Azərbaycan qlobal layihələrin reallaşmasında söz sahibidir

Azərbaycan qlobal layihələrin reallaşmasında söz sahibidirAzərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu ölkəmizin həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişinin təminatçısıdır. Son vaxtlar ölkəmizin beynəlxalq aləmdə nüfuzunu təsdiqləyən tədbirlər bunu bir daha təsdiqləyir.
Bu prosesdə heç şübhəsiz ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Təkcə ölkə vətəndaşları üçün deyil, beynəlxalq aləmdə də öhdəlik kimi götürdüyü bütün vədlərinə sadiq qalan Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan uzun illərdir dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Şübhəsiz ki, bu ehtiram və etimadın davamı olaraq ölkəmiz təkcə regionda yox, qlobal əhəmiyyətli layihələrin reallaşmasında da söz sahibidir.
Məhz ölkə rəhbərinin nüfuzu sayəsində dünya siyasi sistemində Qoşulmama Hərəkatı ikinci ən böyük diplomatik platforma və güc mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyəti ölkəmizi Qərb üçün də mühüm tərəfdaşa çevirib. Bütün bu faktorlar isə dövlətimizin gücünün və qüdrətinin təsdiqidir. Bu baxımdan, Prezident İlham Əliyevin martın 13-14-də Almaniya Federativ Respublikasına səfəri dövlətimizin həm iqtisadi, həm də beynəlxalq qüdrətini Avropada nümayiş etdirmiş oldu.
Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri olduqca səmərəli keçdi. Diqqətçəkən məqamlardan biri də Almaniya Kansleri Olaf Şoltsun mətbuata bəyanatındakı fikirləri idi. Cənab Şoltsun qeyd etdiyi kimi, Azərbaycan Almaniya, eləcə də Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Bununla yanaşı, kansler həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün Azərbaycanın böyük potensialı olduğunu, eyni zamanda bərpa olunan enerji üzrə əməkdaşlığın aktuallığını vurğuladı.
Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrindən danışaraq bildirdi ki, bu qurumla imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun sürətlə icra olunması ölkəmizin niyyətinin göstəricisidir. Prezident bir daha bəyan etdi ki, Azərbaycan Avropa məkanına qaz ixracatını artırmaq haqqında düşünür. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etdiyimiz halda, bu rəqəm təqribən 12 milyard kubmetrə çatacaq. Azərbaycan lideri gələcək illərdə də ixrac coğrafiyamızı Avropada genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı regional təhlükəsizlik məsələlərinə də toxunaraq qeyd etdi ki, Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Cənab Prezident ümidvar olduğunu söyləyərək qeyd etdi ki, Ermənistan bu şansı qaçırmayacaq və bununla da, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaq.
Səfər çərçivəsində ölkəmizin başçısının Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü də olduqca maraqla izlənildi. 30-a yaxın almaniyalı iş adamı ilə davam edən görüşdə respublikamızda iqtisadiyyatın, onun imkanlarının, habelə ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin təşviqi baxımdan uğurlu alındı.
Prezidentin söylədiyi kimi, ölkəmizdə bərpa olunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində gözəl imkanlar var və bunun fonunda gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, həmçinin, "yaşıl enerji" ixrac edən ölkəyə də çevriləcək.
Azərbaycanda geniş biznes imkanlarının olduğunu diqqətə çatdıran dövlət başçısı alman iş adamlarını ölkəmizə dəvət etdi və Almaniya ilə Azərbaycan arasında müzakirə olunan sahələrdə güclü tərəfdaşlığın olacağına əminliyini ifadə etdi.
Prezident İlham Əliyevin Almaniyaya səfəri və lider kimi qarşılanması, keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq miqyasda siyasi və iqtisadi qüdrətinin nümayişi idi. Bir sözlə, ölkə başçısının son səfəri regional güc olan Azərbaycanın dünyanın aparıcı ölkəsi kimi siyasi proseslərə fəal şəkildə qoşulmasının təsdiqi kimi qəbul olunmalıdır.

Məftun Quluzadə - Nəsimi Rayon Gənclər və İdman İdarəsinin
rəis əvəzi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 17 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şuşanın hər daşı bir tarix, hər küçəsi bir qəhrəmanlıq dastanıdır

Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın onilliklər boyu ürəyində gəzdirdiyi torpaq həsrətinin, doğma yurdlarına qayıtmaq arzusunun və milli qürurunun təntənəsidir. 8 Noyabr təkcə hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycanın öz tarixi torpaqlarının müdafiəsi

14:44 162
.

Jurnalist Elnur Şükürov həbs edildi

Jurnalist Elnur Şükürov həbs edilib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq - ağırlaşdırıcı hallarda) və 188.1-ci (qanunl

16:31 185
.

Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan

19:25 164
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

18:51 150
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

15:04 164
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 140
.

Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib

Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid

16:00 169
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

18:30 148
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

22:00 0
.