"Yayda əhali su ilə tam təmin oluna bilməyəcək" - Kür quruyur
Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığı kəskin vəziyyət alıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.
Bildirilib ki, araşdırmanı Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları aparıblar.
Salyan və Neftçala rayonlarında şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyəti tədqiq edərkən, məlum oldub ki, Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəldiyi aşkarlanıb.
Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.
Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.
Xatırladaq ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirmişdi ki, hələ Kürün quruması kimi ciddi problemimiz yoxdur: "Kürün suyundan həm içməli, həm də suvarmada istifadə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1043 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran ABŞ-ın Avropadakı hərbi obyektlərini hədəfə ala bilər
İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, İra
19.08.2026 178 Bakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI
Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu
19.08.2026 185 "Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim"
Məşhur türk müğənni Murat Boz etirafı ilə diqqət çəkib. OLAY yazır ki, sənətçi qonaq olduğu proqramda ulduz olma yolundan danışıb. İllərlə Tarkanın vokalistliyini edən müğənni fərdi fəaliyyətə meqastarın Azərbaycan konsertindən sonra qərar verdiyini açıqlayıb
19.08.2026 314 Dayanacaqda ürəyi dayanan qadın CƏRİMƏLƏNDİ
Yeni Zelandiyada yaşayan 54 yaşlı qadın supermarketin dayanacağında ürəyi dayandıqdan bir neçə gün sonra cərimələnib. xarici KİV-ə istinadla bildirir ki, hadisə iyulun 26-da Oklend yaxınlığındakı Oreva şəhərində yerləşən "New World" supermarketinin qarşısında baş verib. Qadının vəziyyəti qəfi
19.08.2026 217 Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı
Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edərək onları yerli qanunlara əməl etməyə çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. Məlumatda dilənçiliyin və ya icazəsiz ianə toplamağın Səudiyyə Ərəbistanınd
19.08.2026 218 Erməni politoloq: Ukrayna həmişə Ermənistanın tərəfdaşı olub
"Ukrayna həmişə Ermənistanın, əsasən də ticarət sahəsində tərəfdaşı olub". xəbər verir ki, bunu erməni politoloq, siyasi elmlər üzrə doktorluq namizədi Norayr Dunamalyan -ya açıqlamasında bildirib. "Mən "müttəfiq" sözünü işlətməzdim. Bugünkü Ermənistan siyasəti kontekstində bel
19.08.2026 195 Yaponiya sualtı bazalı hipersəs raketlərinin hazırlanmasına başlayacaq
Yaponiya Müdafiə Nazirliyi 2027-ci ildə sualtı bazalı hipersəs raketlərinin və uzaqmənzilli zərbə pilotsuz aparatlarının hazırlanmasına başlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Bildirilir ki, müvafiq müddəalar Yaponiya Müdafiə Nazirliyinin 2027-ci i
19.08.2026 131 Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?
"Ermənistanın Ukrayna ilə münasibətləri son dövrdə nəzərəçarpacaq şəkildə intensivləşir. Ukrayna Prezidenti Volodimir Zelenskinin may ayında Ermənistana səfəri, ardınca yüksək səviyyəli təmasların artması və avqust ayında tərəflərin əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməsi göstərir ki
19.08.2026 248 Rus ordusu Vodyanskoyeni işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Vodyanskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
19.08.2026 173