Əfvə düşəcək TANINMIŞLAR: hüquq müdafiəçilərinin əsas gözləntisi - ADLAR

Əfvə düşəcək TANINMIŞLAR: hüquq müdafiəçilərinin əsas gözləntisi - ADLARXəbər verildiyi kimi, ölkədə "Heydər Əliyev ili" ilə bağlı böyük əfv gözlənilir. Artıq Prezident yanında Əfv Komissiyasının bir neçə iclası keçirilib. Yüzlərlə müraciətə baxılıb.

Bəs hazırda proses nə yerdədir? Bundan sonra daha neçə iclas keçiriləcək? Hüquq müdadiəçilərinin bu məsələdən gözləntiləri nədir? Hansı tanınmışlar əfvə düşə bilər?

Milli.Az xəbər verir ki, Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Əfv Komissiyası 12 yanvardan öz işinə başlayıb. Qısa müddət ərzində komissiyanın 7 iclası keçirilib, bu iclaslarda 900-dən çox müraciətə baxılıb və münasib rəylərin hazırlanması üçün qərar qəbul edilib. Əlbəttə ki, müraciətlərə baxılması prosesi davam etdirilir və növbəti həftələrdə də komissiyanın iclası gözlənilir.

Bütövlükdə bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə ölkə səviyyəsində bir çox tədbirlərin həyata keçirilməsinə start verilib. Bu tədbirlər sırasında qəbul ediləcək qərarlardan biri də əfv sərəncamı ola bilər. Cəmiyyət bu əfv sərəncamını böyük səbirsizliklə gözləyir. Qeyd etdiyim kimi, bu il xüsusi bir ildir, cənab Prezidentin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan olunub.

Nəzərə alsaq ki, Azərbaycan respublikası öz müstəqilliyini bərpa etdikdən sonra 1995-ci ildə ilk Konstitusiyasını qəbul edib və onun da müəllifi ulu öndər Heydər Əliyevdir. Orada bir çox normalar var idi ki, onlardan da biri də əfv hüququdur. Bu məsələnin də əsas müəllifi Heydər Əliyev idi. Ona görə də hər kəs böyük əfv olacağını düşünür.

Azərbaycan Respublikasının Konstitusiyası öz baza prinsipini mərhəmət, sosial ədalət və humanizm prinsipləri götürür və istər mərhum prezident Heydər Əliyev, istərsə də Prezidentimiz İlham Əliyev öz fəaliyyətində hər zaman mərhəmət, humanizm, sosial ədalət prinsiplərini təməl prinsiplər olaraq götürür.

Ötən müddət ərzinə diqqət etsək, görərik ki, 1995-ci ildən bu günə qədər 68 əfv sərəncamı olmuşdu, bu sərəncamların 33-ü mərhum prezident Heydər Əliyev, 35-i isə hörmətli Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bütün bu əfv fərmanları və sərəncamları nəticəsində 8 985 şəxs cəzadan azad edilib.

Yəni bu ənənə davam edir. Güman edirik ki, may ayında cənab Prezident tərəfindən növbəti əfv sərəncamı imzalana bilər. Əlbəttə ki, onu da vurğulamaq lazımdır ki, əfv Prezidentin müstəsna hüququdur, o heç kəsə verilmir, heç kəslə bölüşdürülmür və əfv sərəncamının da nə zaman veriləcəyi Prezident tərəfindən müəyyən edilir".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib: "Əlbəttə ki, hüquq müdafiəçiləri olaraq, öz siyahımızla müraciət etmişik. Siyahımızda jurnalistlər, blogerlər, siyasi partiyaların üzvləri və digər tanınmışlar da daxildir.

Bundan başqa məhkumluq müddətinin bitməsinə az qalmış şəxslər, xəstə insanlarla bağlı da ayrıca müraciətimiz olub. Ağır xəstə olan Hüseyn Abdullayev və Eldar Həsənovla bağlı da müraciətimiz olub. Həmçinin Bəxtiyar Hacıyev, jurnalist Əvəz Zeynallı, hüquq müdafiəçisi Elçin Məmmədovun azadlığa çıxmasını arzulayır, gözləyirik.

Çox istərdik ki, həm amnistiya, həm də böyük əfv sərəncamı olsun, qeyd etdiyim şəxslərin hamısı azadlığa buraxılsın. Bu gün birlik zamanıdır. Avropa bəzi məsələləri əsas götürüb, bizi qınaya bilməsin. Yəni canilərdən başqa bütün məhbusların azadlığa çıxmasını, ailələrinin sevinməsini istəyirik. Həmçinin "İdeal" şəbəkələr birliyinin rəhbəri İlqar Əliyevi də buraxmaq lazımdır, hansı ki, zamanında çox yaxşı çalışan biznesmen olub. Eləcə də 20 ildən çoxdur ki, məhkumluq yaşayan OMON-çulara əfv vermək olar. Hər halda 1-ci Qarabağ müharibəsində iştirak ediblər. Bir sözlə, cəmiyyətə ziyanı olmayan, ağır cinayət törətməmiş, cani olmayan şəxslərin əfv olunmasını arzulayırıq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1971   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1577
.

Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın

Avtomobil mütəxəssisləri havaların soyuması və şaxtalı günlərin yaxınlaşması ilə əlaqədar təhlükəsiz sürüşü təmin etmək, qəza və yolda qalma risklərini minimuma endirmək üçün vacib tövsiyələr paylaşıblar. həmin 5 tövsiyəni təqdim edir:. Akkumulyator və elektrik sistemi. Şaxtalı hava akkumulyatorun yükün

31.10.2026 470
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 347
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 613
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 558
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31.10.2026 448
.

2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI

2027-ci il Şərq təqviminə görə "Alovlu Keçi ili" hesab olunur. xəbər verir ki, Keçi ili 6 fevral 2027-ci ildən başlayacaq və 25 yanvar 2028-ci ilə qədər davam edəcək. Keçi ilinin xüsusiyyətləri bunlardır: mehribanlıq, sülhsevərlik, yaradıcılıq, həssaslıq, səbirli olmaq və daxili güc. Qeyd edə

01.11.2026 548
.

Qaralmış gümüşü ovmadan təmizləyən üsul

Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ

01.11.2026 462
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 177
.