aparsın, ondan sonra onunla baş-başa qalım və bıçaqla onu vurub başa salım ki, əxlaqsız qadın deyiləm".

"Dedi ki, avtomobildə də əxlaqsız hərəkətlər edərəm"

Aybənizin ifadəsinə görə, səhəri günü Əli yenə də ona zəng edib: "Bildirdi ki, birinci gün axşam işdən çıxandan sonra ötelə gedəcəyik. Oteldə əvvəlcə mənim seksin iyrənc formasını edəcəyimi, sonra isə təbii və qeyri-təbbi yolla cinsi əlaqədə olacağımızı söylədi. Əlini inandırmaq üçün cavab verdim ki, narahat olma, otelə gedəcəyik və hansı formada desən, səninlə həmin formada cinsi əlaqədə olacam. Həmçinin dedi ki, avtomobildə qabaqda oturaram, orda da əxlaqsız hərəkətlər edərəm. Etiraz etdim ki, avtomobildə arxada oturacam. Ona bildirdim ki, onsuz da otelə gedirik, nə lazımdırsa orada edərəm.

Əlinin sözləri və mənə əxlaqsızlıq təklif etməsi çox pisimə gəldi. Yaşadığım evdə mətbəxdən kiçik ölçülü bıçağı götürüm və əl çantama qoydum ki, Əli ilə görüşəndə onu vurum".

"Mənə əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğumu dedim"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün səhər saat 7 radələrində azyaşlı oğlu ilə yoldan keçən tanımadığı avtomobillə Gəncə-Qazax avtomobil yolunda yerləşən və Daşkəsən rayonuna gedilən böyük körpünün altına gedib: "Orada Əliyə zəng etdim və dedim ki, onu gözləyirəm, gəlsin.

Əli gəldi, azyaşlı oğlumla avtomobilin arxa oturacağında əyləşdim. Dedim ki, telefonda mənə etdiyi əxlaqsız təklifləri üzümə desin. O üzümə qarşı əvvəlki gün dediklərini təkrarladı. Əsəbi formada dedim ki, sür avtomobili, gedək. Bildirdim ki, avtomobili işlədiyim yanacaqdoldurma məntəqəsinə sürsün, guya uşağın sənədlərini götürəcəm.

Məqsədim o idi ki, Əlini elə işlədiyim yanacaqdoldurma məntəqəsində bıçaqla vurum, birdən hərəkətdə olan zaman vuraram, avtomobil qəzaya düşər, övladım da xəsarət alar.

Biz avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olan kimi çantamda olan bıçağı çıxardım və Əliyə əvvəlcə sağ bədən nahiyəsinə iki dəfə vurdum. Əli avtomobil hərəkətdə ola-ola sol ayağını avtomobildən yerə saldığı üçün 4-5 dəfə də onun buduna vurdum.

Əli avtomobili saxlayıb yerə düşdü, mən də sürücü tərəfdən avtomobildən endim. Onu yenidən bıçaqla vurmaq istədim. Lakin Əli məndən aralaşdığı, yanacaqdoldurma məntəqəsində işləyən şəxslər mane olduğu üçün onu daha vura bilmədim. Ancaq əsəbdən həm əlimdə olan bıçaqla, həm də ayağımla Əlinin maşınına zərər vurmağa başladım.

Əli avtomobilə əyləşdi və yanacaqdoldurma məntəqəsindən uzaqlaşdı. Mən də bıçağı yanacaqdoldurma məntəqəsində özümə məxsus otaqda pəncərənin yanına qoydum. Sonra oğlumu bağçaya apardım. Daha sonra qayıdıb təmizlik işlərini gördüm. Sonra polisə gedərək tanımadığım bir nəfəri mənə əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğumu dedim".

