Fazil Mustafaya qarşı terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub.
"Report" xəbər verir ki, bu, İlkin Süleymanovdur.
O, Xocəsəndə saxlanılıb.

11:35
Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təşkilatçısı və iştirakçıları məlum olub.
"Report" xəbər verir ki, ilkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər edib. İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.
Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub.
2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.
Dəstənin digər üzvləri isə bunlardır:
Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.
Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.
Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb.
Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərir.
Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür.
Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib.
Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir.
Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir.
İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir.
İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.













BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2579 Tarix: 03 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏmlak bazarında qiymətlərin enməsi mümkündürmü?-AÇIQLAMA
"Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə differensiallaşması kimi qiymətləndirmək daha doğru olar. İlk növbədə, bir məqamı nəzər
12:12 192 Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
14:06 190 "Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran
"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib
15:11 142 Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
16:13 84 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadən xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
15:36 143 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
16:53 0 Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca
16:22 70 Zəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
12:02 206 "Met Gala"nın mayda keçiriləcək tədbirinin mövzusu açıqlandı
"Met Gala" may ayında keçiriləcək 2027-ci il tədbirinin mövzusunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda "People" nəşri məlumat yayıb. Sərginin mövzusu "extraORDINARY: Fashion and the Poetics of Everyday" ("Qeyri-adi: Dəb və gündəlik həyatın poetikası"
10:57 191