"Qızımızın ölümündə qayınatasının əli var" deyən ailə Baş prokurora müraciət etdi

"Qızımızın ölümündə qayınatasının əli var" deyən ailə Baş prokurora müraciət etdiİki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı işin yenidən araşdırılacağı ilə bağlı xəbər vermişdik.

"Qafqazinfo"nun məlumatına görə, vəkil Samir Zeynalov bildirib ki, ailəsi Səmayənin intihar etməsi ilə bağlı başlanmış cinayət işinin yenidən Sabirabad Rayon Prokurorluğunda araşdırılmasını istəmir. Bununla bağlı olaraq mərhumun anası Dilarə Əkbərova Baş prokuror Kamran Əliyevə müraciət edib.

Ana işin yenidən eyni idarədə araşdırılmasının məntiqəuyğun olmadığını deyib: "Rayon prokurorluğunun qızımın "nar ağacından" özünü asmasını və buna səbəb kimi heç bir dəlil göstərilmədən depressiyada olduğu qənaətini müdafiə etməsi hüquqi məntiqə və cinayət işinin araşdırmadan uzaq qalan faktiki hallarına zidd olub. Bu baxımdan istisna etmirəm ki, rayon prokurorluğunun vəzifəli şəxsləri sözügedən qanunsuz və əsassız qərarın qəbuluna bilərəkdən təşəbbüs göstəriblər. Və bununla da həqiqətin ört-basdır edilməsində maraqlı olublar. Ona görə ki, qızımın ölümünün qeyri-aşkar şəraitdə edilmiş qəsd nəticəsində reallaşmasına dəlalət edən kifayət qədər dəlillər aşkar mövcudiyyəti və bəsitliyi ilə rayon prokurorluğuna məlum olub. Məhz rayon prokurorluğunun qeyd etdiyim qərarından ilhamlanan qızımın qayınanası Əfiqə Zeynalova, qayınatası Əlişirin Zeynalov, həyat yoldaşı Eldar Zeynalov, eləcə də onlara qohumluq baxımından yaxın olan digər şəxslər qızımın barəsində rayonda rüsvayedici şayiələr yayıb, bununla da mənə və ailəmə sözlə ifadə edilməsi çətin olan mənəvi sarsıntılar yaşadıblar. Rayon prokurorluğunun baiskarlığı sayəsində yaşanan bu dözülməz halların müqabilində isə qızımın ölümü ilə bağlı araşdırmanın yenidən Sabirabad Rayon Prokurorluğunda aparılmasına dözümlü yanaşıb razı ola bilmərəm. Çünki qeyd edilən hallara əsasən həqiqətin ört-basdır edilməsində maraqlı olan Sabirabad Rayon Prokurorluğu bu iş üzrə ədaləti, həqiqəti və obyektivliyi təmin etmək təşəbbüsündə ola bilməz".

Mərhumun ailəsi Zeynalova Səmayə Xalid qızının ölüm faktı ilə bağlı başlanılmış cinayət üzrə icraatın Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilməsini xahiş edib.

Qeyd edək ki, ötən ay Sabirabad Rayon Prokurorluğunun cinayət işinə xitam xitam verilməsi ilə bağlı qərar məhkəmə tərəfindən ləğv edilib. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

S.Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu, Cavad kəndində vəfat edib.

"Qızımızın ölümündə qayınatasının əli var" deyən ailə Baş prokurora müraciət etdi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3288   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.