"Uşağa rəhmim gəldi"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlinin sözlərinə görə, ailəsi ilə Göygöl rayonunda yaşayır: "Hərbi sahədə işləyirəm, baş leytenantam. Evliyəm, himayəmdə 3 azyaşlı övladım var".
Əli qeyd edib ki, Aybənizi tanıyan vaxtadək onunla hər hansı münasibəti olmayıb: "Yaşadığım Göygöl rayonundan "Mercedes Benz" markalı avtomobilimlə Gəncə şəhəri ərazisində yerləşən hərbi hospitala gəlib-getmişəm. Həmişə olduğu kimi dekabrın 4-də saat 8 radələrində idarə etdiyim avtomobillə hospitala yola düşdüm. Gəncə şəhəri istiqamətində hərəkətdə olan vaxt yolun kənarında bir nəfər qadının yanında azyaşlı uşaqla dayandığını gördüm.

Qadının yanına çatanda qadın mənə tərəf əl ilə işarə etdi. Əvvəlcə avtomobili dayandırmaq istəmədim. Çünki valideynlərim mənə nəsihət ediblər ki, yolda qadın gördüyün halda heç vaxt avtomobili dayandırmayım. Lakin qadının yanında azyaşlı uşaq dayandığına və səhər tezdən hava soyuq olduğuna görə uşağa rəhmim gəldi.

Qadın avtomobilin arxa sağ qapısını açaraq məndən xahiş etdi ki, onu işlədiyi "Lukoil" yanacaqdoldurma məntəqəsinə aparım. Mən də etiraz etmədim, qadın uşağı ilə avtomobilin arxa oturacaqlarında əyləşdilər".

"Mobil nömrəsini mənə verdi"

Zərərçəkmiş qeyd edib ki, bundan sonra avtomobilini Gəncə şəhəri istiqamətində idarə etməyə başlayıb: "Yolda Aybəniz "Lukoil" yanacaqdoldurma məntəqəsində xadimə işlədiyini, azyaşlı uşağını isə Gəncə şəhərində bağçaya qoyduğunu bildirdi.

Söhbət zamanı Aybəniz ərindən ayrıldığını və azyaşlı uşağı ilə birlikdə yaşadəğını da dedi. Mən də hərbiçi olduğumu, hər gün Göygöl rayonuna gedib-gəldiyini söylədim. Aybəniz dedi ki, hər gün azyaşlı uşağı ilə Gəncə şəhərinə gəlib, uşağını bağçaya qoyduqdan sonra özü xadiməçi işlədiyi yanacaqdoldurma məntəqəsinə gedir.

Gəncə şəhərindən aralı yaşadığı üçün hər gün gəlib-getməyin çətin olduğunu bildirdi. Təklif etdim ki, hər gün Gəncə şəhərinə gəlib-getdiyim üçün onu da yolüstü götürə bilərəm. Aybənizdən mobil telefon nömrəsini istədim. O da etiraz etməyərək mobil nömrəsini mənə verdi.

Aybəniz bildirdi ki, şənbə-bazar bağça işləmədiyi üçün azyaşlı uşağını özü ilə yanacaqdoldurma məntəqəsinə aparır".

"Dedim ki, subay bir kişi kimi ondan xoşum gəlir"

Zərərçəkmiş şəxsin sözlərinə görə, Aybənizi və uşağını işlədiyi yanacaqdoldurma məntəqəsinə aparıb və sonra xidmət etdiyi hərbi hospitala gedib: "Günorta saatlarında işdə olan vaxt hal-əhvalını soruşmaq üçün Aybənizə zəng etdim. Daha dəqiq desəm, Aybənizə xoşum gəldiyi üçün onunla səmimi münasibət qurmaq fikrimdə oldum. Fikirləşdim ki, boş vaxtlarında görüşüb, onunla restoranların birində yemək yeyərəm.

Rədd cavabı almamaq üçün əvvəlcə yalandan dedim ki, boşanmışam, subay bir kişi kimi ondan xoşum gəlir. Aybəniz də bildirdi ki, düşündüyün kimi qeyrətsiz qadın deyiləm, mənim də boşanmağıma inanmır. Məcbur qalıb evli olduğumu etiraf etdim.

