Arvadını yuxudan oyadıb, uşaqlarının gözü qarşısında cinayət törətdi - VİDEO

Arvadını yuxudan oyadıb, uşaqlarının gözü qarşısında cinayət törətdi - VİDEO2021-ci il sentyabrın 6-da Günay Yusubovanın bıçaq yaraları alması barədə polis bölməsinə məlumat daxil olub. Hadisənin Pirşağı qəsəbəsi, Bağlar massivində baş verdiyi ortaya çıxıb.

İstintaqla müəyyən edilib ki, Ağa Yusubov rəsmi nikahda olduğu arvadı Günay Yusubovanın xəyanət etməsini bəhanə gətirməklə, heç bir əsaslı səbəb ortaya qoymadan qəsdən onu öldürmək qərarına gəlib. Qadının ona xəyanət etməsindən şübhələnsə də, bununla bağlı heç bir sübutu olmayıb.

2021-ci il sentyabrın 5-də evdə söhbət edərkən Günay növbəti gün qayınanasının ad günü olmasını və uşaqları ilə birlikdə ona sürpriz edəcəklərini deyib.

Arvadının xəyanət etməsindən şübhələndiyi üçün "sürpiz" sözünü bu tərzdə deməyi onu narahat edib. Həmin sözdən belə nəticəyə gəlib ki, övladlarının atası o yox, başqa şəxsdir.

Sentyabrın 6-da səhər saat 6 radələrində evin qonaq otağında, divanda övladları ilə birlikdə yatan yoldaşını yuxudan oyadaraq, sinəsinə bıçaqla ilk zərbə endirib. Qadının qışqırıq səsinə yanında yatan azyaşlı oğlu və qızı oyanaraq ağlamağa başlayıblar.

Onların gözləri önündə, müstəsna dərəcədə rəhmsizliklə arvadının bədəninin müxtəlif nahiyələrinə daha 5 zərbə endirib. Zərbələrin təsirindən bıçağın tiyəsi əyilib. Habelə anası gəlib, ona mane olduğu üçün yoldaşı otaqdan qaçıb. Günay Yusubova anası və hadisə yerinə gəlmiş digər şəxslərin köməkliyi ilə xəstəxanaya çatdırıldığından, iradəsindən asılı olmayan səbəbə görə Ağa Yusubov cinayət əməlini başa çatdıra bilməyib.

Günay Yusubova bildirib ki, narkotik vasitələrdən istifadə edən ərinin psixologiyası pozulub, aqressiv olub, əsassız olaraq onu qısqanıb. Yoldaşı çox güman ki, narkotik vasitənin təsiri altında olduğu üçün onu qətlə yetirmək istəyib. Əgər Ağanın əlindəki bıçaq əyilməsə idi və qayınanası ilə qonşuları köməklik göstərməsə idilər, ərinin məqsədi onu öldürmək olub.

Ağa Yusubov əvvəllər FHN-də xilasedici işləyib. 2002-ci ildən narkotik vasitə - marixuanadan istifadə edib. Bununla əlaqədar bir neçə dəfə müalicə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağa Yusubov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 972   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

07.11.2026 223
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video

İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb. Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəs

01:19 0
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

00:27 99
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb

İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı

07.11.2026 172
.

Şuşanın işğaldan azad olunmasından altı il ötür - Video

Bu gün Şuşanın işğaldan azad olunmasından altı il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhəri

00:07 100
.