Bakıda ev almaq istəyənlərin NƏZƏRİNƏ: vəziyyət dəyişir... - XƏBƏRDARLIQ
"Yanvar-fevral aylarında daşınmaz əmlak bazarında təklifin sayı azalıb. Demək olar ki, stabillik hökm sürüb. Qiymətlərdə 2-3 faiz bahalaşma müşahidə olunur".
BiG.AZ xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspertin sözlərinə görə, ilin birinci rübündə daşınmaz əmlak bazarında bahalaşma müşahidə ediləcək:
"Bu bahalaşma 5 faizə qədər olacaq. Ötən ilin avqustundan etibarən mənzillərin qiymətində bahalaşma müşahidə olundu. Bu bahalaşma ilin sonuna qədər 20-25 faiz təşkil etdi. Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin sıçrayışlı artımından sonra bir qədər stabillik hökm sürür. Sonra yenidən artım müşahidə olunur. Hələ ki, qiymətlər stabildir. Təkliflərin azalması göstərir ki, qiymətlər artıma doğru gedəcək. Dünya ölkələrində də daşınmaz əmlak bazarında qiymətlərdə artımlar qeydə alınır.
Təkrar mənzil bazarında 1 otaqlı mənzillər hazırda 70 min manatdan yuxarı təklif olunur. 2 otaqlı mənzillər 90 mindən yuxarı, 3 otaqlılar isə 105 mindən yuxarı satılır. Metrostansiyaların yaxınlığında olan mənzillər daha bahadır. Məsələn, 1 otaqlı mənzil Köhnə Günəşli qəsəbəsində 65-68 min manatdırsa, "Xalqlar dostluğu" metrostansiyası yaxınlığında eyni mənzilin qiyməti təxminən 80 min manatdır. Metrostansiya yaxınlığında olan 2 otaqlılar 100 min manata, 3 otaqlı mənzil isə 120 mindən yuxarı təklif olunur.
Torpaq bazarında da qiymətlər bir qədər artmaqdadır. Paytaxtın mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil".
"Türkiyədəki zəlzələnin Azərbaycanın mənzil bazarına təsiri oldumu" sualına ekspert belə cavab verib:
"Türkiyədəki zəlzələnin yeni tikililərə bir qədər təsiri oldu. Vətəndaşlar yeni tikililərdə mənzil alışına bir qədər ehtiyatla yanaşmağa başladılar. İlkin bazarda qiymətlər demək olar ki, stabildir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1075 Tarix: 12 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI
Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu
19.08.2026 185 ABŞ və Britaniyada xarici tələbələr azalır: Azərbaycan üçün yeni fürsət yaranıb? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
ABŞ və Böyük Britaniyada xarici tələbələrin sayında azalma ali təhsil sektorunda yeni mənzərə formalaşdırır. ABŞ-da beynəlxalq tələbələrin qəbulunda geriləmə, Böyük Britaniyada isə tələbə vizalarına müraciətlərin azalması universitetləri xarici tələbələr uğrunda rəqabəti yenidən nəzərdən keçirməyə vada
19.08.2026 235 Çində güclü zəlzələ oldu
Çinin Tsinxay əyalətində 5,9 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yerin 10 kilometr dərinliyində meydana gələn zəlzələnin episentri Dunxuan şəhərindən 270 kilometr cənub-şərqdə yerləşib. Tələfat və dağıntı barədə məlumat verilməyi
19.08.2026 184 Kreml üçün siyasi təhlükə - Sosial böhran riski var
Rusiya iqtisadiyyatı Ukraynadakı beşillik müharibə nəticəsində ciddi şəkildə zəifləyib. "AzPolitika" xəbər verir ki, bu barədə "The Times" qəzeti yazır. Maliyyə dairələrinin nümayəndələri rusiyalıların rifah halının uzunmüddətli tənəzzülü ilə yanaşı, Kreml üçün siyasi təhlükə yarad
19.08.2026 153 700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəri
Tarix səhifələri döyüş meydanlarında həyatını itirən saysız-hesabsız əsgərlə doludur. Lakin Şotlandiyadakı Stirlinq qalasında aşkarlanan bir skelet bəşəriyyətin şahid olduğu ən qeyri-adi və bədbəxt hadisələrdən birini sənədləşdirir. Qaynarinfo xəbər verir ki, əsrlər əvvəl, hələ 20 yaşlarının əvvəlind
19.08.2026 151 Kişi biskvit yeyən arvadını döyüb öldürdü
Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa
19.08.2026 211 Sabah 38° isti olacaq
Avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-24 isti, gündüz 29-33 ist
19.08.2026 228 Rusiya Ukraynaya raket və PUA-larla zərbələr endirdi: ölən və yaralananlar var
Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Son məlumatlara görə, Zaporojye şəhərində Rusiya PUA və idarəolunan bomba ilə zərbələr endirib. Hücum nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb. Şəhərdə yaşayış və mülki infrastruktur
19.08.2026 210 Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"
Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İqtisadçı Natiq Cəfərlinin ölkənin bu sahədə Qazaxıstandan geri qalması və real inkişafın hiss olunmaması barədə fikirləri sektorda mövcud vəziyyətə dair suallar yaradıb. Xüsusilə internet və telekommunikasiya bazarınd
19.08.2026 224