İctimai yerlərdəki "Wi-Fi"ların təhlükəli olduğunu bilirdinizmi? - RİSKLƏR

İctimai yerlərdəki "Wi-Fi"ların təhlükəli olduğunu bilirdinizmi? - RİSKLƏRİnternetə pulsuz giriş nöqtələri restoranlarda, otellərdə, hava limanlarında, kitab mağazalarında və hətta müxtəlif pərakəndə satış mağazalarında mövcuddur. Mobil internetimiz olsa belə, bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulub, istifadə edə bilirik. Lakin bu azadlıq bizə baha başa gələ bilər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Yazını təqdim edirik:

Bir çoxumuzun restoranlarda, hotellərdə və digər ictimai yerlərdə maraqlandığımız ilk nüans məkanda "Wi-Fi" şəbəkəsinin olub-olmamasıdır. İnternetə pulsuz giriş nöqtələri restoranlarda, hotellərdə, hava limanlarında, kitab mağazalarında və hətta müxtəlif pərakəndə satış mağazalarında mövcuddur. Mobil internetimiz olsa belə, bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulub, istifadə edə bilirik. Lakin bu azadlıq bizə baha başa gələ bilər. "Burada Wi-Fi var?" sualının yarada biləcəyi təhlükələri araşdırdıq. Bütün şəxsi, kart məlumatlarımızın telefonda olduğunu nəzərə alsaq, bizi hansı risklər gözləyir?

Məlumatların oğurlanma riski yüksəkdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sorğumuza cavab olaraq bildirdi ki, ictimai "Wi-Fi" şəbəkəsindən istifadə edərkən istifadəçilərə məxsus məlumatların oğurlanma riski yüksəkdir: "Bu səbəbdən ictimai "Wi-Fi" şəbəkəsinə qoşularkən diqqətli olmağı, bu şəbəkələrdən istifadə edərkən bank kartı məlumatlarını daxil etməməyi, onlayn hesablara giriş etməməyi, həmçinin digər fərdi məlumatları ötürüb, qəbul etməməyi tövsiyə edirik"

Məlumatlarınızı özünüz təqdim edirsiniz

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilov deyir ki, ictimai "Wi-Fi"dan istifadə etdikdə, məlumatlarınız marketinq və kommersiya fəaliyyətləri üçün istifadə edilə bilər: "Wi-Fi" təmin edən məkanlar istifadəçilərinə açıq və ya təhlükəsiz parolla şifrələnmiş bağlantılar verir. Bəzi pulsuz ictimai "Wi-Fi" şəbəkələri isə sizdən mobil nömrəniz və ya sosial profiliniz kimi bəzi şəxsi məlumatlarınızı təqdim etməyinizi istəyir. Bu məlumatlar sonradan marketinq və kommersiya fəaliyyətləri üçün istifadə edilə bilər. Yəni öz məlumatlarınızı özünüz təqdim edirsiniz".

Evimizdəki "Wi-Fi" ilə haker hücumuna məruz qala bilərikmi?

Evdə istifadə etdiyimiz "Wi-Fi" şəbəkəsinin təhlükəsizliyinə gəldikdə isə, mütəxəssis deyir ki, ev "Wi-Fi" sistemlərinin ilkin quraşdırılmasında həmişə standart şifrələmə protokollarından (WPA2/WPA3) istifadə etməli və çətin parol qurulmalıdır: "Bundan əlavə, "Wi-Fi" şəbəkəsini "gizli" (yəni axtarışda görünməyən) rejimə salmaq lazımdır. Bütün bunlar evinizdə "WiFi"dan rahat, təhlükəsiz istifadənizi təmin edəcək".

