Məhsul almaq istəyərkən aldananlar: Elan saytları qeydiyyatı niyə ciddiləşdirilmirlər? - ARAŞDIRMA

Məhsul almaq istəyərkən aldananlar: Elan saytları qeydiyyatı niyə ciddiləşdirilmirlər? - ARAŞDIRMA"Filan elan saytında maşın gördüm. Satıcı ilə danışdıq, razılaşdıq ki, ödənişin bir hissəsini göndərim. Lakin pulu göndərdikdən sonra həmin şəxslə əlaqə saxlamaq mümkün olmadı. İndi polisə müraciət etmişik. Lakin polis də şəxsin haqqında məlumatlar olmadığı üçün tapmaqda çətinlik çəkir".

Bu sözləri vətəndaşlardan biri sosial şəbəkədə paylaşıb.

Şərhlərdə də insanlar bildiriblər ki, belə hallar çox baş verir. Elan saytlarının qeydiyyat hissəsinə daxil olduqda da görmək mümkündür ki, insanlardan sadəcə telefon nömrəsi və ya mail ünvanı tələb olunur.

Bəs bu cür fırıldaqçıların qarşısının alınması üçün elan saytlarının qeydiyyatı niyə ciddiləşdirilmir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Lalafo"nun Azərbaycan şöbəsinin rəhbəri Pavel Kiryagin dedi ki, hələlik qeydiyyatı dəyişməyi planlaşdırmırlar:

"Biz satıcı ilə alıcı arasındakı alqı-satqının iştirakçısı deyilik. Qiymət, ödəniş üsulu, çatdırılma və s. haqqında bütün razılaşmaları satıcı və alıcı öz aralarında müzakirə edirlər. İstifadəçiləri məlumatlandırmaq və yeni fırıldaqçılıq hallarının qarşısını almaq üçün şəxsi bülletenlər, xəbərdarlıq bannerlərindən istifadə edirik, başqa ölkələrdəki telefonlardan qeydiyyatdan keçmək imkanını aradan qaldırdıq, qeydiyyat zamanı nömrə yoxlanmasını tətbiq etdik, fırıldaqçılıqda şübhəli bilinən hesabları tez bir zamanda yoxlayıb bloklayırıq. Hüquq-mühafizə orqanları ilə də əməkdaşlıq edirik. Əsas çətinlik odur ki, fırıldaqçılar virtual, əsasən mövcud olmayan nömrələrdə və whatsapp kimi məşhur platformalar vasitəsilə, çox vaxt da xaricdə fəaliyyət göstərirlər. Ona görə onların şəxsiyyətini müəyyənləşdirib məsuliyyətə cəlb etmək çox çətindir. Odur ki, özünüzü qorumağın ən yaxşı yolu mesaj bölməsində söhbət etmək, şübhəli linkləri izləməmək, kart məlumatlarını ötürməməkdir".

Turbo.az, Tap.az saytlarının rəhbərlərindən biri Orxan Vəliyev isə bildirib ki, saytın istifadəçinin şəxsiyyətini təsdiq edən sənədləri toplamaq kimi hüququ yoxdur:

"Əməliyyatın tamamlanma prosesində iştirak etmədiyimizdən və onlayn ödəniş xidmətlərimizin olmamasından asılı olmayaraq, həmişə əməliyyat iştirakçılarına kart məlumatlarını qorumaq barədə xəbərdarlıq edirik. Prosesdə iştirak edən hər bir tərəf öz şəxsi məlumatlarının qorunmasına nəzarət etməlidir. Bundan əlavə, satıcıların və alıcıların əməliyyat edərkən daha diqqətli olmaları üçün saytımızda digər saxtakarlıq sxemləri barədə xəbərdarlıq mesajları var. Həmçinin, saytda şübhəli fəaliyyəti aşkar etmək üçün müəyyən mexanizmlər mövcuddur ki, bunun nəticəsində potensial fırıldaqçıların sayta daxil olmasını bloklayır və qarşısını alırıq. Aldadılan istifadəçilər pozulmuş hüquqlarını qorumaq üçün sayt rəhbərliyi, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər. Aidiyyəti dövlət orqanlarından bizə müraciətlər olarsa, cavab verir və qanunvericiliyə uyğun addımlar atırıq. Həmçinin, istifadəçilərlə şəxsi məlumatlarını qorumaq və yaymamaq üçün maarifləndirmə işləri aparmağı planlaşdırırıq".

