"İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq"

"İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq"Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisi qismində tanınan şəxsin kimliyi məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhumun qardaşlarından biri Etibar Mehdiyev zərərçəkmişin hüquqi varisi kimi işə cəlb edilib. Belə ki, Rəşad Dağlı ilə görüşməzdən əvvəl İskəndər Mehdiyevin yanında məhz Etibar Mehdiyev olub. Onların telefon danışıqlarına şahidlik edib.

"Qafqazinfo" E.Mehdiyevin ibtidai istintaq müddətində verdiyi ifadənin məzmunu barədə bir sıra detalları da əldə edib.

Məlum olub ki, Etibar İskəndərlə Rəşad Dağlının görüşəcəyindən xəbərdar olsa da, onların bıçaqlı mübahisə edəcəyini düşünməyib: "Biz ailədə üç qardaşıq. İskəndər balacamız idi, subay idi. Bizimlə eyni ünvanda yaşayırdı. Uşaq yaşlarında üstünə dəmir darvaza aşdığı üçün başından ağır xəsarət almış, psixikası pozulmuşdu. Hətta buna görə ona əlillik də verilmişdi, təqaüd alırdı. Qardaşım narkotik istifadəçisi olduğuna görə üç dəfə məhkum edilmişdi. Lakin heç kimlə düşmənçiliyi yox idi.

Rəşadı uşaq yaşlarından tanıyırıq, babası bizimlə qonşu olub. Münasibətimiz yaxşı olub, dəfələrlə evimizə gəlib-gedib. Son 3-4 ildə gediş-gəlişimiz azalsa da, münasibətimiz normal idi, mehriban olmuşuq.

İskəndər həbsdən təzə çıxmışdı. Çıxandan 1-2 gün sonra Rəşadı axtarmağa başladı, amma tapa bilmədi. Sonradan bildim ki, İskəndər Rəşadın nömrəsini tapıb zəng vurub. Noyabrın 8-dən 9-a keçən gecə saat 4 radələrində İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar. Hətta çay da qoydu. Az sonra Rəşad İskəndərə zəng elədi. Telefon danışıqlarından başa düşdüm ki, birlikdə harasa gedəcəklər. Telefonu söndürəndən sonra İskəndər aqressivləşdi. Ondan nə baş verdiyini soruşanda dedi ki, Rəşad barədə xoşagəlməz söhbət var, onlar bir yerdə söhbətə gedəcəklər. Soruşdum ki, nə məsələdir, bir kəlmə dedi ki, üzdəniraq söhbətidir. İskəndər dedi ki, "Rəşad çaşsa, onu vuracağam". Mən İskəndərlə Rəşadın münasibətinin yaxşı olduğunu bildiyim üçün onun Dağlını vurmaq barədə dediklərini ciddiyə almadım".

Hüquqi varis ifadəsində Rəşad Dağlıya qarşı şikayət və tələbləri olmadığını deyib: "İskəndər evdən çıxanda dedi ki, "Rəşad bu söhbəti həll eləməlidir". Həmin vaxt bunu başa düşməmişdim. Hadisədən sonra bildim ki, İskəndər söhbəti həll eləmək deyəndə kimisə susdurmağı nəzərdə tuturmuş. Yəni, qardaşım Rəşada kiməsə susması üçün pul vermək lazım olduğunu deyib.

Qardaşımla uzun danışmağa imkanım olmadı, az sonra evdən çıxdı. Onların arasında dava olacağını bilsəydim, getməsinə icazə verməzdim. Evdən çıxanda ancaq telefonunu götürdü. Bir neçə saat sonra qohumlar zəng vurdu ki, mətbuatda İskəndərin Rəşad Dağlı tərəfindən öldürüldüyünü görüblər. Dərhal hadisə barədə maraqlandım və məlumatın düz olduğunu öyrəndim. Mən və ailə üzvlərimin hər hansı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq".

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İskəndər Mehtiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İskəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1580   Tarix: 26 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?

ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə

15:52 207
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 210
.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d

14:50 188
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 214
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 225
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 212
.

VƏZİFƏYƏ ADAM DEYİL, VƏZİFƏYƏ LAYİQ ADAM AXTARMAQ!

Bir ölkənin inkişafı vəzifələrdə kimin əyləşməsi ilə deyil, həmin vəzifələrə kimin layiq olması ilə ölçülür. Cevdet Paşanın illər əvvəl verdiyi mesaj bu gün də eyni aktuallığını qoruyur: Adama iş deyil, işə adam axtarılmalıdır!. Böyük dövlət xadimi Əhməd Cevdet Paşanın illər əvvəl söylədiyi və bu günümüz

16:48 134
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 195
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 242
.