Man-in-the-Middle hücumları

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasının Kibertəhlükəsizlik Komitəsinin mütəxəssisi Eldar Qurbanov deyir ki, ictimai "Wi-Fi" şəbəkələri üzərindən istifadəçilər üçün çoxlu sayda risklər yaranır. Mütəxəssis iddia edir ki, biznes sahibləri müştərilərinə keyfiyyətli xidmət təqdim etdiklərinə inansalar da, ictimai "Wi-Fi"la bağlı təhlükəsizlik zəifdir və ya ümumiyyətlə yoxdur: "Bu şəbəkələrdə ən çox yayılmış təhlükələrdən biri Man-in-the-Middle-Ortada adam (MITM) hücumu adlanır. Əslində, MITM hücumu dinləmənin bir formasıdır. Kompüter internetə qoşulduqda məlumat A nöqtəsindən (cihaz) B nöqtəsinə (xidmət/veb-sayt) göndərilir. Bu zaman kibercinayətkar bu ötürmələr arasına daxil ola bilər. Beləliklə, şəxsi hesab etdikləriniz artıq şəxsi deyil. Fırıldaqçılar həmçinin fişinq e-poçtlarından istifadə edərək MITM hücumunu həyata keçirə bilərlər. Bu e-məktublarda onlar sizi aldadaraq şəxsi məlumatlarınızı paylaşmaq üçün etibarlı mənbə adından çıxış edəcəklər".

Şifrələnməmiş şəbəkələr

Mütəxəssis vurğulayır ki, ictimai "Wi-Fi" təhlükəsizliyi ilə bağlı risklərdən qorunmaq üçün şifrələnmiş şəbəkələrdən istifadə edilməlidir: "Şifrələnmiş şəbəkədən istifadə edərkən, cihazınız və "Wi-Fi" routerlər arasında göndərilən məlumat "gizli kodda" olur. Buna görə heç kim açar olmadan məlumatı görə bilməz. Əksər "Wi-Fi" routerlərdə şifrələmə standart olaraq söndürülüb və şəbəkə qurarkən yandırılmalıdır".

Zərərli proqramların paylanması

E.Qurbanovun sözlərinə görə, proqram təminatı zəiflikləri sayəsində kibercinayətkarın siz bilmədən zərərli proqram təminatını kompüterinizə keçirə bilməsi yolları da var: "Proqram təminatı zəifliyi əməliyyat sistemində və ya proqram təminatında aşkar edilmiş təhlükəsizlik boşluğudur. Hakerlər xüsusi boşluğu hədəfləmək üçün kod yazmaqla, bu boşluqdan istifadə edə və sonra zərərli proqramı cihazınıza yeridə bilərlər. Həmçinin kibercinayətkarlar "Wi-Fi" siqnallarını dinləməkdə onlara kömək etmək üçün xüsusi proqram dəstləri və hətta qurğular ala bilərlər. Bu texnika onlara onlayn etdiyiniz hər şeyə daxil olmaq imkanı verə bilər ".

Cinayətkarlar qurbanlarını hotspotlarla da aldadırlar

Mütəxəssis vurğulayır ki, cinayətkarlar qurbanlarını hotspotlarla da (zərərli qaynar nöqtələr) aldadırlar: "Məsələn, hoteldə qalırsınız və hotelin "Wi-Fi" şəbəkəsinə qoşulmaq istəyirsiniz. Hotelin adının üzərinə kliklədiyiniz zaman düzgün olan "Wi-Fi" şəbəkəsini seçdiyinizi düşünə bilərsiniz, lakin belə olmaya da bilər. Kibercinayətkarlar tərəfindən yaradılan qaynar nöqtəyə qoşulursunuz. Məhz o nöqtədə şəxsi məlumatlarınız kibaercinayətkarların əlinə keçir".

Mütəxəssislər ictimai yerlərdə sadaladığımız risklərdən qorunmaq üçün mobil internetdən istifadə etməyi tövsiyə edirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 867   Tarix: 29 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 120
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 548
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 299
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 159
.

Qaralmış gümüşü ovmadan təmizləyən üsul

Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ

01.11.2026 462
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 347
.

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo

31.10.2026 427
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 177
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 526
.