Leyla Əliyevadan şəkərsiz, amma şirin PİROQ RESEPTİ - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva növbəti paylaşımıyla diqqət çəkib.
BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsində aşpaz Metin Kadık ilə birlikdə hazırladığı "Sevgi. Şəkərsiz, amma şirin" kitabından "Avokado piroqu" reseptini bölüşüb.
Hazırlamaq istəyənlər üçün həmin resepti təqdim edirik:
Avokado piroqu
Hazırlama vaxtı:
20 dəqiqə
Porsiyaların sayı:
12 ədəd
Enerji dəyəri (bir porsiya üçün)
Kkal: 245
Yağ: 14,4 q
Karbohidrat: 7,5 q
Protein: 3,8 q
Təbii şəkər: 8,1 q
Lazım olanlar:
İçi üçün:
240 q qovurulmuş keşyu
70 q quru kokos tozu
80 q xurma
5 q vanil ekstraktı
30 q laym suyu
10 q kokos şəkəri
1 q duz
1 q stevia tozu
Üstü üçün:
450 q avokado
50 q laym
7 q sürtgəcdən keçirilmiş laym qabığı
70 q aqava şirəsi
5 q vanil ekstraktı
Hazırlanması:
1-ci addım: Mətbəx kombaynına keşyu, tumlarını çıxardığınız xurmaları, quru kokos tozunu, kokos şəkərini, stevia tozunu, vanil ekstraktını və duzu əlavə edərək ehmallıca qarışdırın. Bişirmədən hazırladığınız bu təamın yetərincə bərk olması vacibdir. Qarışımı yağlı kağıza bərabər şəkildə yayın.
2-ci addım: Piroqun üstü üçün nəzərdə tutduğunuz avokadonu bir qabda əzin. Laym qabığını, laym suyunu, aqava şirəsini və vanil ekstraktını əlavə edin. Bütün bu inqrediyentləri yaxşıca qarışdırın.
3-cü addım: Avokado əzməsini piroqun üzərinə yayın.
4-cü addım: Piroqu soyuducuda saxlayın. Süfrəyə gətirməzdən 15 dəqiqə öncə soyuducudan çıxarın və bərabər hissələrə bölüb qaba düzün.
Qeyd edək ki, "Sevgi. Şəkərsiz, amma şirin" adlı kitabın təqdimatı dekabrın 28-də Bakı Kitab Mərkəzində baş tutub. Leyla Əliyeva və Metin Kadıkın müəllifi olduqları bu kitabda yer alan xeyirli və ləzzətli təamlar qonaqlara təqdim olunub. Bu reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalar ilə müşayiət olunub. Kitab Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə "Şərq-Qərb" nəşriyyatında çap olunub. Musiqili-poeziya gecəsində həmçinin "Söz" ədəbi layihəsinin iştirakçıları gənc pianoçuların müşayiəti ilə öz şeirlərini ifa ediblər.









Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6484 Tarix: 01 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946