Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi - Xalq artisti haqqında maraqlı faktlar

Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi - Xalq artisti haqqında maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən aktrisa, qiraətçi, Xalq artisti Əminə Yusifqızı haqqında maraqlı faktları təqdim edir.

Əminə Yusifqardaş qızı Yusifova 24 sentyabr 1936-cı ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Orta məktəbin yeddinci sinfinə qədər Bakıxanov qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır. Sonrakı illərdə isə ailəsi Sabunçu qəsəbəsinə köçdüyündən təhsilini Sabunçu qəsəbəsində davam etdirir.

***

Özünü müəllif kimi öldürməsə, oxucu kimi onun qanını içəcəm - Hekayə müzakirəsi
1961-ci ildə M. F. Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirir.

Aktrisaya ən çox uğur gətirən rolu Səməd Vurğunun eyniadlı poeması əsasında hazırlanan "Komsomol poeması" tamaşasındakı Humay rolu olub. Bu roldan sonra yaradıcı heyət SSRİ-i mükafatına layiq görülüb. Tamaşanın növbəti nümayişi isə Kremldə baş tutub.

***

Aktrisa olmasına qardaşı razı olmayıb. Qardaşından gizlin teatra gedib-gələn aktrisanın anası ona çox dəstək olub, oğlundan Əminənin teatra getməsini uzun müddət gizlədib.

***

İnstitutun birinci kursundan artıq Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan Əminə xanım yenicə ailə qurduğundan azyaşlı uşağını böyütməklə bərabər, həm də karyerasını qurmağa çalışır. Günün on səkkiz saatını işlədiyini deyən aktrisa radio verilişlərinə, teatrda, dublyaj studiyasında çalışmaqla yanaşı, həm də ali təhsilini davam etdirməyə müvəffəq olur.

Ancaq bütün bunlarla yanaşı aktrisa dövlət tərəfindən verilən imtiyazlara çox gec nail olub. İllərlə evi olmayan aktrisa sonralar çox çətinliklə dövlət tərəfindən evlə təmin olunub. O, 46 yaşında Əməkdar artist, 74 yaşında isə Xalq artisti adına layiq görülüb. Bu barədə o, müsahibələrinin birində deyir:

"Camaat bu barədə maraqlanırdı, amma mən bu söhbətləri ürəyimə yaxın buraxmırdım. Mən özümü mərd aparırdım. Həmişə deyirdim ki, eybi yoxdur, bir sağlamlığım, bir də pulum olsun. İş də elə gətirmişdi ki, imkanım yaxşı idi. O vaxtı aktyorlar arasında söhbət gəzirdi ki, Əminənin kassada çoxlu pulları var".

Əminə xanımın əslən İrandan olan nənəsi molla olub. Dövrün mədrəsə təhsilinə çox yaxşı yiyələnib. Əminə xanım balaca olanda, nənəsi onu özü ilə məscidə, dini məclislərə aparırmış. Belə məclislərdə o da nənəsinə qoşulub mərsiyələr deyirmiş. Boynunda isə nənəsinin ona bağışladığı gümüş qabın içərisində saxladığı "Quran" gəzdirirmiş. Uzun illər bu "Quran"ı özü ilə gəzdirən Əminə xanım, imtahanlara girəndə mütləq Allaha dua edib, Quranı öpüb imtahanlara girirmiş.

***

Aktrisa orta məktəbdə birlikdə oxuduğu sinif yoldaşı ilə sonralar erkən yaşda ailə qurur. Bu evlilikdən onun Səadət adlı bir qız övladı dünyaya gəlir.

***

Ancaq iş elə gətirir ki, onun bu evliliyi sonacan davam etmir. Belə ki, həyat yoldaşının ailəsi Əminə xanıma təzyiq göstərirlər ki, o, aktrisalıq sənətindən uzaqlaşsın. Sənətini çox sevən aktrisa yoldaşına sənəti seçəcəyini deyərək ondan ayrılır. Bu barədə o, deyir:

"Mən incəsənətə görə ailəmdən ayrıldım. Onlar deyirdi, ya səhnə, ya həyat. Mən incəsənəti seçdim. Amma etiraf edirəm ki, ailəmin dağılmasında günah məndə oldu. Yaxşı olardı ki, biz bir yerdə olaq. Elə insandan ayrıldığıma görə həmişə peşman oldum. Ancaq mən sənətimi çox sevirdim. Onunla birlikdə olanda, mən sənəti atdım, teatrdan uzaqlaşdım. Yoldaşım gördü ki, mən sənətsiz yaşaya bilmirdim. Nə yemək yeyirdim, nə su içirdim. Yoldaşım onda mənə dedi ki, sən allah get, yoxsa, sən ayaq üstə öləcəksən".

Xalq artisti həmçinin ilk avtomobil idarə edən xanım sənətçilərdəndir. Ancaq Əminə xanım bir dəfə yol qəzası törədir və bundan bərk stress keçirib qorxur. Bu barədə xatırlayarkən deyir:

"Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra isə mən idarə etmişəm. O zaman ancaq kişilər maşın sürürdü. Təbii ki, bizə qəribə baxırdılar. Bizdən uzun illər sonra başladı xanımlar maşın sürməyə. Dövlət yol polisi əməkdaşları hörmət edirdi, gecə saat neçə olursa-olsun gətirib qaraja kimi məni yola salırdılar. Bu yaxınlarda qəza törətdim. Mənim səhvimdən baş verdi. Çox pis qorxdum, stress yaşadım. Amma sonra iradəmin köməkliyi ilə özümü ələ aldım. Dedim, sən Əminəsən, möhkəm ol".

On il Gənc Tamaşaçılar teatrında, on il də Akademik Milli Dram Teatrında işləyən aktrisa hər iki teatrdan özü gedib. Dram teatrından gedişini isə aktrisa belə açıqlayır:

"Orda məni çox incitdilər. Mən o aktyorların qarşısında ki səcdə qılırdım, onlar məni incidirdilər. Mənimlə bir tamaşada iştirak edən aktyorlar iki-üç tamaşadan sonra iştirak etmirdilər. İndi adlarını çəkmək istəmirəm, rəhmətə gediblər. Tamaşalardan sonra məni tərifləyirdilər. Onların da ürəyi götürmürdü. Aktyorlarda belə qısqanclıqlar olur. Amma sonradan onlar hamısı peşman olmuşdular".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1174   Tarix: 05 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 890
.

Bu foto Flora Kərimovanı təsirləndirdi

Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd

31.10.2026 484
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 507
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 775
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 477
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 747
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 481
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 199
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 835
.