Telefonunuz sizi dinləyir? - Söhbətdən sonra çıxan reklamların səbəbi
Hansısa məhsul haqqında danışdıqdan sonra telefonda məhz onun reklamını görmək bir çox insanda şübhə yaradır. İstifadəçilər smartfonun söhbətlərini gizlicə dinlədiyini düşünürlər. Lakin belə reklamların görünməsi özlüyündə dinlənilmənin sübutu deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, reklam sistemləri insanların maraqlarını mikrofon olmadan da müəyyənləşdirə bilir. Bunun üçün axtarış tarixçəsi, məkan məlumatları, alışlar və oxşar maraqları olan istifadəçilərin davranışları təhlil edilir.
Mikrofondan hansı tətbiqlər istifadə edir?
Smartfonun mikrofonu zənglər, video çəkilişi, səsli mesajların göndərilməsi və rəqəmsal köməkçilərin işləməsi üçün lazımdır. Bununla belə, ilk baxışda səs yazmağa ehtiyacı olmayan tətbiqlər də mikrofona giriş icazəsi istəyə bilər.
Bu səbəbdən hansı tətbiqlərə belə icazə verildiyini yoxlamaq məxfiliyin qorunması baxımından əhəmiyyətlidir.
Sadə təcrübə nə göstərə bilər?
Mənbədə istifadəçilərə əvvəllər internetdə axtarmadıqları, almadıqları və yazışmalarda müzakirə etmədikləri qeyri-adi bir məhsul seçmək təklif olunur. Məsələn, evdə saxlamadığınız heyvan üçün xüsusi yem seçə bilərsiniz.
Daha sonra telefonun yanında həmin məhsul haqqında bir neçə dəfə adi qaydada danışmaq tövsiyə edilir. Təcrübə zamanı məhsulu internetdə axtarmamaq, onunla bağlı saytlara daxil olmamaq və mövzuya aid paylaşımlara keçid etməmək vacibdir.
Növbəti günlərdə saytlarda və sosial şəbəkələrdə görünən reklamları izləmək olar. Seçilmiş məhsulun reklamının çıxması şübhəli görünsə də, bu nəticə telefonun söhbətləri dinlədiyini sübut etmir. Reklam başqa amillərin təsiri ilə də göstərilə bilər. Eyni zamanda reklamın görünməməsi də mikrofonun istifadə olunmadığını təsdiqləmir.
Reklamlar niyə bu qədər dəqiq olur?
Müasir reklam alqoritmləri müxtəlif məlumatları birləşdirərək istifadəçinin hansı məhsullarla maraqlana biləcəyini proqnozlaşdırır. Brauzer tarixçəsi, məkan məlumatları və oxşar davranışlı insanların maraqları bu prosesdə rol oynaya bilər.
Buna görə insan konkret məhsulu axtarmasa belə, onun reklamı qarşısına çıxa bilər. Reklamın söhbətdən sonraya təsadüf etməsi isə dinlənilmə təəssüratını gücləndirir.
Mikrofona verilən icazələri yoxlayın
Məxfiliyi qorumaq üçün telefonun ayarlarında tətbiqlərin mikrofona giriş icazələrinə baxmaq lazımdır. İşləməsi üçün səs yazmağa ehtiyacı olmayan tətbiqlərin bu icazəsini ləğv etmək məqsədəuyğundur.
Reklamları izləməklə aparılan təcrübədən fərqli olaraq, icazələrin yoxlanılması hansı tətbiqlərin mikrofondan istifadə etmək hüququna malik olduğunu birbaşa görməyə imkan verir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 144 Tarix: 06 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
12:02 225 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 221 "Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub
"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"
18:15 1 Dövlət Bayrağımız qürurumuzdur
Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ
11:49 212 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
12:18 232 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 224 Paşinyan Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını açıqladı
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqdan başqa yolu yoxdur. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. Paşinyan qeyd edib ki, hazırda AİB-dən çıxmaqdan başqa alternativ yoxdur. Onun sözlərinə görə, Ermənistan 2027-2028-c
11:31 185 Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim
Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca
17:03 98 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 185