Dizlərdə su niyə yığılır?

Dizlərdə su niyə yığılır?Diz oynaqlarında toplanan maye, yəni su insan orqanizmi üçün təhlükəlidir.

"Medicina" xəbər verir ki, Almaniya həkimlərini araşdırmalarına görə, dizdə mayenin toplanması həmin bölgədə şişkinlik yaradır və bu zaman təcili olaraq həkimə müraciət etmək lazımdır.

Bu xəstəliklə adətən idmançılar, əsas da qaçışçılar və futbolçular üzləşir. Dizdə maye adlandırılan bu simptom diz qapağında şişkinlik kimi də qeyd olunur.

Almaniyanın Gundelfingen Birləşmiş Klinikasının baş ortopedi Sven Ostermelier bildirmişdir ki, diz qapağının şişməsi klassik əlamətlərdən hesab edilir. Əgər şiş diz yuvasında əmələ gəlirsə, buna Beyker kistası deyilir. Təsirlənmiş insanlar tez-tez yeriyərkən şiddətli ağrı hiss edirlər. Funksional məhdudiyyətlərə əlavə olaraq, xəstələr daimi təzyiq hissindən şikayət edirlər.

Dizinizi əydiyiniz zaman şişlik xüsusilə nəzərə çarpır. Təzyiq hissi də çox artır. Bəzi hallarda dizdəki kist o qədər böyüyə bilər ki, qan damarlarını və ya sinirləri sıxır. Bəzi hallarda bu, qan dövranı pozğunluğuna, tromboza və ya sinir çatışmazlığına səbəb olur.

Diz qapağı əsasən firlanma hərəkətləri ilə yüklənir. Diz qapağı büküldükdə gərginlik artır. Məhz buna görə dizin yüksək dərəcədə fırlanması ilə məşğul olan idmançılar ənənəvi olaraq bu problemlərdən qorunmağa çalışırlar. Lakin zədələndiyi zamanlarda müalicə almazsa oynaqda aşınma və yıpranma olan osteoartritə səbəb ola bilər.

Diz qapağı ciddi şəkildə şişmişsə, ilk növbədə diz bir neçə gün qorunmalıdır. Kiçik kistlər çox vaxt öz-özünə həll olunur. Əgər bu simptomlar keçməsə mütləq həkimə müraciət etmək lazımdır.

Bu kistin qarşısını almağın yeganə yolu çəkinizə diqqət etmək və dizinizi çox yukləyən hərəkətlərdən uzaq olmaqdır.
Adətən diz oynağının zədələnməsi yeddi gündən çox davam edərsə, həkimə müraciət etməyin vaxtıdır .


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2731   Tarix: 17 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.