Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHI

Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIXəbər verdiyimiz kimi, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən evinin önündə silahlı hücuma məruz qalıb. Millət vəkilinə qarşı sui-qəsd cəhdinin olunması dünəndən müzakirə mövzusuna çevrilib.
Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIQanunverici hakimiyyət orqanının nümayəndəsinin terror aktına məruz qalması ölkədə sui-qəsd təşkil olunan məmur və hakimiyyət nümayəndələrinin adlarını bir daha gündəmə gəririr.

Sonxeber.az dövlət müstəqilliyi dövründə sui-qəsd cəhdinə, silahlı hücuma məruz qalan məmurlarla bağlı araşdırma aparıb.

Həmin sıyahını təqdim edirik:

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Vəliyev (Hacı Vaqif) 1993-cü ildə öz iş otağında qətlə yetirilib. Hadisəni törədən şəxs məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov da 1994-cü il sentyabrın 29-da Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 11 fevral 2009-cu ildə Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev 2018-ci il iyulun 3-də silahlı hücuma məruz qalıb. O, Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində ağır yaralansa da, bu hadisədən sağ-salamat qurtulub.
Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHI1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində olan yüksək vəzifəli şəxslər – Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və ümumilikdə 22 nüfuzlu şəxs sui-qəsdə məruz qalaraq ölüb.
Azərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIAzərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIAzərbaycanın sui-qəsdə məruz qalan yüksək vəzifəli şəxsləri - SİYAHIQeyd edək ki, yüksək vəzifəli məmurların sui-qəsdə məruz qalması, onlara qarşı silahlı hücum halları digər dövlətlərin təcrübəsində də olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1503   Tarix: 29 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kişi 1 saniyədə yanıb kül oldu

Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb

19:45 209
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 252
.

"Fənərbaxça"lı Arina "Qalatasaray"ın ulduz oyunçusuna aşiq olub

"Fənərbaxça Medicana"nın rusiyalı voleybolçusu Arina Fedorovtseva ilə "Qalatasaray"ın seneqallı futbolçusu İsmayıl Yakobs arasında münasibətlərin olduğu iddia edilir. -ın Türkiyə mediasına istinadla xəbərinə görə, iddia olunur ki, cütlük "Qalatasaray"ın "Ştutqart"

18:15 211
.

10 ayda dövlət büdcəsindən 296,7 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 296 milyon 715,3 min manat məbləğində vəsait geri qaytarılıb. "APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarə

21:15 106
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

14:16 215
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

17:07 210
.

Hansı xarici dili öyrənmək daha sərfəlidir?

Xarici dil seçərkən təkcə həmin dildə neçə nəfərin danışdığını bilmək kifayət etmir. Dilin iş, səyahət və gündəlik ünsiyyət üçün nə dərəcədə faydalı olması, həmçinin onu öyrənməyə sərf ediləcək vaxt da əhəmiyyət daşıyır. xarici mediaya istinadla xəbər verir ki, dünyada ən çox danışılan dillərin sıralamas

19:30 173
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 236
.