Çinarə ilə nişanlanan həkimlə bağlı iddia

Çinarə ilə nişanlanan həkimlə bağlı iddiaTanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərməsi ilə bağlı iki il öncə yayılan iddialar yenidən gündəmə gəlib.

Axşam.az xəbər verir ki, bununla bağlı feminist fəal Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, o, iki il öncə paylaşdığı məlumatlarda həkimin həyat yoldaşına və iki azyaşlı övladına qarşı fiziki və psixoloji zorakılıq etdiyini, onları neçə gün işıqsız, qazsız qoyduqdan sonra yaşadıqları birgə nikah dövründə əldə edilmiş evdən çıxarılmaqlarına nail olduğunu yazmışdı. İddiaya görə, evdən heç nə götürmədən çıxan qadın sonradan geyim və əşyalarını tələb etsə də, götürə bilməyib. Bundan əlavə, aktivistin sözlərinə görə, hətta uşaqlarının dəftər-kitabını da qaytarmadığı üçün onlar məktəbə gedə bilməyiblər.

Mövzu ilə bağlı yenidən paylaşım edən Gülnarə Mehdiyeva hazırda həkimin övladları üçün ödəməli olduğu alimenti də vermədiyini deyir:

"Bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda, o, öz gəlirini rəsmi olaraq işlədiyi klinikada 150 manat göstərib və iki uşağa görə ona ən minimum - 350 manat aliment təyin olunub. Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə qadını ona yalvarmağa məcbur edir".

G.Mehdiyevanın sözlərinə görə, həkimin yaşadığı ev əslində məhkəmə vasitəsilə keçmiş həyat yoldaşı ilə arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir:

"O keçmiş həyat yoldaşına atdığı səs yazısında 4 aydır ki, heç bir əməliyyat etmədiyini və bir qəpik pulu olmadığını deyib. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir. Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq. Vəkilimiz onun gəlirlərinin müəyyən edilməsi üçün lazımi yerlərə müraciət edəcək".

İddialarla bağlı Ruslan Rəsul "Qafqazinfo"ya açıqlamasında bildirib ki, haqqında yazılanlar tamamilə yalandır:

"2021-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Boşanmaq üçün müraciəti də mən etmişəm. Şiddət görən bir xanım idisə niyə boşanmırdı? Şiddət görən mənəm. Bütün gün haqqımda yalan məlumatlar paylaşırlar. Elə həmin il məhkəmə qərarı ilə aliment də kəsilib və hər ay ödənişi edirəm. Onlar düz bir il mənə uşaqlarımı göstərməyiblər. İndi özü xaricdədir. Uşaqları da qoyub burda gedib. 8 aydır uşaqlardan uzaqdadır. Hansı ki, vaxtilə uşaqların ölkədən getməsi ilə bağlı müraciət olunmuşdu və mən icazə vermişdim. Amma özü ilə aparmadı. Mən həftədə iki dəfə uşaqlarımla görüşürəm, nəyə ehtiyacları varsa onu da edirəm. Yazırlar ki, mən onun əşyalarını, paltarlarını verməmişəm. Onun heç nəyi məndə qalmayıb. Dövlətin qanunları var və mən hamısına riayət edirəm. Aliment üçün məhkəməyə müraciət ediblər. Qalxacaq, onu da ödəyəcəm. Mən hazırda subay adamam, evlənə bilərəm. Öz işləri ilə məşğul olsunlar".

Məsələ ilə əlaqədar R.Rəsulun keçmiş xanımının vəkili Zibeydə Sadıqova bildirib ki, hazırda alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət olunub:

"İşimiz Yevlax Rayon Məhkəməsindədir. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı Ali Məhkəməyə müraciət etmişik. O da hələ təyin olunmayıb".

Qeyd edək ki, estetik cərrah Ruslan Rəsul tanınmış teleaparıcı Çinarə Əliyeva ilə nişanlıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2497   Tarix: 31 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.