Maldiv adalarında üzən şəhər salınacaq
Maldiv Respublikasının paytaxtı Male yaxınlığında salınacaq yeni rayon 20 minə qədər insanın yaşadığı minlərlə evi ehtiva edəcək. Burada, həmçinin dünya səviyyəli hotellər, restoranlar, butiklər və körpülərin yerləşdirilməsi ehtimal edilir. O, bir neçə altıbucaq formalı üzən qurğudan ibarət olacaq və dünyanın ada şəklində inşa edilən ilk su şəhəri olacaq.
AZƏRTAC "İslamosfera" nəşrinə istinadla xəbər verir ki, ənənəvi Maldiv dənizçilik mədəniyyətindən ruhlanan layihənin işlənib-hazırlanmasına 2009-cu ildə başlanılıb, 2027-ci ilə qədər isə iş tam başa çatdırılmalıdır. Layihə Hollandiyanın "Waterstudio" memarlıq firması tərəfindən Maldiv adaları hökuməti və Hollandiyanın "Dutch Docklands" əmlak istehsalçısı ilə tərəfdaşlıq şəraitində hazırlanır.
Üzən şəhərin tikintisi ekoloji səbəblərdən, yəni, qlobal istiləşmə ilə bağlı dəniz səviyyəsinin qalxmasından qaynaqlanır. Maldiv adalarının 80 faizi dəniz səviyyəsindən bir metrdən az hündürlüyündə yerləşir və proqnozlara görə, arxipelaqın əksəriyyəti su altında qalaraq, 2100-cü ilə qədər yaşayış üçün yararsız hala düşəcək.
Şəhəri layihələndirən mühəndislər bir çox məsələləri həll etməli və ilk növbədə təhlükəsizliyi təmin etməli olublar. Bu, üzən qurğunun yaradılmasında xüsusilə vacibdir. "Təbiət qüvvəsini, dalğaları, ekstremal hava şəraiti və 100 illik proqnoz üçün dəniz səviyyəsinin qalxması əvvəlcədən nəzərə alınmalıdır", – "Waterstudio" saytında deyilir.
Şəhərin dizaynı həm də beyin mərcanları adlanan Faviidae ailəsinin mərcanlarından ruhlanıb. Bu dəniz orqanizmləri kürəvi forması və riflənmiş səthi ilə insan beyninə bənzər koloniyalar təşkil edir. Layihənin ekoloji təmizliyi də əsas məsələlərdən biridir. Təbii mərcan artımını təşviq etmək üçün üzən şəhərin aşağı hissəsinə süni mərcan sahilləri yapışdırılacaq.
Ehtimal olunur ki, üzən şəhərdə əsas nəqliyyat qayıqlar olacaq, buna görə də burada çoxlu kanallar tikiləcək. Avtomobillər isə heç olmayacaq - yalnız velosipedlər, elektrik arabaları və skuterlər.
Əmlak satışları tezliklə başlayacaq və ilk sakinlərin adaya 2024-cü ildə köçə biləcəyi gözlənilir. Hər iqamətgahın 100 kvadratmetr sahəsi, öz körpüsü və dam terrası olacaq.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1337 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Peyvənd olunana pulsuz dönər təklifi
Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin
16.09.2021 1185 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001