Polis şöbəsində əşyaları sındıran şəxs həbs edildi
Qobustanda polisin əmrinə tabe olmayan şəxs həbs edilib.
BiG.AZ "unikal"a istinadən xəbər verir ki, hadisə yanvarın 28-də qeydə alınıb.
Belə ki, Qobustan rayonu Yekəxana kənd sakini Hüseyn Əliyarov (ad və soyad şərtidir) xuliqanlıq əməli törətdiyinə görə saxlanılaraq Qobustan Rayon Polis Şöbəsinə gətirilib. Orada baş təhqiqatçı Elşən Eyvazovla aralarında mübahisə yaranıb və Hüseyn polis şöbəsinin inzibati binasında səs-küy salıb.
Baş təhqiqatçı Elşən Eyvazov məhkəmədə verdiyi ifadəsində qeyd edib ki, saxlanılan şəxs ondan izahat alınan zaman özünü çox aqressiv apararaq izahat verməkdən imtina edib və ona qarşı zor tətbiq edib. Hüseyni dəfələrlə nizam-intizama dəvət etməsinə baxmayaraq, saxlanılan şəxs həmin əməllərini davam etdirib və xidməti otaqda olan mebel dəstinin şüşəsini sındırıb, polisin qanuni tələblərinə tabe olmayıb.
H.Əliyarov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Qobustan Rayon Məhkəməsinin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 31 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO
"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm
09.05.2026 117 Trampın sərt miqrasiya siyasəti: ABŞ-də miqrantlar ölkəni könüllü tərk edirlər
Donald Tramp administrasiyasının miqrasiya qaydalarını sərtləşdirməsi nəticəsində ölkədə yaşayan miqrantların öz istəkləri ilə ABŞ-ni tərk etməyə razılıq verməsi halları artıb. xəbər verir ki, bu barədə ABŞ-nin "Vera Institute of Justice" qeyri-kommersiya qurumunun hazırladığı yeni hesabatd
09.05.2026 163 Prezidentin sosial şəbəkə hesablarında Şükürbəyli kəndinə səfərlə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
00:07 105 ÜST-dən hantavirus açıqlaması gəldi
Fransa hakimiyyəti hantavirus infeksiyası aşkarlanan şəxslərlə təmasda olan səkkiz nəfəri nəzarət məqsədilə karantinə götürüb. xəbər verir ki, onlardan biri virus daşıyıcısının olduğu təyyarədə səyahət edib, digərləri isə MV Hondius kruiz gəmisindən enən sərnişinlə əlaqədə olublar. Hazırda gəmidə ola
09.05.2026 204 Pensiyalarla bağlı MÜJDƏ: ARTIM OLACAQ - Belə hesablayın
Azərbaycanda işləməyə davam edən pensiyaçıların ödənişlərində iki mərhələli artım nəzərdə tutulur. Belə ki, ilk növbədə pensiyalar indeksləşdiriləcək, ikinci hissədə isə işlədikləri dövrdə topladıqları pensiya kapitalı yenidən hesablanacaq. Hazırda pensiya yaşı çatsa da işləməyə davam edən təxminən 20
09.05.2026 192 Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur. Ümumi əmanət portfelinin 9
09.05.2026 142 İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında ümummilli liderin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
00:29 89 Başqasına düzəltdiyi məzardaşı ölümünə səbəb oldu
Qaradağ rayonunda 57 yaşlı kişi faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə mayın 8-də rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində baş verib. Sexdə qaldırıcı qurğuda olan mərmər məzardaşı qırılaraq orada usta işləyən Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayevi
09.05.2026 238 Livanda İsrailin hücumları nəticəsində üç nəfər ölüb
Livanın cənubunda İsrail hücumları nəticəsində üç nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Livan milli agentliyi məlumat yayıb. Nabatiyyə, Kafra, Haris və Mansuri şəhərləri yaxınlığında bir neçə yeni zərbə barədə məlumat verilib. Əvvəllər İsrail Müdafiə Ordusu Livanın cənubundak
09.05.2026 154