"Qarabağ"ın futbolçusu "Qalatasaray"la oyuna görə millidən kənarda qalıb
"Qarabağ"ın oyunçusu Nəriman Axundzadə Türkiyə klubu "Qalatasaray"la martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə oyununa görə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən kənarda qalıb.
Bu barədə "Report"a U-21 yığmasının baş məşqçisi Samir Əliyev məlumat verib.
O bildirib ki, Ağdam klubu ilə danışıqlardan sonra bu addımı atıb: "Başa düşürük ki, qarşıda "Qarabağ"ın maraqlı oyunu var. Futbolçuların da bir çoxu milli komandalara getdiklərindən, heyətlə bağlı problemləri ola bilər. "Qarabağ" tərəfi ilə danışığımız oldu. Nəriman Axundzadəni məhz buna görə U-21-ə çağırmadıq".
Samir Əliyev "Qarabağ"ın qapıçısı Amin Ramazanovun yığmadan kənarda qalmasının səbəbini də açıqlayıb. 44 yaşlı mütəxəssis gənc qolkiperin zədəli olduğu üçün qarşıdakı yoldaşlıq görüşlərində sərəncımında olmayacağını söyləyib: "Amini çağırmaq fikrimiz var idi. Lakin "Qarabağ"ın əvəzedicilərinin heyətində "Neftçi-2" ilə Birinci Divizion oyununda zədələnmişdi. Düzdür, zədəsi ciddi deyil. Ancaq təxminən bir həftə müalicə almalı idi. Bu üzdən onu dəvət etməmək qərarına gəldik".
Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə Türkiyənin Antalya şəhərində yoldaşlıq görüşü keçirəcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1082 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Zirə" səfərdən məğlub qayıdır - Video-Yenilənib
Bu gün "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada "Payde"nin qonağı olacaq. Görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Sumqayıtd
23.07.2026 450 Peruda 500-dən çox körpəyə Erlinq Holand adı verilib
2026-cı il futbol üzrə dünya çempionatı zamanı Peruda yüzlərlə yeni doğulan körpə Norveç millisinin ulduzu Erlinq Holandın şərəfinə adlandırılıb. xəbər verir ki, bu barədə "L'Equipe" nəşri Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinə istinadən məlumat yayıb. Qeyd olunub ki
12.07.2026 427 Dünya çempionatından qayıdan afrikalı futbolçu ÖLDÜ
CAR yığmasının və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında həyatını itirib. xəbər verir ki, bu məlumatı "Soccer Laduma" portalı yayımlayıb. Ölümün səbəbləri barədə məlumat verilmir. Adams 2025-ci ildən "Mamelodi Sandauns" klubunda oynayırdı v
12.07.2026 469 "Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb
İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmə
02.08.2026 167 Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib
Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb. "Report"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc meda
01.08.2026 194 "Qarabağ" Avropa Liqası ilə vidalaşdı (YENİLƏNİB)
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" səfərdə ÇSKA (Sofiya, Bolqarıstan) ilə cavab oyununa çıxıb. Qaynarinfo-nun məlumatına görə, "Vasil Levski" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0. Bakıda baş tutan ilk görüşdə də tərəflər fərqlənə bilməmişdilər
31.07.2026 218 Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
Argentinada gənc futbolçunun ölümü ölkənin futbol ictimaiyyətini sarsıdıb. xarici mediaya istinadla bildirir ki, "Atletiko i Sosyedad Arxentinos del Norte" klubunun 20 yaşlı futbolçusu Santyaqo Nikolas Korassa ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Qəza iyulun 26-na keçən gecə Servante
02.08.2026 175 Onları DÇ-2026-da kəşf etdik - ADLAR
2026-cı il dünya çempionatı təkcə möhtəşəm oyunlar və rekordlarla deyil, həm də yeni futbol ulduzlarının üzə çıxması ilə yadda qaldı. Turnirdə gözlənilməz performans sərgiləyən bir sıra futbolçular həm komandalarının uğurunda əsas rol oynadı, həm də Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdü
15.07.2026 613 "Trabzonspor"dan Salaha rəsmi təklif: Misirli futbolçuya fantastik məbləğ verilir
Türkiyənin "Trabzonspor" klubu "Liverpul"un keçmiş hücumçusu Məhəmməd Salahı heyətinə qatmaq üçün rəsmi təklif irəli sürüb. xəbər verir ki, bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, Salahın nümayəndəsi ilə "Trabzonspor"
02.08.2026 199