Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb
Kürdə suyun səviyyəsi minimum həddən aşağı düşüb.
Bu barədə Neftçala və Salyan rayon sakinləri "Report"un Aran bürosuna bildirib.
Belə ki, dəniz suyunun Kürə qarışmasının qarşısını almaq məqsədi ilə çayın deltasında suaşıran bəndlərin vurulması başa çatıb. Belə bir halda Kürdə suyun səviyyəsi qalxmalı, suaşırıcı bəndlərin üzərindən su keçməli idi. Amma Kür günbəgün qurumaqda davam edir, əkin sahələrinin suvarılmasında problem yaranıb.
Hazırda şor suyun Kürə qarışmasının qarşısı alınsa da, vəzyyət heç də ürəkaçan deyil. Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb.
Sakinlər deyir ki, axıntı olmadığından çay ciddi çirklənməyə məruz qalıb. Vəziyyət o həddə çatıb ki, indi Kürün suyundan istifadə etmək mümkün deyil.
Çayda su səviyyəsinin aşağı düşməsi su nasoslarına da ciddi təsir göstərib. Kür ətrafında quraşdırılmış su nasoslarının boruları havadan asılı qaldığından sugötürmə qabiliyyətini itirib. Artıq bəzi nasoslar sıradan çıxıb.
Salyanda isə vəziyyət daha acınacaqlıdır. Çayda suyun səviyyəsi həddən artıq aşağı düşdüyündən Kür adi kanala çevrilib. Burada da su nasoslarının əksəriyyəti quruda qalıb. Əkin sahələrinin suvarılmasında çətinlikər yaranıb.
Sakinlər Kürdə suyun səviyyəsinin aşağı düşmə səbəbini Mingəçevir su anbarından suyun az buraxılması ilə əlaqələndirir.
Mütəxəssislər hesab edir ki, Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılarsa, Kür çayının aşağı axınında yaranmış gərginliyi aradan qaldırmaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında (ETSN) Milli Hidrometeorologiya Xidmətindən (MHX) yerli büroya bildirilib ki, aprel-iyun aylarında Kürdə gursululuğun artması, eyni zamanda anbardan çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması problemin həllinə ümid verir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 526 Tarix: 05 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 204 İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
07.11.2026 164 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 188 Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,
07.11.2026 169 Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni
07.11.2026 223 Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabr ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. -ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfndən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının noyabrın 13-də ödənilməsi nəzərd
00:07 29 65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
00:13 0 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 10 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
07.11.2026 171