Güclü geomaqnit qasırğası müşahidə edilir
"Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviyyədədir. Hər hansı alışma, tac kütlə atılması müşahidə olunmur. Buna baxmayaraq, mövcud vəziyyət yaxın 3 gün ərzində M sinfindən olan alışmanın yarana biləcəyini istisna etmir. Günəş küləyi ilə bağlı vəziyyət isə qeyri-stabildir".
BiG.AZ xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının yaydığı məlumata görə, bunun əsas səbəbi 20-21 mart tarixlərində DSCOVR tərəfindən qeydə alınan tac kütlə atılmasının Yerə yaxınlaşmasıdır.
Bildirilib ki, STEREO-A koronoqrafından alınan təsvirlərin təhlili ümumi maqnit sahəsinin intensivliyinin 22 nTl-ya, Bz komponentinin maksimal kənaraçıxmasının 17 nTl-ya bərabər olduğunu göstərir. Bu parametrlərin ölçülən ədədi qiymətləri kosmik hava şəraitində kifayət qədər güclü həyəcanlaşmadan xəbər verir.
Hesabat dövründə Günəş küləyinin sürəti 450-500 km/san intervalında, maksimal həddi isə 517 km/san olub. Günəş küləyində müşahidə olunan həyəcanlaşmaların növbəti 3 gün ərzində də davam edəcəyi proqnozlaşdırılır.
Belə qeyri-stabil vəziyyət bu gün Yerdə əsasən yuxarı en dairələrində G3 (Kp=7, güclü) səviyyəli geomaqnit qasırğasına səbəb olub. Ümumilikdə isə səviyyəsi G2-G3 (Kp=6-7, orta-güclü) olaraq qiymətləndirilən geomaqnit qasırğası günün sonuna nisbətən səngiyərək G1-G2 (Kp=5-6, minor-orta) səviyyəsinə düşəcək. Bu proqnoz tac kütlə atılmasının təsirinin azalması ilə əlaqələndirilir. 25 və 26 mart tarixlərində ayrı-ayrı saatlarda G1 (Kp=5, minor) səviyyəli maqnit qasırğasının müşahidə olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, belə maqnit qasırğaları bizim en dairələrinə nisbətən zəifləmiş halda gəlib çatsa da, eko-, bio- və texnosistemlərə öz mənfi yan təsirlərini göstərir. Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
Bundan başqa, əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 958 Tarix: 24 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Siz hər şeyi məhv edirsiniz"
"O dövrlərdə şou-biznesdə mahnı, klip rəqabəti var idi. Yaxşı mənada rəqabət idi. İndiki kimi deyildi. Biri dəxlisiz mahnı oxuyur, mən də oxuyum, toy tutum yox idi. Ucuz bir şeylərdir. Onun arxasında başqa şeylər var". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artust Lalə Məmmədova "Gü
07.05.2026 355 Azərbaycanda şagirdlərdən müəllimlərə qarşı şok hərəkət - VİDEO
Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 145, 86 və 17 nömrəli məktəblərin müəllimlərinə aid şəkil və videolar sosial şəbəkələrdə icazəsiz paylaşılır. İddialara görə, həmin görüntülər üzərində qeyri-etik dəyişikliklər edilir və paylaşımlar əsasən şagirdlər tərəfindən yayılır. B
07.05.2026 509 Pezeşkian Müctəba Xamenei ilə görüşdü
İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Lideri Müctəba Xamenei ilə görüşüb. "AzPolitika" xəbər verir ki, bu barədə İran prezidentinin Mətbuat xidməti bəyanat yayıb. Pezeşkianın sözlərinə görə, görüş səmimi atmosferdə və qarşılıqlı hörmət şəraitində keçib. "Bu yaxınlarda Ali Rəhbə
07.05.2026 300 Dünyada Hantavirus Narahatlığı: İsrail və Fransada İlk Yoluxma Halları - ADİL QEYBULLADAN AÇIQLAMA
Son günlər dünyada Hantavirusla bağlı narahatlıq artıb. Hantavirus ilə əlaqədar yayılan xəbərlər beynəlxalq səhiyyə qurumlarını da hərəkətə keçirib. Ümumdünya Səhiyyə Təşkilatı kruiz gəmisində qeydə alınan yoluxma hallarından sonra müxtəlif ölkələrdə monitorinqlərin gücləndirildiyini açıqlayıb. Associate
14:48 130 ABŞ Yaxın Şərqdəki qoşun sayını 50 minə çatdırdı - NYT
İranla münaqişə fonunda fevral ayından bəri ABŞ Yaxın Şərqdəki bazalarındakı qoşun kontingentini təxminən 10 00 nəfər artıraraq, 50 00-ə çatdırıb. xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-nin İrana qarşı hərb
07.05.2026 261 Rusiya 10 maya qədər hərbi əməliyyatları dayandıracaq
Rusiya Sovet xalqının Böyük Vətən Müharibəsində qazandığı qələbənin 81-ci ildönümü münasibətilə Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında müvəqqəti atəşkəs elan edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, atəşkəs rejimi 8 may saat 00:00-dan başlayaraq 10 may tarixinədə
10:46 158 İsrail Həmas Terror Təşkilatına Qarşı Əməliyyatları Genişləndirir - POLİTOLOQDAN AÇIQLAMA
İsrail hökuməti Həmas terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatların genişləndiriləcəyini açıqlayıb. Rəsmi Tel-Əviv bölgədə təhlükəsizlik təhdidlərinin davam etdiyini bildirərək əməliyyatların daha intensiv mərhələyə keçəcəyini qeyd edib. Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin dah
12:41 143 Xanlar Vəliyevin qızı bu vəzifəyə təyin edildi
"Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub. -a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva "Mərkəzi Nəbatat Bağı"nın İdarə Heyətinin sədrinin müavini təyin edilib. Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyy
11:07 204 Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları var idi"
Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib. Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb. Məlu
15:20 51