Rəqəmsal marketinq mütəxəssisi Qələndər Məmmədlinin sözlərinə görə, bu tip ticari mübadilənin adı müştəridən müştəriyə satışdır:

"Əşyaların satışı üçün olan bu tip elan saytlarında elektron ödəmə sistemi olmadığına görə adətən tərəflər arasında görüş olur. Amma saytlar elanın qiymətində ya da elanı ön sıralara çəkmək üçün müəyyən gəlir əldə edirlər deyə, düşünürəm ki, alanın da, satanın da təhlükəsizliyini təmin etməlidirlər. Çünki bir müştərinin zərər görməsi ümumi sektora olan inamın zəifləməsinə gətirib çıxarır. Bir nöqtədən sonra insanlar artıq bu tip saytlarda çıxan elana etibar etməməyə başlayacaq".

Q.Məmmədlinin fikrincə, saytlar müxtəlif qabaqlayıcı tədbirlər görməlidir:

"Tədbirlərin ən birincisi odur ki, daimi elan yerləşdirən şəxslər qiymətləndirilməli, satış yekunlaşdıqdan sonra alıcı ona qiymət verməlidir. Bu etibarlılıq dərəcəsinə görə satış edən, elan yerləşdirənin daha uyğun hərəkət etməsinə gətirib çıxaracaq. Kim güvənlidirsə, müəyyən bal, ünvan qazanacaq və artıq insanlar məhsulu etibarlı satıcıdan əldə edəcəklər. Onda digərləri daha dürüst çalışmağa məcbur olacaq, yüksək reytinq əldə etmək istəyəcək. Reytinq sistemi qurularsa, dələduzluq halları da azala bilər. İkinci olaraq müxtəlif elektron rəqəmsal texnologiyalardan istifadə edərək şəxsin üzünün doğrulanması, vəsiqə və digər məlumatlarla qeydiyyatın aparılması prosesi daha izlənəbilən edər, dələduzluq hallarının böyük bir hissəsi həllini tapar. Əgər bunu sistematik şəkildə edə bilməsək, gələcəkdə problem daha da böyüyəcək".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1002   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr açarı qapının üstündə qoyanların nəzərinə

Ev sahibləri arasında geniş yayılmış təhlükəsizlik tədbiri olaraq qəbul edilən "qapını kilidlədikdən sonra açarı üzərində saxlamaq" vərdişi mütəxəssislərin fikrincə, zənn edilənin əksinə olaraq ciddi təhlükəsizlik və sağlamlıq riskləri yaradır. Xalq arasında içəridə qoyulan açarın çöldən müdaxilən

08.08.2026 321
.

Oteldə ilk işiniz bu olsun: Qapıdan mütləq stəkan asın

Hotel otağına daxil olan kimi hamam otağındakı şüşə stəkanı qapı dəstəyindən asmaq ilk baxışdan qəribə bir xürafat kimi görünə bilər. xəbər verir ki, yorucu səyahətdən sonra hotel otağına yerləşib dincəlməyə çəkilməzdən əvvəl təcrübəli səyyahların əsla nəzərdən qaçırmadığı qeyri-adi bir üsul var. B

08.08.2026 338
.

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

Telefon zəng çalanda fərqində olmadan otağın içində fırlanmağa, dəhlizdə o yana-bu yana addımlamağa başlayanlardansınız? Tək deyilsiniz. Bir çox insanın fərqində olmadan sərgilədiyi bu davranış psixoloqlara görə sadə bir vərdişlə məhdudlaşmır. Mütəxəssislər telefon danışığı zamanı ortaya çıxan bu hərəkətliliyi

15.08.2026 244
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

17.08.2026 178
.

2012-ci il niyə dünyanın sonu hesab olunurdu? - Alimlər AÇIQLADI

Eramızdan əvvəl 3114-cü il avqustun 11-i mayyaların istifadə etdiyi xronoloji sistem - Mezoamerika Uzun Təqviminin başlanğıcı hesab olunur. xəbər verir ki, "Adevarul" nəşrinin yazdığına görə, bu sistem Kolumbdan əvvəlki sivilizasiyaların yaratdığı ən mürəkkəb zaman ölçmə üsullarından biri sayılır

16.08.2026 222
.

Qarpızı dondurmaq olar? - Düzgün üsul

Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur

09.08.2026 270
.

Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı

Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər. xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesa

09.08.2026 289
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

09.08.2026 260
.

Qarpızın üstünə buna görə daş qoyurlar

Çində bəzi fermerlərin yetişməkdə olan qarpızların üzərinə daş qoyması ilk baxışdan qəribə görünsə də, bu üsulun arxasında uzun illərdir tətbiq olunan maraqlı kənd təsərrüfatı təcrübəsi dayanır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gün ərzində günəş şüalarının təsiri ilə qızan daşlar istiliy

09.08.2026 411
.