İnfantino 4.2 milyard dollarlıq təşəbbüsdən imtina etdi
FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Məlumata görə, o, turnirin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq üçün belə qərar verib. Bildirilir ki, İnfantino yenidən FIFA prezidenti seçiləcəyi təqdirdə həm milli komandalar, həm də klublar arasında dünya çempionatlarının genişləndirilməsində israr etməyəcək.
Qeyd edək ki, avqust ayında "The Times" İnfantinonun Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçı sayının 64-ə çatdırılması təklifini dəstəklədiyini yazmışdı. İddialara görə, FIFA rəhbəri daha çox ölkənin dəstəyini qazanmaq və seçkidə mövqeyini möhkəmləndirmək məqsədi güdürdü.
2026-cı il dünya çempionatından sonra İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi barədə məlumat yayılıb. "FIFA Forward Enterprise" adlandırılması nəzərdə tutulan layihənin üzv assosiasiyaların gəlirlərini artıracağı və dünya futbolunun inkişafına töhfə verəcəyi bildirilirdi. FIFA bu təşəbbüsün 4.2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.
Lakin təklif bir sıra futbol qurumlarının ciddi etirazı ilə qarşılaşıb. UEFA, CONCACAF, Asiya Futbol Konfederasiyası (AFC) və CONMEBOL layihəyə qarşı çıxıblar. UEFA hətta FIFA-nın təşkil etdiyi turnirləri boykot edə biləcəyini bəyan edib. İnfantinonun layihədən imtina etməsindən sonra isə Avropa futbol qurumu FIFA prezidentinə etimadın azaldığını vurğulayıb. İnfantino könüllü şəkildə vəzifəsindən getməsə, UEFA ona etimadsızlıq göstərilməsi məsələsini gündəmə gətirə bilər.
Növbəti FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Xatırladaq ki, İnfantino 2016-cı ilin fevralında qurumun növbədənkənar konqresində prezident seçilib, daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəni tutub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 50 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24.10.2026 668 "Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
04.11.2026 436 Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. BİG.AZ -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqda
07.11.2026 181 Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"
Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:
31.10.2026 438 "Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
01.11.2026 447 İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı
İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtira
03.11.2026 580 "Qızıl top" qədər geyim tərzləri də diqqət çəkdi - Fotolar
Məlum olduğu kimi, ötən gün "Qızıl top" ("Ballon d'Or") mükafatlandırma mərasimi keçirilib. Mükafata isə "Bayern Münhen"in və İngiltərə milli komandasının ulduz hücumçusu Harri Keyn layiq görülüb. Londondakı məşhur "The London Palladium" zalında keçirilə
27.10.2026 773 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
01.11.2026 417 FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30.10.2026 509