Azərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEO

Azərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEONəhayət çoxdan gözlənilən, bir müddətdir sosial şəbəkələrdə anonsları gedən, "Miss Aura of Azerbaijan 2023" beynəlxalq gözəllik müsabiqəsinin final mərasimi baş tutdu.

BiG.AZ xəbər verir ki, gecədə bir çox tanınmış simalar iştirak ediblər. Gecəyə jüri və qonaqların simasında bir çox məşhurlar axın edib. Onların sırasında aktyorlar, Xalq artistləri İlham Namiq Kamal, Məleykə Əsədova, Əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyə Xələfova, aparıcılar Zümrüd Bədəlova, Lamiyyə Ələkbərova, tanınmış aktisalar, aparıcılar, modellər, idmançılar, bloqerlər, iş xanımları, şirkət rəhbərləri və başqaları olub.

Paytaxtın məşhur otellərinin birində keçirilən final gecəsində modellər üç geyimlə jüri heyyətinin qarşısına çıxıblar. Qalib adı uğrunda 12 xanım finalçı mübarizə aparıb.

Bundan əlavə, gənc, istedadlı müğənnilər və Kubalı məşhur sənətçi Yanssel Kastellon ifaları ilə gecəyə rəng qatıblar.

Daha sonra canlı səsvermə əsasında qaliblərin adları açıqlanıb.

Yarışmada birinciliyi, münsiflərin canlı səs verməsi ilə "MISS AURA OF AZERBAIJAN 2023" titulunu qazanan Güldəstə İsayeva olub. Model "LN" model agentliyin yetirməsidir.

Gecənin sonunda qalib üçün ayrılan taclar öz sahiblərinə təqdim edilib. Qaliblərə xüsusi kristallarla və svarovski qaşlarla hazırlanmış, qiymətli əl işi olan taclar verilib.

Rəqiblərini səs çoxluğu ilə geridə qoyan, 1.85 sm boyundakı 25 yaşlı model ölkəmizi bu ilin sentyabr ayında 50 ölkənin "Miss Aura"sının qatılacağı beynəlxalq yarışma olan, "MISS AURA INTERNATIONAL 2023"-də təmsil edəcək.

Bildirək ki, qalib modelin beynəlxalq yarışmada iştirak üçün gediş-dönüş avia biletini "EC Travel" agentliyi təmin edəcək.

Müvafiq olaraq, nominasiya qazanan iştirakçıların sıralamasını təqdim edirik:

Güldəstə İsayeva - "MISS AURA OF AZERBAIJAN 2023"

Fərqanə İsmayılova – "I Vice Miss Aura of Azerbaijan 2023" ("Miss Safely Beauty")

Marqarita Livtsova – "II Vice Miss Aura of Azerbaijan 2023" ("Miss Aglamour")

Sevda Paşayeva – "III Vice Miss Aura of Azerbaijan 2023"

Gülcahan Mustafazadə - "Miss Catwalk Aura of Azerbaijan 2023"

Aytəkin Səfərova - "Miss Aura Face of Azerbaijan 2023"

Cəmilə Səlimxanova - "Miss Aura Press of Azerbaijan 2023"

Umxanım Sadıqova - "Miss Photomodel Aura of Azerbaijan 2023"

Aytac Xəlilova - "Miss Aura Sharm of Azerbaijan 2023"

Ebru Kazımlı "Miss Moon Group"

Nigar Məmmədzadə - "Miss Nygyul"

Bildirək ki, layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılıb və müsbət rəylər qazanıb. Sözügedən yarışma 2006-cı ildən dünyanın müxtəlif ölkələrində keçirilir. "MISS AURA INTERNATIONAL"ın rəhbəri Adnan Şekerdir.

Qeyd edək ki, "Miss Aura Azerbaijan 2023" beynəlxalq gözəllik yarışmasının Milli direktorları və təşkilatçıları Tural Hüseyn və Xəyal Abdullayevdir.

Gecənin aparıcılığı isə Aytən Leylaqızına həvalə edilib.

Tədbirin təşkil edilməsində Baş sponsor "NyGyul Atelier & Showroom", Sponsor - "EC Travel Agency" və "Safely Beauty Zone", Təşkilati dəstəklər - "Bizon Energy", "CAAS" Psixologiya və Psixoterapiya Liqası, "Xarı bülbül hazırlıq kursları", "Flora Holland" güllərin topdan satış mərkəzi, "Amore Beauty Center","Ay İşığı restoranı", "Eminem Accessories"- əl işləri və saç aksesuarları, dizayn dəstəyi "Subhrem Pro", estetik həkim Günay Əliyeva, Daşınmaz əmlak və investisiya şirkəti "Əmlakçı.az","A-Glamour Fashion House","Pizza Hat Baku", Promo dəstək - "Moon Group" poliqrafiya, promo və reklam şirkəti dəstək göstəriblər.

Tədbirin informasiya dəstəyi BiG.AZ və SONXƏBƏR.AZ saytlarına məxsusdur.

FOTOLARın müəllifi Taleh Valehov və Ramin Qurbanovdur.
VIDEO və MONTAJ Rəşad Məmmədova məxsusdur.

Yarışmanın final gecəsindən olan fotoları və video-çarxı təqdim edirik:

Azərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEOAzərbaycanı beynəlxalq gözəllik yarışmasında 185 sm boyundakı bu model təmsil edəcək - FOTO/VIDEO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 5830   Tarix: 07 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 813
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 524
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 397
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 483
.

Engin Altana ağır itki - Foto

Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö

25.10.2026 928
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 826
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 540
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 835
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

17:10 171
.