Həyatın bir anı - TƏSİRLİ HEKAYƏ

Həyatın bir anı - TƏSİRLİ HEKAYƏGündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım sevinclə oyuncaqları ilə oynayırdı. Atamın işdən gəlməyinə az qalmışdı. Böyük sevinc və səbirsizliklə atamın yolunu gözləyirdim. gələndə uzun zamandır istədiyim iti almağa gedəcəkdik. Anam mətbəxdən mənə səsləndi. Atamın gəldiyini düşünüb sevindim.

- Gəldim, anacan!
- Canım oğlum, əynini qalın geyin, get, çörək al.
- Anacan, atamla danışdınmı? Bu gün çox xoşbəxtəm. Axır ki, itim evə gələcək!
- Əlbəttə! Gecikmədən get, gəl.

Əyinimi geyinib evdən çıxdım. Market evimizdən aşağdakı küçədə idi.

Blokumuzda yalqız yaşayan qoca nənə ilə baba vardı. Onların da nəyəsə ehtiyacının olub-olmadığını soruşmaq üçün qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər. Mağazadan çörəkləri alıb qonşuya verdikdən sonra evə getdim.

Atam evdə idi. Arzusunda olduğum itimi gətirmişdi. Qaçaraq özümü atamın qucağına atdım, sonra itimi qucaqladım. Çox qəəng, ağ-qara, yumşaq tüklü it idi.

Anam süfrəni hazırladı. Hamı masa başına toplandı. Mən də itimi götürüb otağa keçdim. Hər kəs sevincli idi...

Birdən sanki göylərin yerə acığı tutdu. Hər tərəf çökdü... Özümdən ixtiyarsız "Ana!" deyə qışqıranda gözlərim yumuldu...

Gözlərimi açanda ətraf qaranlıq idi. Üstümdə ağır nə isə vardı, tərpənə bilmirdim. Ağzı üstə uzanıb torpağa baxırdım... Yadıma anam, atam, bacım, balaca itim düşdü. Nəfəs almağım çətinləşirdi. Çox ağlayıb-sızladım, amma nə səsim eşidildi, nə də ağrılarım azaldı. Güclə tutunmağa çalışdım. Çox yuxum gəlirdi, gözlərim yumuldu...

Bilmirdim, gündüzdür, ya gecə. Ac idim, çox susamışdım, tərpənə də bilmirdim. Bircə dua edirdim: "Allahım, nə olar, yardım et, bir işiq göstər! Ailəmə kömək ol!"

Ayaq səsləri gəldi. Qışqırmağa çalışdım, amma torpaq ağzıma dolurdu. Çox gücsüz, taqətsiz idim, daşların altında ürəyim sıxılırdı. Səslər kəsildi... Ağlamağa başladım, göz yaşlarım torpağa qarşıb palçıq oldu. Aclıqdan sanki hər tərəfimə iynələr batırmış kimi hiss edirdim. Çarəsizlikdən palçığı yeməyə çalışdım. Gözlərim yenə yumuldu...

Bir müddət keçdikdən sonra yenidən ayaq səsləri eşitdim. Allaha dua etdim ki, məni tapsınlar. Gücüm çatan qədər qışqırdım. Deyəsən, zəif səsimi eşitdilər... Nəhyət... Səslər yaxınlaşır, nəfəsim isə həyəcandan daralırdı... Etdiyim dua nəhayət qəbul oldu... Allahım bir işıq göndərdi...

Tanımadığım insanların "Yardım edin, burada uşaq var!" sözləri sanki göylərdən gələn xilaskarların səsi idi... Axrır ki, məni tapdılar...

