Bir klubda ən çox çalışan məşqçilər: Qurban Qurbanov "böyük beşlik"dəkilər üçün əlçatmazdır

Bir klubda ən çox çalışan məşqçilər: Qurban Qurbanov "böyük beşlik"dəkilər üçün əlçatmazdırAvropanın "böyük beşlik" liqalarında bir klubda ən çox çalışan baş məşqçilərin adları açıqlanıb.

"Report"un məlumatına görə, hazırda fəaliyyətini davam etdirən mütəxəssislərin siyahısına İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeone başçılıq edir.

Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisinin sükanı arxasındadır. Onu Almaniya "Frayburq"una rəhbərlik edən Kristian Ştrayx izləyir. Simeone həmkarından cəmi 6 gün əvvəl təyin olunub.

Müqayisə üçün əlavə edək ki, Azərbaycanda ən uzun müddətdir eyni komandada çalışan məşqçi Qurban Qurbanovdur. 2008-ci ildən "Qarabağ"a rəhbərlik edən 51 yaşlı mütəxəssis bu baxımdan "Top-5" liqalardakı bütün həmkarları üçün əlçatmazdır.

Maraqlıdır ki, Qurbanov "Qarabağ"da olduğu müddətdə "böyük beşlik" liqalarının siyahısına rəhbərlik edən ilk iki məşqçi ilə üz-üzə də gəlib. 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsindəki Qurbanov-Simeone duelində qalib müəyyənləşməyib. Onların çalışdırdıqları komandalar Bakıda 0:0, Madriddə isə 1:1 hesablı bərabərliyə razılaşıblar.

Ştrayxın komandası "Frayburq"la oyunlar isə cari mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə təsadüf edib. Almaniyada rəqibinə 1:2 hesabı ilə məğlub olan "Qarabağ" Bakıda heç-heçə edib – 1:1.

"Böyük beşlik"də bir klubda ən uzun müddət işləyən baş məşqçilər:

1. Dieqo Simeone ("Atletiko", İspaniya) - 11 il 3 ay (2011-ci ildən)

2. Kristian Ştrayx ("Frayburq", Almaniya) - 11 il 3 ay (2011-ci ildən)

3. Olivyer Pantaloni ("Ayaçço", Fransa) - 8 il 4 ay (2014-cü ildən)

4. Yurgen Klopp ("Liverpul", İngiltərə) - 7 il 5 ay (2015-ci ildən)

5 Can Pyero Qasperini ("Atalanta", İtaliya) - 6 il 9 ay (2016-cı il)

6. Pep Qvardiola ("Mançester Siti", İngiltərə) - 6 il 8 ay (2016-cı ildən)

7. Paskal Qastyen ("Klermon", Fransa) - 5 il 6 ay (2017-ci ildən)

8-9. Urs Fişer ("Union", Berlin, Almaniya) - 4 il 8 ay (2018-ci ildən)

8-9. Yaqoba Arrasate ("Osasuna", İspaniya) - 4 il 8 ay (2018-ci ildən

10. Tomas Frank ("Brentford", İngiltərə) - 4 il 5 ay (2018-ci ildən)

11. İmanol Alquasil ("Real Sosyedad", İspaniya) - 4 il 3 ay (2018-ci ildən)

Qurban Qurbanov, həmçinin, Postsovet məkanı ölkələrinin yüksək liqasında və Türkiyə Super Liqasında çalışan mütəxəssislər üçün də əlçatmazdır. Burada ona ən yaxın həmkarı 11 ildir Özbəkistanın "Nasaf" klubuna başçılıq edən Ruzikul Berdiyevdir. Həmin liqaların hər birində ən uzun müddətdir çalışan məşqçilər aşağıdakı kimidir:

Postsovet məkanı və Türkiyə:

Azərbaycan: Qurban Qurbanov ("Qarabağ") – 14 il 9 ay (2008-ci ildən)

Özbəkistan: Ruzikul Berdiyev ("Nasaf") – 11 il 2 ay (2012-ci ildən)

Yazqulu Xocaqeldiyev ("Altın Asır") – 9 il 3 ay (2014-cü ildən)

Belarus: İroq Kovaleviç ("Neman") – 6 il 9 ay (2016-cı ildən)

Gürcüstan: Gia Qequçadze ("Dinamo", Batumi) – 5 il 2 ay (2018-ci ildən)

Rusiya: Sergey Semak ("Zenit) – 4 il 10 ay (2018-ci ildən)

Estoniya: Yurgen Henn ("Flora") – 4 il 7 ay (2018-ci ildən)

Moldova: Andrey Martin ("Daçiya") – 4 il 3 ay – (2019-cu ildən)

Türkiyə: Rıza Çalımbay ("Sivasspor") – 3 il 9 ay – (2019-cu ildən)

Ukrayna: Yuri Virt ("Veres") – 3 il 9 ay (2019-cu ildən)

Ermənistan: Rafael Nazaryan (BKMA) – 3 il 8 ay (2019-cu ildən)

Tacikistan: Asliddin Xabibulloyev ("Xatlon") – 3 il 3 ay (2020-ci ildən)

Litva: Rokas Qarastas ("Kauno Jalqiris") – 3 il 3 ay – (2019-cu ildən)

Latviya: Viktor Moroz (RFS) – 3 il 1 ay (2020-ci ildən)

Qırğızıstan: Vladimir Xoroşunov ("Kara-Balta"), Ceylan Arıkan ("Abdış-Ata"), Nurbek Zoldaşov ("Neftçi") – 2 il 3 ay (2021-ci ildən)

Qazaxıstan: Sergey Popkov ("Okjetpes"), Aleksandr Sednyov ("Ordabası") – 2 il 2 ay (2021-ci ildən)


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1139   Tarix: 18 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı

"Xalların bölündüyü "Sabah" və "Qarabağ" klubların arasında baş tutan gərgin qarşılaşma Azərbaycan futbolunun parlaq nümayişi oldu". xəbər verir ki, bu fikirləri FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında yazıb. O, Misli Premyer Liqasının IX turunda baş tuta

26.10.2026 613
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18.10.2026 794
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 566
.

Bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu

17.10.2026 787
.

"Sabah"ın oyununa 45 min bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla

05.10.2026 684
.

"Neftçi" Premyer Liqada liderliyə yüksəldi

"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər

01.11.2026 430
.

Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edib. Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib. 15:50. Azərbaycan cüdoçusu Əhmə

04.10.2026 825
.

İlham Əliyev mükafatlandırma mərasimində - Video

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident

30.10.2026 544
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11.10.2026 773
.