Atçılıq İdman Məktəbindən nazirə MÜRACİƏT
2019-cu ildə milli sərvətimiz olan Dilbaz atlarımızın yenidən həyata qayıtması ücün ölkə rəhbərimiz, cənab İlham Əliyev 5 030 000 AZN pul vəsaiti ayıraraq Ağstafa rayonunda dünya standartlarına uyğun atçılıq zavodu tikdirdi.
Bu gün isə İdman Nazirliyinin nəzdində olan Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yeni təyin olunmuş müdiri İlhamə xanım, həmin məktəbə təmirçi vəzifəsinə təyin olunmuş (yəhər, yüyən, nal, mıx satan) Emin və kadrlar şöbəsinə yeni təyin olunmuş Samir adlı şəxslər vəzifələrindən sui-istfadə edərək, Allahdan qorxmayaraq cıdır yarışlarına hazırlaşan 42 atın suyunu 10 gündur ki, kəsiblər.
İlhamə xanım ayrı-seçkilik edərək, həmin xəttin üstündə olan, həyat yoldaşına məxsus tövləyə şlanqla suyun verilməsini bərpa edərək atlarının suya olan təlabatını təmin edib.
Həmçinin, xanım vəzifəyə təyin olunduqdan sonra həyat yoldaşı Anar Balahüseynovu idman məktəbinə baş məşqçi vəzifəsinə təyin edib. Anar Balahüseynov məktəbə gələn və atçılıqla məşğul olan uşaqlara dərs keçmir və at daşımacılığı ilə məşğul olur.
Mütəmadi olaraq, Gürcüstan Respublikasına İdman Nazirliyinin məlumatı olmadan gedib-gəlir.
İstənilən dövlət işçisi rəhbərin icazəsi olmadan xarici dövlətlərə gedirsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Qeyd etmək istəyirik ki, keçmiş müdirlərdən Yusif müəllimin, Kərim Zamanovun vaxtında heç bir problem yaradılmadan atlarımızın suyu daimi verilirdi.
Atçılar adından idman nazirimizdən xahiş edirik ki, beynəlxalq yarışlarda iştirak edən, uzun müddət Atçılıq Federasiyası tərəfindən müxtəlif ölkələrə göndərilərək, konkur idmanını mənimsəmiş Seyid Musayev, Kənan Novruzov kimi gənc, peşəkar idmançılarımız ola-ola atçılara sanki düşmən kəsilən, konkur idmanında heç bir nailiyyəti olmayan, təcrübəsiz xanımı Olimpiya idman növü olan bir sahəyə rəhbər təyin etməyəsiniz.
İlhamə xanım məktəbə müdir təyin edildikdən sonra Almaniyadan təxminən 500 000 manata alınmış Aksi Kuluntus ləqəbli konkur atı xəstələnmişdi.
Həmin ata həkim çağırılmadı və gecəni nəzarətsiz buraxdıqları üçün at öldü.
Dövlət Sərhəd Xidmətinin həkimləri həmin atı apardılar.
Ölümünün səbəbi barədə məlumatı onlardan ala bilərsiniz.
Sizin nazir təyin olunduğunuzdan sonra bütün idman növlərimiz inkişafa doğru irəliləyir və idmançılara dəyər verilir.
Xahiş edirik, Atçılıq İdman Məktəbinə də haqqı olan idmançını təyin edəsiniz. O zaman konkur idmanında haqq öz yerini tapacaq.
Biz, atçılar olaraq, gənc, işinin öhdəsindən layiqincə gələn, hörmətli nazirimiz Fərid Qayıbovun, atları susuz qoyan məmurun cəzasını verəcəyinə inanırıq.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 2393 Tarix: 14 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 613 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 794 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 566 Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 787 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 684 "Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
01.11.2026 430 Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 825 İlham Əliyev mükafatlandırma mərasimində - Video
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident
30.10.2026 544 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 773