Məqsədinə çatmayan terror aktı: "Əsas şübhəli İran göstərilir"

Məqsədinə çatmayan terror aktı: "Əsas şübhəli İran göstərilir"Milli Məclisin deputatı Fazil Mustafaya qarşı çərşənbə axşamı paytaxtın Sabunçu rayonunda - yaşadığı evin qarşısında sui-qəsd olub. Hələlik kimliyi bəlli olmayan cinayətkar avtomat silahdan açdığı atəşlə millət vəkilini çiynindən və ayağından yaralayıb.

"Kaspi" qəzeti məsələ ilə bağlı məqalə dərc edib.

Hadisədən dərhal sonra Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu millət vəkilinin güllələndiyi ərazidə olublar. Hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat axtarış tədbirləri başlayıb. Dövlət Təhlükəsizliyi Xidməti isə hadisəni terror aktı kimi qiymətləndirib. Bu barədə yayılan məlumatda qeyd olunub ki, terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Əgər hüquq-mühafizə orqanları baş vermiş hadisəni terror aktı kimi qiymətləndirirsə, demək ki silahlı insidentdə hədəf sadəcə millət vəkili F.Mustafa olmayıb. Parlamenti təmsil edən şəxsə qarşı atılan güllənin hədəfində həm də Azərbaycan dövləti, onun müstəqilliyi, daxili və xarici siyasətidir. Bu mənada terror aktını təşkil edənlərin məqsədləri və hədəfləri daha böyükdür.

Mövzu ilə bağlı fikirlərini bölüşən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, DTX-nın başlatdığı cinayət işində sui-qəsdin məhz terror məqsədilə törədildiyi əks olunub:

"Müvafiq qurum hadisənin terror aktı olması qənaətinə gəlibsə, yəqin bunun üçün ciddi arqumentlər var. Əgər hadisə ailə-məişət və sair zəmində baş versəydi, o zaman başqa maddələrlə cinayət işi başlanılardı. Deputat Fazil Mustafanın ictimai-siyasi fəaliyyəti göz önündədir. O, həm intellektual cəhətdən cəmiyyətin maariflənməsinə xidmət edir, həm də cəmiyyəti narahat edən problemləri dilə gətirir. Xüsusən də xaricdən ölkəmizə "idxal olunan" cəhalətə qarşı açıq mübarizə aparır. Bu fəaliyyətinə görə Fazil Mustafa Azərbaycanda cəhaləti təbliğ və təşviq edən, xüsusən İrandan maliyyələşdirilən, yönləndirilən qrupların daim hədəfinə çevrilirdi. Ona görə də ilk ağıla gələn versiya budur ki, deputata qarşı terror aktını məhz həmin qüvvələr törədib".

Ə.Məmmədli qeyd edib ki, törədilən istənilən cinayət hadisəsində hüquq-mühafizə orqanları bir çox ehtimalları qiymətləndirirlər: "Bu ehtimalların birbaşa düzünə görünən tərəfləri, yaxud onun göstərilməsini istəyən qüvvələr ola bilər. Birbaşa şübhəli kimi görünən tərəflərdən əlavə, ola bilsin, üçüncü qüvvələrin də izinə düşülsün. Bütün hallarda bir dövlət səlahiyyətlisinə yönəlik məlum hadisənin baş verməsi onu deməyə əsas verir ki, terror aktının törədilməsində ictimai asayişi pozmaq, cəmiyyətdə müəyyən qorxu yaratmaq niyyətləri var. Belə niyyətləri həyata keçirmək istəyənlərin, təşkilatçıların, icraçıların yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağına ümid edirəm".

Hüquqşünas deyib ki, son terror aktına qədər də Azərbaycanda ayrı-ayrı vəzifəli şəxslərə qarşı terror hücumları olub:

"Yazıçı Rafiq Tağının da ölüm fətvası İrandan verilmişdi. 2011-ci ildə o, sui-qəsdə məruz qaldı, aldığı yaradan xəstəxanaya yerləşdirilsə də, səhiyyə müəssisəsində naməlum şəraitdə öldü. Bu hadisənin törədilməsi zamanı da ip ucları İranı göstərirdi. Akademik Ziya Bünyadova qarşı sui-qəsddə də İran izi var idi. Azərbaycanın dövlət xadimləri Afiyəddin Cəlilov, Şəmsi Rəhimovun qətlə yetirilməsi də terror aktı idi. Müstəqillik tariximizdə çoxsaylı belə hallar olub. O zaman xaricdən gələn təhlükələri müəyyən səbəblərdən barmaqla göstərməmişik. Amma 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın üzərinə açıq şəkildə hərəkətə keçən İranın xarici siyasəti, hərbi ritorikası, təhdidləri Azərbaycanın da buna adekvat siyasət həyata keçirməsinə səbəb olub. İrandakı səfirliyimizə edilən silahlı hücum, Tehranın bundan sonrakı davranışları sübut etdi ki, cənub qonşumuz Azərbaycana yönəlik belə hadisələrdə heç də obyektiv hüquqi araşdırma aparmağa meyilli deyil. Məhz bu kimi səbəblərə görə deputat Fazil Mustafaya qarşı sui-qəsd hadisəsində də əsas şübhəli İran göstərilir".

Ə.Məmmədli müstəqillik tariximizdə yaşanan oxşar hadisələri və ondan sonrakı dövlət siyasətini xatırladaraq əlavə edib ki, bu cür terror aktları ilə Azərbaycanı öz yolundan, milli maraqlara söykənən müstəqil siyasətindən döndərmək mümkün deyil:

"Terror mahiyyət etibarilə hər zaman siyasi hakimiyyəti və cəmiyyəti qorxutmaq, nələrdənsə çəkindirmək niyyəti ilə törədilir. Müasir dövrdə sadəcə Azərbaycanda deyil, qonşu Türkiyədə də oxşar terror aktları baş verir. Lakin terror heç zaman bu formada öz məqsədinə çata bilməz. Əgər terror öz məqsədinə çatsaydı, o zaman hər kəs tərəfindən bir vasitə kimi düşünülərdi. Tam əksinə, bu kimi yanaşmalar həm dövlətin immunitetini gücləndirir, sistemli önləyici tədbirlər almasını sürətləndirir, cəmiyyət-dövlət münasibətlərini inkişaf etdirir, həm də insanların qəzəbini tətikləyir. Bu baxımdan terror insanlığa, bəşəriyyətə qarşı ən mənfur aksiyadır. Ümumən terror nəticəsiz aksiyadır, heç zaman hədəfinə çata bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayrağımız qürurumuz və fəxrimizdir

Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca

11:31 213
.

Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd

11:38 218
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 345
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 207
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 214
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 424
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 154
.

Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

12:02 213
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 211
.