Aybəniz bildirdi ki, əgər fikilərimiz üst-üstə düşsə, birgə səmimi münasibət qurarıq. Telefonda danışan zaman dedi ki, gərək onu arvadım kimi saxlayım. Mən də geniş maddi imkanımın olmadığını, himayəmdəki 3 azyaşlı uşağın qayğısına qaldığımı bildirdim.

Aybəniz dedi ki, istəsən məni saxlaya bilərsən, çünki hərbçilərin maaşı yüksəkdir. Söhbətdən belə başa düşdüm ki, o, imkanlı kişi axtarır".

"Təngə gətirdi..."

Əli qeyd edib ki, bundan sonra Aybənizlə soyuq danışmağa başlayıb və münasibətlərə son qoymağa çalışıb: "Çünki aylıq məvacibim ailəmin tələbatını birtəhər ödəyir. Həmin gün Aybənizlə bir neçə dəfə mobil telefon vasitəsilə əlaqə saxladım, hal-əhval tutsam da, onun bezdirici söhbətlər etməsi, yəni məndən pul istəməsi, onu saxlamağa məcbur eləməsi məni təngə gətirdiyi üçün onun nömrəsini bloka atdım".

Zərərçəkmiş qeyd edib ki, sonrakı günlər Aybəniz ona dəfələrlə zəng edib: "Dekabrın 5-də Aybəniz mənə zəng etdi, istirahət günü olduğu üçün otelə getməyi təklif elədi. Buna razı olmadım, evdə işlərim çox olduğunu bəhanə etdim, onunla otelə getməkdən boyun qaçırdım".

Zərərçəkmiş ifadəsində göstərib ki, dekabrın 6-da yuxdan oyananda Aybənizin ona zəng etdiyini görüb, onunla əlaqə saxlayıb, işə gedəndə yolüstü Aybənizi də götürüb.

"30-40 manata gücüm çatacağını bildirdim"

Əli deyib ki, yolda Aybəniz ondan mobil telefon nömrəsini bloklanmış zənglər siyahısına əlavə etməsinin səbəbini soruşub, onunla əsəbi danışmağa başlayıb: "Mən də dedim ki, onu saxlamağımı tələb etdiyi üçün bu üsula əl atdım. Aybəniz yolda məndən pul istədi. Üzərimdə 21 manat pul olduğu üçün ona veriləcək əlavə pulum olmadığını, olan pula evə ərzaq alacağımı söylədim. Dekabrın sonlarında maaşımı alanda kommunal xərclərinə kömək məqsədilə 30-40 manat verməyə gücüm çatacağını bildirdim.

Bundan sonra Aybəniz avtomobili yanacaqdoldurma məntəqəsinə sürməyimi istədi. Mən isə uşağını bağçaya aprmayacağını soruşdum. Bildirdi ki, iş yerindən uşağının paltarını götürüb, sonra bağçaya aparacaq. Ounla razılaşdım, avtomobilini yanacaqdoldurma məntəqəsi istiqamətində idarə etməyə başladım.

Yanacaqdoldurma məntqəsinə daxil olub maşını saxladım. Aybənizin sağ bədən nahiyəmə iki dəfə zərbə vurduğunu hiss etdim. Əvvəlcə onun məni yumruqla vurduğunu güman etdim. Salonun içərisində olan güzgüdən arxaya baxanda gördüm ki, Aybənizin əlində bıçaq var. Dərhal avtomobildən yerə düşmək istəyəndə Aybəniz əlindəki bıçaqla sağ ayağımın bud nahiyəsindən də bir neçə zərbə vurdu".

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsin dediklərinin yalan olduğunu söyləyib. Deyib ki, onun Aybənizi otelə aparmaq fikri olmayıb.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aybənizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 3 il sınaq müddəti olmaqla 3 il 5 ay 28 gün müddətinə şərti cəza verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1123   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.