Mirzoyan Azərbaycanla yeni müharibəyə çağırdı - Avroparlament niyə susdu...

Mirzoyan Azərbaycanla yeni müharibəyə çağırdı - Avroparlament niyə susdu...Elşad Həsənov: "Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəcək və orada öz hakimiyyətini bərpa etməklə, Ermənistanı işğal edəcək"

24 yanvar tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsinə dair təklif səsləndirib.

Azərbaycan XİN buna etirazında bildirib ki, Ermənistan rəhbərləri tərəfindən müharibəyə çağırış ideyalarının yeni olmadığı məlumdur: "Hələ 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır", keşmiş müdafiə naziri Tonoyan isə "yeni torpaqlar üçün yeni müharibə" barədə fikirlər səsləndirib. Xarici işlər naziri Mirzoyanın hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir".

Ermənistanı hazırkı məqamda belə ritorikaya qayıtmağa nə vadar edir və Avroparlament buna niyə öz etirazını bildirmir?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, son zamanlar Ermənistanın siyasi rəhbərliyinin sülh sazişindən qaçması, üzərinə götürdüyü 2020-ci il noyabrın 10-da bağlanmış öhdəliyi yerinə yetirməməsi, Paşinyanın öz imzasını qoyduğu sənədin bir neçə bəndini yerinə yetirməməsi, Azərbaycan ərazisində Ermənistanın silahlı quldur dəstəsinin olması, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin açılmaması və digər bütün məsələlər Ermənistanın necə yolda olduğunu açıq-aydın göstərir: "Azərbaycan isə bütün öhdəlikləri yerinə yetirib. Biz artıq həmin dəhlizlə bağlı yolumuzu da çəkmişik. Və bu haqda da cənab Prezident dəfələrlə bildirib ki, bu dəhliz açılacaq. Çünki orada Ermənistanın baş nazirinin qolu var. Bu üçtərəfli razılıq əsasında imzalanıb. Ancaq görünən odur ki, son dövrlər Ermənistan siyasi vektorunu dəyişir, Rusiyadan qopmağa çalışır. Ona görə də son zamanlar Avropa İttifaqı ilə Amerikaya daha çox üz tuturlar, görüşlər keçirirlər. Avropa İttifaqının yetkililəri İrəvana gəlir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar bu günlərdə İrəvanda oldu. Ancaq qayıdandan sonra yenidən Ararat Mirzoyanın Brüsselə səfəri zamanı onunla da görüşdü. Eyni zamanda Avropa Parlamentinin rəhbərləri ilə, Jozef Borellə görüş keçirildi. Eyni zamanda NATO - nun baş katibi Jens Stoltenberqlə, Belçikanın xarici işlər naziri ilə də görüşlər keçirildi. Bu görüşlərin hamısında yenə də yalançı məlumatlar, yalançı bəyanatlar səsləndi. Guya Qarabağın blokadada qalması, yolun bağlanması haqqında yalan məlumatlar verildi və orada bunun müharibə, silah yolu ilə açılmalı olduğu bildirildi. Bu doğrudan da çox acınacaqlı bir məsələdir. Ermənistan bu ritorika ilə nə demək istəyir? Mən bildirmək istəyirəm ki, son zamanlar aktivləşən antirus təbliğatı Rusiyaya, Putin siyasətinə qarşı Ermənistanda çox nəzərə çarpır. Artıq bunu Ermənistanın özündə də bildirirlər ki, Ermənistan dövlətin xalis siyasətini dəyişir, Rusiyaya yox, Qərbə və Amerikaya üz tutur. Ancaq Azərbaycan əvvəl dediyi həmin prinsiplərdə qalır. Söz verdiyi bütün işlərə Azərbaycan əməl edir. Ermənistan isə Avtopa İttifaqı ilə apardığı aktiv siyasət nəticəsində yalan məlumatlar yayır ki, guya Azərbaycan burda etnik təmizləmə aparmaq istəyir. Avropa İttifaqı yetkililəri gərək bilsin ki, Ermənistanın özü orada yaşayan 250 mindən artıq azərbaycanlının hamısını deportasiya etdi. Etnik təmizləmə budur. Ancaq onların siyasiləri bu gün də bilirlər ki, Azərbaycan ərazisində, Bakıda və Azərbaycanın rayonlarında 30 mindən artıq erməni yaşayır. Yəni biz nə qədər tolerant xalqıqsa, ermənilər də bir o qədər onun əksi millətdir. Və yenə də onları dinləyirlər, onlara kəskin cavab vermirlər. Bu da ikili standartlardan irəli gələn bir məsələdir. Bütün bunlara baxmayaraq, onların arxalanacağı qüvvə qalmadığı üçün heç nə edə bilməyəcəklər".

Ekspertin sözlərinə görə, Avropa İttifaqından missiya olaraq yenidən 200 nəfər gəlir: "Onlar Azərbaycanla sərhəd rayonlarda yerləşəcək və müşahidə aparacaqlar. Amma mən düşünürəm ki, bu da elə bir effekt verməyəcək. Bu, Ermənistanın apardığı geopolitik avantüradır. Rusiyanın indiki vəziyyətindən istifadə edən Qərb Ermənistanda, Cənubi Qafqazda vəziyyəti öz nəzarətinə götürmək istəyir. Ancaq mən elə fikirləşirəm ki, onlar Rusiyasız heç nə edə bilməzlər. Son zamanlar Rusiya mətbuatında səslənən fikirlər reallığa çevriləcək. Yəni Rusiya Ermənistana hərbi yolla öz yerini göstərəcək və orada öz hakimiyyətini bərpa etməklə, Ermənistanı işğal edəcək. Yollar hamısı ona aparır. Ona görə, Mirzoyanın belə çıxışı ancaq Ermənistanın özünə ziyan olacaq. Mən bunu avantüra adlandırıram. Bu, Ermənistana heç bir xeyir gətirəcək hal deyil".(milli.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 941   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.