Qurban Qurbanov: "Məğlubiyyətə görə çox üzgünük"
"Çox üzgünük. Futbolçularım daha da məyusdurlar. Qalib gəlmək üçün çox istəkli idilər".
Report-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belçikada "Gent"ə əsas vaxtda 0:1, penaltilər seriyasında isə 3:5 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis komandasının meydanda 120 dəqiqə amansız mübarizə apardığını bildirib: "Buraya xeyli sayda azarkeşimiz gəlmişdi. Həm komandama, həm də fanatlarımıza təşəkkür edirəm. Təəssüf ki, penaltilər seriyasında uduzduq. Amma bizim geriyə yolumuz yoxdur. İrəliyə baxırıq. Daha yaxşı komanda formalaşdırmağa çalışacağıq".
O, müdafiəçi Elvin Cəfərquliyevin Belçika "Anderlext"inin maraq dairəsində olması ilə bağlı xəbərə aydınlıq gətirib: "Bir neçə oyunçumuzla maraqlanırlar. Fərqli çempionatlardan qeyri-rəsmi təkliflər alırıq. Elvinə rəsmi təklif gəlməyib, amma maraqlanırlar. Bu, məni sevindirir. Tam rəsmi olacağı halda bu barədə düşünə bilərik. Çünki o bazara girib yerli futbolçuları ölkə xaricinə çıxarmalıyıq".
Təcrübəli baş məşqçi hazırda İngiltərə "Sauthempton"una rəhbərlik edən sabiq köməkçisi Ruben Sellesin onunla bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: "Onun fikirlərini eşitmək xoş oldu. Bir neçə il "Qarabağ"ın inkişafı üçün birlikdə çalışmışıq. Sellesin İngiltərədə işləməsi məni sevindirir. Ona uğurlar arzulayıram. Çox işgüzar insandır, daim axtarışdadır. Orada "Qarabağ"ın, Azərbaycan futbolunun adının hallanması mənim üçün xoş oldu".
Qurbanov futbolçulara müdafiədə oturmaq tapşırığının verilmədiyini söyləyib: "Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm. İstənilən hesabda müdafiədə oturmağı düşünmürük. Sadəcə, 90 dəqiqə eyni tempdə oynaya bilmərik. "Gent" ciddi rəqibdir. Bəzən onlar bizi müdafiə olunmağa məcbur edirdi".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1268 Tarix: 24 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı
"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta
26.10.2026 613 Batrakov "Barselona"ya təklif olunubmuş
1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind
18.10.2026 794 Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi
Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd
27.10.2026 566 Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17.10.2026 787 "Sabah"ın oyununa 45 min bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla
05.10.2026 684 "Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
01.11.2026 430 Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə
04.10.2026 825 İlham Əliyev mükafatlandırma mərasimində - Video
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident
30.10.2026 544 Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il
11.10.2026 773