Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə "yamadılar" - FOTO

Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə "yamadılar" - FOTOBu mənzərə ucqar kəndlərdə deyil, Bakının Xətai rayonunda qeydə alınıb. Bura 3-4 min nəfər insanın yaşadığı böyük bir küçənin, Mirzə Davud küçəsinin girişidir.

Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə "yamadılar" - FOTOLent.az bu yolun bərbad vəziyyətdə olması barədə əvvəllər də material hazırlayıb. Kanalizasiya sularının axdığı, çala-çuxur yolda dəfələrlə insanlar yıxılıb, xəsarət alıblar. Yerli bələdiyyə hər gün yüzlərlə insanın, xüsusən məktəblilərin keçib getdiyi bu yolu gah karton kağızlarla, gah taxta parçaları ilə, gah da torpaq tökərək abıra salmaq istəyib. Amma göydən bir damla yağış düşən kimi torpaq, karton bir-birinə qarışıb, çox biabırçı vəziyyət yaranıb.

İndi isə bu yola xalı sərərək, eyiblərini örtməyə çalışıblar. Bu, dünyanın heç bir yerində görünməmiş bir haldır. Analoqu yoxdur.

Mirzə Davud küçəsinin sakinləri dəfələrlə yolun təmir edilməsi xahişi ilə əlaqədar qurumlara müraciət ediblər. Küçədə yollar o dərəcədə bərbad haldadır ki, taksi sürücüləri bu əraziyə gəlmək istəmir, yanğın, təcili tibbi yardım maşınları bu küçəyə gəlib xəstə apararkən özləri "xəstə" düşür, evakuatorla geriyə qayıdırlar.

Anlamaq olmur, Xətai Rayon İcra Hakimiyyəti, yolların təmir tikintisi ilə məşğul olan qurumlar bu analoqu olmayan təmir üsulları ilə əraziyə turist cəlb etməyə çalışırlar, yoxsa insanlara o qədər çox dəyər verirlər ki, gələn-gedənin ayağı altına xalı sərirlər. Amma, nə yazıq ki, qırmızı xalı yox, suyun üzərini örtmək üçün palçıqlı xalı.

Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə "yamadılar" - FOTODünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə "yamadılar" - FOTODünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə "yamadılar" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1594   Tarix: 15 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.