Azərbaycan derbisi öncəsi rəqəmli panoram

Azərbaycan derbisi öncəsi rəqəmli panoramBu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında derbi həyəcanı var.

Oxu.Az xəbər verir ki, sabah əzəli rəqiblər - "Qarabağ" və "Neftçi" sayca 90-cı dəfə çempionatda üz-üzə gələcək. Əvvəlki Azərbaycan derbilərində üstünlük Ağdam klubundadır. "Atlılar" 89 matçın 36-da 3 xalı aktivinə yazan tərəf olub. 23 görüşdə "Neftçi" qalib gəlib, 30 oyun heç-heçə başa çatıb. Top fərqində də "Qarabağ" üstündür - 111:80. Qurban Qurbanovun komandası son 6 görüşdə rəqibini məğlub edib.

Tərəflər arasında ilk çempionat matçı 1992-ci ilin 26 sentyabrında baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. Derbidə ilk qolun müəllifi "Qarabağ"lı Zaur Qarayev olub.

Ağdam klubu ilk qələbəsini elə həmin ilin oktyabrında "İmarət"də 2:1 hesabı ilə qazanıb. "Neftçi" isə derbilərdə ilk 3 xalı əldə etmək üçün 1994-cü ili gözləməli olub. "Ağ-qaralar" oktyabrın 2-də öz meydanında keçirdikləri oyunda "atlılar"ı 3:2 məğlub etməyi bacarıb.

Azərbaycan derbilərində ilk böyük hesablı nəticə 2000-ci ilə təsadüf edib. Həmin il "ağ-qaralar" "atlılar"ı 4 cavabsız qolla üstələyib. Bu həm də "Neftçi"nin əzəli rəqibi üzərində yeganə böyük hesablı qələbəsidir.

"Qarabağ" isə ilk belə qalibiyyət üçün 2010-cu ili gözləməli olub - 3:0. Daha əvvəl "Neftçi"nin də formasını geyinmiş Georgi Adamiya sabiq komandasını 3 dəfə cəzalandırıb. Bu, derbilər tarixinə ilk het-trik kimi düşüb.

Sonarkı illərdə "Qarabağ" daha 5 dəfə rəqibini 3 və daha artıq top fərqi ilə məğlub etməyi bacarıb. Axırıncısı elə komandaların son duelinə təsadüf edib. "Qarabağ" bu mövsümün 2-ci dövrə matçında səfərdə "Neftçi"yə 4 cavabsız qolla qalib gəlib.

Derbilərdə ən böyükhesablı qələbə isə 2020-ci ildə qeydə alınıb. "Qarabağ" rəqib meydanında "Neftçi"ni 6:0 məğlub edib.

Azərbaycan derbilərinin bombardiri Reynaldodur. "Qarabağ"ın sabiq forvardı paytaxt klubuna 9 qol vurub. Müşfiq Hüseynov 8 dəfə "Neftçi"nin qapısına yol tapıb. Hazırda da "Qarabağ"da çıxış edən Riçard Almeyda isə 6 qol vurub. Ağdamlıların digər futbolçusu Filip Ozobiç də "Neftçi"ni 6 dəfə cəzalandıra bilib. Amma o, bunların 1-ni "Qəbələ"də oynayarkən edib.

"Neftçi"nin heyətində "Qarabağ"a ən çox qol vurmuş futbolçu Qurban Qurbanov olub. Hazırda "Qarabağ"ı çalışdıran mütəxəssis oynadığı vaxtlarda 5 dəfə ağdamlıların qapısına yol tapıb. Nikolas Kanales ikinci sıradadır. Çilili keçmiş hücumçu 4 qol vurub. Hazırda "Neftçi"nin kapitanı olan Emin Mahmudov "Qarabağ"a qarşı 2 dəfə fərqlənib.

Sabah "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 20:00-da start götürəcək.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 996   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26.10.2026 613
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 794
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 566
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17.10.2026 787
.

"Sabah"ın oyununa 45 min bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla

05.10.2026 684
.

"Neftçi" Premyer Liqada liderliyə yüksəldi

"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər

01.11.2026 430
.

Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə

04.10.2026 825
.

İlham Əliyev mükafatlandırma mərasimində - Video

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident

30.10.2026 544
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11.10.2026 773
.