"Mehriban Xanlarova ilə yenidən quda olmaq alnıma yazılıb..." - Həmidə Ömərova

"Mehriban Xanlarova ilə yenidən quda olmaq alnıma yazılıb..." - Həmidə ÖmərovaFevral ayında təqdimatı baş tutan "Evdə qalmış" filmini tamaşaçılar bu gün də sevərək kinoteatrlarda izləyirlər. Özü də həm böyük, həm də azyaşlı tamaşaçılar. Niyə də izləməsin? Film tərəddüd belə etmədən ailə üzvləri ilə birgə baxılası filmdir. Çünki nə artıq-əskik sözlər, nə də ki, qəhrəmanların dilindən işlədilən kobud söyüş var. Dünən dostum, peşəkar rejissor, senarist Valeh Əhmədovun dəvəti ilə ilk dəfə izlədim və bu qənaətə gəldim ki, bizdə film çəkən rejissor da, keyfiyyətli filmi izləyən tamaşaçı da var. Yetər ki, həvəsli olasan və ilk növbədə qarşına məqsəd kimi filmdən pul qazanmağı deyil, tamaşaçıların zövqünü oxşamağı qoyasan. Görünür ki, yaradıcı heyət bu kriteriyalara əməl etmişdi. Filmin ilk dəqiqələrindən etibarən həqiqətən də həm aktyorlar, həm də yaradıcı və texniki heyətin əziyyəti duyulurdu. Bir sözlə aktyorlar tamaşaçıların üzündə əsl gülüş yaratmağı bacardılar. Mövzu belə idi ki, əsl sevgi axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə evlənməlidir. Özü də çıxış yolu yoxdur, 30 yaşına kimi bu "iş" həll olunmalıdır. Filmdə xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb. Hər zaman dramatik və ciddi obrazlarda görməyə alışdığımız sevilən aktrisa Həmidə Ömərovanı komik bir filmdə, yarı komik, yarı ciddi obrazda görmək həqiqətən də məni sevindirdi.

BiG.AZ xəbər verir ki, aktrisa moderator.az-a açıqlamasında obrazını özünün də çox sevdiyini bildirib.

"Bu film tamaşaçılar tərəfindən həqiqətən də sevilir. Hara gedirəmsə filmin maraqlı olmasından danışırlar. Başda filmin ssenari müəllifi və quruluşcu rejissoru Valeh Əhmədov olmaqla həqiqətən də gözəl yaradıcı kollektivlə çalışdım. Bir nəfəsə çəkilirdik. Həm istirahət edirdik, həm də ssenaridəki mühiti, ab-havanı yaratdıq. Hazır işə baxandan sonra sevindim ki, gözəl bir film alınıb. Həm tamaşaçını güldürür, həm düşündürür, onu narahat edən probleminə, suallarına cavab verməyə çalışır. Gənclərlə yanaşı Mehriban Xanlarova və Rüstəm Rüstəmovla da birlikdə çəkildim. Mehriban Xanlarova ilə quda obrazını oynadıq. "Ata ocağı" serialında da quda idik, bu filmdə də quda olduq. Bir növ onunla quda olmaq alnıma yazılıb. Filmdə müxtəlif xarakterlər var və hər bir obrazın da öz xarakteri, xüsusiyyəti var. Bu da həm komediyanın lirik, həm də canlı alınmasında böyük rol oynayıb" deyə aktrisa bildirib.

Filmin quruluşcu rejissoru və ssenari müəllifi Valeh Əhmədov deyib ki, "Evdə qalmış" filmi bütün yaş təbəqələri üçün nəzərdə tutulub.

"Burada biz anaların da, valideynlərin də hisslərini, narahat olduqları mövzuları nəzərə almışıq. Bəzən aidiyyatı oldu-olmadı insanlar gənclərə bu sualı verirlər ki, "Niyə tərpənmirsən? Nə vaxt evlənəcəksən? Burada həm dünya filminə, həm də retro filmlərimizə göndərmələr var. Bölgələrimizə, bölgələrimizin turizminə səyahət var. Həm də bizim üçün qürur və fəxr hisslərindən biri də filmdə dünya şöhrətli sənətkarımız Alim Qasımovun mahnısından istifadə etməyimizdir. Biz çalışırıq ki, hər filmimizdə klassik musiqilərimizi yad edək. Ona görə də Rəşid Behbudov, Nərminə Məmmədova və s. sənətkarlarımızın mahnılarından istifadə edirik. Filmi izləyənlər çox bəyəndiklərini və filmin bayağı olmadığını vurğulayırlar. Bu da bizi hədsiz sevindirir. Orada gülüş xətrinə müəyyən ifadələr işlədilir, amma çərçivəni də aşmırıq. "Evdə qalmış" filmi həm də bəzi fikirləri alt-üst edir. "Bizim filmlərimiz nə olacaq?", "bizdə film çəkə bilmirlər" deyən insanlar gəlib filmi izləyir və bildirirlər ki, "mən bura ürəksiz gəlmişdim, amma tam başqa bir iş gördüm". Çətini kinoteatra gəlincədir. Dünən filmi izləyən qonaqların çoxu qeyd etdi ki, orada bir cümlə var idi ki, "pulla alınan sədaqət, ondan daha yaxşı təklif gələnə qədər keçərlidir". Filmdə maraqlı replikalar, cümlələr, mesajlar, duyğular var" deyə rejissor bildirib.

Qeyd edək ki, film "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayiş etdirilir. Siz də ürəkdən gülmək istəyirsinizsə filmi izləməyə tələsin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3211   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.