Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki "qara bulud"lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan "xan"ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib.
"Yeni Sabah" xəbər verir ki, Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi.
Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.
Vasif Talıbovun "vurulmasından" sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb.
Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur.
Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb.
Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1759 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır
Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi
14:44 162 Jurnalist Elnur Şükürov həbs edildi
Jurnalist Elnur Şükürov həbs edilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunl
16:31 185 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
19:25 164 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
18:51 150 SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
15:04 164 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
18:40 140 Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid
16:00 169 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
18:30 148 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
22:00 0