Alimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTO

Alimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTO1800-cü illərə aid altı Quanaxuato mumiyası keçən həftə Meksikanın paytaxtı Mexikoda keçirilən "Tianguis Turistico-2023" turizm sərgisində nümayiş etdirilib.

Lakin sərgidən bir neçə gün sonra tədqiqatçılar həyəcan təbili çalıblar. Alimlər ehtiyat edirlər ki, mumiya qalıqlarının sərgiləndiyi vitrinlər hermetik olmaya bilər.

Bir qayda olaraq, cəsədlər tapıldığı yerin yaxınlığında sərgilənir, lakin "El Museu de las Momias" ("Mumiyalar muzeyi") eksponatları tez-tez dünyanı gəzir. Məsələn, 2009-cu ildə onlar artıq ABŞ-də nümayiş etdirilib. Qeyd edək ki, söhbət 111 Quanaxuato mumiyasından gedir ki, onların bəzilərində saç, dəri və hətta paltarlar da canlı qalıb. Tədqiqatçıların fikrincə, buna səbəb unikal yerli iqlim, minerallarla zəngin torpaqlar və bəzi hallarda mumiyaların balzamlanması ola bilər.

Məlumdur ki, cəsədlər ilk dəfə 1833-cü ildə vəba epidemiyası zamanı basdırılıb. Bu da infeksiyaların yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində həyata keçirilib.

Buna baxmayaraq, tədqiqatçılar indi bu eksponatların sərgiyə gələnlərin sağlamlığı üçün təhlükəli ola biləcəyinə inanırlar. Meksika Milli Antropologiya və Tarix İnstitutunun (INAH) əməkdaşlarının sözlərinə görə, sərgidə nümayiş etdirilən mumiyalardan ən azı biri göbələk infeksiyaları tərəfindən "kolonizə" edilib (göbələyə yoluxub) və bu da ziyarətçilər üçün təhlükə yarada bilər.
İnstitutun əməkdaşları qeyd ediblər ki, mumiyaların nümayiş olunduğu vitrinlərin əslində hermetik olduğuna əmin deyillər. Buna görə də onlar ehtiyat edirlər ki, göbələklə yoluxmuş qalıqlar sərgiyə gələn yüzlərlə ziyarətçiyə zərər verə bilər.

Tədqiqatçılar həmçinin vurğulayıblar ki, sərginin təşkilatçıları bununla bağlı tədqiqatçılardan məsləhət almayıblar. Həmçinin təşkilatçılar səyahət edən mumiyaların sərgiyə gələn ziyarətçilərə yaratdığı bütün riskləri də düzgün hesablamayıblar./Oxu.az

Alimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTOAlimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTOAlimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTOAlimlər həyəcan təbili çaldılar: "Səyahət edən" mumiyalar yüzlərlə insana zərər verə bilər" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1396   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

12:02 94
.

Dövlətin əsas qanunu - Konstitusiya

Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 31 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanı

11:47 120
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 181
.

Üçrəngli bayraq bizim tariximiz və şərəfimizdir

Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-c

11:35 113
.

Dişləri fırçalayanda bu üç səhvi etməyin

Ağız boşluğuna gündəlik qulluq zamanı yol verilən bəzi vərdişlər diş minasının zədələnməsinə və diş ətlərinin iltihabına səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, stomatoloqlar insanların ağız boşluğuna qulluq zamanı yol verdiyi üç geniş yayılmış səhvi açıqlayıblar. Çoxları bu vərdişləri

05.11.2026 340
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

05.11.2026 383
.

Azərbaycan Respublikası Konstitusiya quruluşunun tarixi

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən biri olub, eyni zamanda Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi

12:12 86
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

12:06 106
.

Ermənistan hökumətindən referendumla bağlı qərar

Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti vətəndaşlar referendumda yeni Konstitusiya layihəsini rədd edəcəyi təqdirdə istefa verəcək. xəbər verir ki, bu barədə " "ın "Telegram" kanalında yayılan məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoya

11:15 142
.