"Kişini yaxşı edən qadındır"
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Axşam.az xəbər verir ki, şou-biznesin tanınmış simaları xanımları bu münasibətlə təbrik ediblər.
Müğənni Manaf Ağayev "8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirəm. Hər birinizə qadın xoşbəxtliyi arzulayıram. Bayramınız mübarək!" deyə, paylaşımında yazıb.
Aparıcı Şəhriyar Əbilov xanımları "Əziz xanımlar hər zaman yanımızda olun. 8 Mart Qadınlar Günü münasibəti ilə sizi təbrik edirik" sözləri ilə təbrik edib.
Müğənni Murad Arif xanımları təbrik edərkən bunları yazıb:
"Dünyamıza "kişilər dünyası" deyirlər... Bir çox məqamlara görə bu həqiqətən də belədir. Lakin, həyatımızda güc, həvəs, motivassiyanı siz verirsiniz. Çünki siz olmasanız bizə mağara həyatı da məqbuldur. Siz varsınız deyə daha yaraşıqlı, daraqlı, səliqəli, ütülü, imkanlı, varlı, qamətli, fit, yaxşı maşın sürən, evdə yaşayan, qazanan, düşünən, danışan, bir sözlə bir-birimizlə yarışaraq daha yaxşısı olmaq istəyirik. Yeni dünya nələri inkar edir etsin, kişiyə qadın lazımdır. Yaxşı kişini də yaxşı edən qadındır. İlk növbədə qadın onu dünyaya gətirir, fiziki yaşamını saxlayır, sonra ən əsas hissləri, duyğuları ötürür, öyrədir, düzəldir, tərbiyə verir, formalaşdırır və motivassiya edir. Deməli, hər kişi qadının əsəridir... Ailəmin üzvləri başda olmaqla, məni tanıyan və tanıdığım bütün xanımları, doğmaları, dostları, müğənni, aparıcı, jurnalistləri və dostlarımın ailəsindəki xanımları, qızları Beynəlxalq Qadınlar Günü münasibətilə, ürəkdən təbrik edirəm!".
Aparıcı-prodüser Tarix Əliyev "Başda şəhid anaları və onların timsalında xanım adına layiq olan hər bir xanımın bayramını təbrik edirəm. Hər zaman ailənizə, övladınıza baş ucalığı gətirin" deyə, paylaşımında qeyd edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 813 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 524 Dekabrda evlənəcəklər
Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix
05.11.2026 397 "Dərddən şəkərim qalxdı"
Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə
31.10.2026 483 Engin Altana ağır itki - Foto
Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö
25.10.2026 928 "Sevgi təkbaşına kifayət etmir"
Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi
28.10.2026 826 "Yeraltı"nın cütlüyündən ilk birgə - Foto
Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla
31.10.2026 540 "Anamla atam ailə qurmağımı istəyir"
"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər
25.10.2026 835 Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma
17:10 171