Azərbaycanda badminton üzrə Avropa çempionatı keçirilə bilər
"Azərbaycanın Avropa çempionatı keçirmək üçün böyük potensialı var".
"Report"un məlumatına görə, bunu Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçilən Sven Serre Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.
Belçikalı funksioner bildirib ki, buradakı infrastruktur Avropada ən yaxşılardandır:
"Ölkəniz gələcəkdə qitənin bir sıra nüfuzlu turnirlərinə ev sahibliyi edə bilər".
O, Azərbaycanın hazırda Avropada kiçik badminton ölkəsi kimi tanındığını, amma bu idman növünün inkişafda olduğunu vurğulayıb:
"Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla çox yaxşı danışıqlarımız oldu. Buradakı infrastrukturu, məşq mərkəzlərini mənə göstərdi. Hər şeyi yenidən qururlar. Badminton və parabadmintonda yaxşı idmançılarınız var. Azərbaycan Polşadakı III Avropa Oyunlarında təmsil olunacaq. Bu, ölkədə badmintonun inkişafı üçün çox vacibdir".
Serrenin sözlərinə görə, quruma prezident seçilməsi irəliyə doğru böyük addımdır:
"Seçkilərə nəzər salsaq, üzvlər həqiqətən dəyişiklik, yenilik istəyirdi. Həm idmançılar, həm də üzvlərlə bağlı proqramı təqdim etdim. Avropa Badminton Konfederasiyası nəhəng qurumdur. Dünya səviyyəsinə baxsaq, xeyli sayda idmançımız var. Badminton dünyada olduqca populyardır. Tokio olimpiadası zamanı telekanallarda ən çox izlənilən idman növlərindən biri olub".
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1158 Tarix: 23 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
01.11.2026 372 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
01.11.2026 343 Azərbaycan millisi Litvanı məğlub etdi - Video
Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi
04.10.2026 778 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 677 FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto
Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır
20.10.2026 807 Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"
Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça
31.10.2026 401 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 605 Zlatan İbrahimoviç 7 milyonluq avtomobil aldı - Fotolar
Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat)"Ferrari F80" alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb. "Milan"da yüksək səviyyəli məsləhətçi vəzifəsində çalışan 45 yaşlı isveçli futbol əfsanəsi yeni avtomobilini
05.10.2026 906 "Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 601