Hikmət Hacıyev: "2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur"

Hikmət Hacıyev: "2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur""2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni "təmas xətti" qurmağa çalışırlar.

Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndi hələ də işğal altındadır. Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir. Azərbaycanın qərb rayonlarından Naxçıvana bu günə qədər bir maşın belə keçməyib", - Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, 2022-ci ildə Praqa və Soçidə keçirilmiş görüşlərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasına baxmayaraq baş nazir və digər Ermənistan rəsmiləri tərəfindən vəziyyəti qəsdən gərginləşdirən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altına qoyan, təhdid edən açıqlamaların verilməsi, addımların atılması davam edir və bu xətt son vaxtlar daha da güclənir: "Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qəza törədən qadına 6 il, 9 ay, 3 gün həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir məhkəmə tərkibi təqsirləndirilən Gülnarə Eynullayevanın 3 il sürücülük hüququnda

19.08.2026 228
.

"Yaşıl Cümə" yenidən "İrşad"da!

21-31 avqust tarixlərində 70%-dək "Yaşıl Cümə" endirimləri başladı. - "İrşad" alış-verişi daha sərfəli edən ənənəvi "Yaşıl Cümə" kampaniyasına yenidən start verir. - 21-31 avqust tarixlərində keçiriləcək kampaniya zamanı elektronika, məişət texnikası, mebel və digər kateqoriyalard

19.08.2026 220
.

Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI

Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. -a istinadən xəbər verir ki, Zaqatala rayonu ərazisində baş verən qəzada ağır xəsarət alan sərnişin xəstəxanada ölüb. Xatırladaq ki, hadisə avqustun 14-də baş verib. Şəhər sakini, 17 yaşl

19.08.2026 297
.

Yaponiya sualtı bazalı hipersəs raketlərinin hazırlanmasına başlayacaq

Yaponiya Müdafiə Nazirliyi 2027-ci ildə sualtı bazalı hipersəs raketlərinin və uzaqmənzilli zərbə pilotsuz aparatlarının hazırlanmasına başlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Bildirilir ki, müvafiq müddəalar Yaponiya Müdafiə Nazirliyinin 2027-ci i

19.08.2026 131
.

700 il sonra üzə çıxan həqiqət: Tarixin ən bədbəxt əsgəri

Tarix səhifələri döyüş meydanlarında həyatını itirən saysız-hesabsız əsgərlə doludur. Lakin Şotlandiyadakı Stirlinq qalasında aşkarlanan bir skelet bəşəriyyətin şahid olduğu ən qeyri-adi və bədbəxt hadisələrdən birini sənədləşdirir. Qaynarinfo xəbər verir ki, əsrlər əvvəl, hələ 20 yaşlarının əvvəlind

19.08.2026 151
.

Türkiyə brendləri Rusiya bazarını tərk edir

2022-ci ildən sonra Rusiya bazarına daxil olan bir sıra Türkiyə brendləri ölkədəki fəaliyyətlərini azaldır və ya mağazalarını tamamilə bağlayır. Bizim.Media xəbər verir ki, söhbət ən azı 10 Türkiyə brendindən gedir. Hazırda "Madame Coco", "Chakra", "NetWork", "OXXO"

19.08.2026 157
.

"ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV

"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti. ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artı

19.08.2026 238
.

Erməni politoloq: Ukrayna həmişə Ermənistanın tərəfdaşı olub

"Ukrayna həmişə Ermənistanın, əsasən də ticarət sahəsində tərəfdaşı olub". xəbər verir ki, bunu erməni politoloq, siyasi elmlər üzrə doktorluq namizədi Norayr Dunamalyan -ya açıqlamasında bildirib. "Mən "müttəfiq" sözünü işlətməzdim. Bugünkü Ermənistan siyasəti kontekstində bel

19.08.2026 195
.

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edərək onları yerli qanunlara əməl etməyə çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. Məlumatda dilənçiliyin və ya icazəsiz ianə toplamağın Səudiyyə Ərəbistanınd

19.08.2026 218
.