Xilaskar əmilər ehtiyatla üzərimdəki betonu götürərək məni torpağın altından çıxartdılar, qucaqlarına aldılar... Yenidən gün işığı görən gözlərim qamğdı... Qarşımdakı mənzərə qorxu filmini xatırladırdı. Sanki dünya məhv olmuşdu, binalar yerlə yeksan idi... Ətrafdakı insanlar həyəcan içində, hərəsi bir yana qaçırdı... Məni xilas edənlərə gözü yaşlı baxaraq, ana, ata, bacı və itimin orada olduğunu dedim, yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış davam edirdi.

Digər tərəfdən bir ana ilə uşaq çıxartdılar. Ana balasını yaşatmaq üçün ona öz ağız suyunu vermişdi, lakin körpə elə qucağında can vermişdi.

Bəs görəsən, mənim atam, anam, bacım necədirlər? Onlar üçün ucadan ağladım. Başımdakı yara qanamağa başladı. Həkimlər başımı sarara məni sakitləşdirməyə çalışdılar.

Qonşudakı nənə ilə baba da tapılmışdı: baba nənənin canız bədənini qucaqlayıb ağlayırdı...

Dünya çox acımasızdır! Dua etməkdən başqa çarəm yox idi. Gözü yaşlı yuxuya getdim.

Bilmirəm, nə qədər yatdım, amma birdən yuxudan sevincək ayıldım... Hiss etdim ki, ailəm tapılıb. Qaldığım yerdən özümü çölə atdım... Elə o an gördüyüm mənzərə məni məhv etdi... Dizlərim üstə çökdüm, əsim-əsim əsərək ağladım. Atam, anam, bacım - hamısı ölmüşdülər... Artıq qaralmış dünyam lap zülmətə çevrildi... İndi mən nə edəcəyəm?.. Allahım, artıq mənim ailəm yoxdurmu?! Niyə axı?!.. Nə olar, geri qayıtsınlar, məni tək qoymasınlar!..

Dağıntılar üstündə boynu bükük oturmuşam... Həyat donub.... Bircə ailəmdən mənə yadıgar qalan itim sağdır... Onu yanıma gətiriblər. İtimi möhkəm qucaqlayıb için-için ağlayıram... Gözlərimi açmaq istəmirəm... Beynimdəki fikirlər qarımıb məni boğur... bu kiçik yaşımda bu böyük yükü necə daşıyacağam?!.. Bundan sonra həyatım necə olacaq?.. Məni uşaq evinə aparacaqlar, yoxsa yad birinin ailəsində böyüyəcəyəm?.. Görəsən, bu hadisənin qarşısını almaq olardımı? Yaşadığımız binanın təməli daha möhkəm olsaydı, indi bu soyuqda yox, isti ailəmin qucağında ola bilərdimmi?.. Mənim kimi minlərlə ailə kədər yox, sevinc göz yaşı axıdacaqdımı?...

Həyat çox qəddardır... Bir anda sevincimi fəlakətə çevirəcək qədər qəddar... Hər anınızın qədrini bilin! Etmək istədiyiniz gözəllikləri sonraya saxlamayın... Sevdiklərinizə sevdiyinizi indi deyin, ən sevimli geyimlərinizi indi geyinin, gəzmək istədiyiniz yerləri indi gəzin... Nə qədər fürsət var... Başlamaq istədiyiniz işləri bu gün başlayın, sabaha etibar yoxdur... Bir də görərsiniz, sabah olar, siz olmazsız...

Südabə Məmmədova


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 5241   Tarix: 10 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 561
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 166
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 189
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 657
.

Bəy şadlıq sarayına çatmamış yuxuya getdi - Video

Toy günü lentə alınan maraqlı video sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, görüntüdə bəy və gəlinin şadlıq sarayına yollanarkən avtomobildə olduğu görünür. Lakin bəyin məclisə çatmamış yuxuya getməsi izləyicilərin marağına səbəb olub. Toy həyəcanı və hazırlıqların yorğunluğu ilə əlaqələndirilə

31.10.2026 699
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31.10.2026 423
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 613
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

00:15 101
.

Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!

ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa

05.11.2026 414
.