Səhiyyə Nazirliyi epilepsiyalı uşaqların valideynlərinə müraciət edib
"Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır".
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib.
O bildirib ki, digər vacib amil yuxudur: "Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır".
K.Salayev vurğulayıb ki, uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir: "Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır".
"Tutmaların proqnozu yalnız qismən onların səbəbindən asılıdır. Məsələn, iki uşaq eyni bakteriyaya yoluxa bilər və hər ikisində menengit, beyin və onurğa beynini əhatə edən qışanın infeksiyası var. Bir uşaq ağır epilepsiya ilə qalır, digər uşaq isə heç vaxt qıcolma keçirmir. Fərqli nəticələri necə izah etmək olar? Bu tam aydın deyil. Burda genetik (irsi) amillər və infeksiyanın xüsusiyyətləri rol oynaya bilər.
Epileptik tutma hər bir insanda baş verə bilər. Lakin nəticə etibarı ilə kimdə epilepsiya yaranacaq, kimdə yaranmayacaq, bir çox məlum və hələ də məlum olmayan amillərin bir-birinə təsir etməsindən asılıdır", -nevroloq əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 967 Tarix: 03 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayrağımız qürurumuz və fəxrimizdir
Bayraq hər bir ölkənin, dövlətin, millətin əsas rəmzlərindən biridir. Bayraq təkcə ölkə daxilində deyil, ölkə hüdudlarından kənarda hər bir sahədə varlığımızı təmsil edən, bizi dünyaya tanıtdıran əsas və rəsmi simvollardan biridir. Buna görə də, Bayraq Günü ölkəmizdə xüsusi olaraq qeyd olunur. Azərbayca
11:31 213 Dövlət Bayrağı Günü ölkəmizin hər bir yerində təntənə ilə qeyd olunur
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasınd
11:38 218 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
05.11.2026 345 Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi
12:12 207 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi
11:44 214 Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon
05.11.2026 424 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal
14:15 154 Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
12:02 213 Müstəqil dövlətimizin ilk Konstitusiyası
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü
12:18 211