Qarabağ erməniləri hansı ölkələrə köçəcəklər?

Qarabağ erməniləri hansı ölkələrə köçəcəklər?"Azərbaycan qanunları ilə yaşamaq istəməyən, eyni zamanda hadisələrin əleyhlərinə inkişaf edəcəyini proqnozlaşdıran Qarabağ erməniləri hansı ölkələrə köçmək istəyəcəklər? Qarabağın imkanlı erməniləri ABŞ və Avropa ölkələrindən birinə köçməyi arzulayırlar. Bu ölkələrdə qohumları olanlar artıq bu imkandan istifadə ediblər. Ancaq belələrinin Qarabağda az olduğunu ehtimal etmək mümkündür, imkanı olanlar Qərb ölkələrinə köçüblər. Qarabağın nisbətən orta təbəqəsi Rusiyanın müxtəlif vilayətlərinə köçmək istəyəcək. Belə yerlərdən biri Krasnodardır. Rusiyanın bu bölgəsində ermənilər kompakt yaşayırlar. Rusiyanın Qara dənizə çıxışı olan kurort şəhərlərində də ermənilərin sayı çoxdur. Əhalisi qocalan və artmayan Rusiyanın işçi qüvvəyə ehtiyacı var. Ona görə də Qarabağ erməniləri Rusiyanın adı çəkilən vilayətlərində özlərinə uyğun iş tapa bilərlər. Qarabağın ən kasıb təbəqəsi çarəsiz durumda Ermənistana köçəcək, ancaq İrəvanda iş imkanları az olduğuna görə onlar paytaxtdan aralı qəsəbələrdə yerləşmək məcburiyyətində qalacaqlar".

BiG.AZ xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin Qarabağdan köçünü necə sürətləndirmək olduğunu da bildirib:

"Belə fikirlər yayılır ki, evlərini 60 və 100 min dollara satmağa çalışan Qarabağ ermənilərinin həmin evlərini almaq lazımdır ki, yaxın gələcəkdə azərbaycanlılar Xankəndinə qayıda bilsinlər. Yaxşı ideyadır, ancaq bunun həyata keçirilməsi mexanizmi mürəkkəbdir. Belə bir qərar verilərsə evlərin alınmasında baş rolu dövlət oynamalıdır. Dövlət evlərin alınması məqsədilə həm maliyyə ayırmalı, həm də Xankəndinə qayıtmaq istəyən azərbaycanlıların təhlükəsizlik məsələlərini həll etməlidir. Sonuncu məsələ həm də ona görə vacibdir ki, Qarabağı tərk etməyərək Azərbaycan qanunları ilə yaşamaq istəyən ermənilər də olacaq, azərbaycanlılar Xankəndidə onlarla birgə yaşayacaqlar. O da mümkündür ki, köçmək istəyənlər qalmaq istəyənləri üstələyəcək. Bu halda Xankəndidə əhalinin nisbəti azərbaycanlıların xeyrinə olacaq.

Rusiyaya köçmək istəyən Qarabağ ermənilərini bu işə təşviq etmək üçün xüsusi plan hazırlana bilər. Mürəkkəb görünsə də, Qarabağ ermənilərinin Rusiyaya köçərək iş tapmalarına yardımçı olmaq mümkündür. Bunun üçün Rusiyanın bölgələrində işçi qüvvəyə ehtiyacı olan bölgələr araşdırılmalı və ermənilərin ora köçmələrini sürətləndirmək üçün bütün imkanlardan istifadə edilməlidir. Bu bir beyin oyunudur. Məqsədimiz Azərbaycan qanunlarını ilə yaşamaq istəməyən Qarabağ ermənilərinin ərazimizi tərk etməsini sürətləndirməkdir. Bunun üçün bütün imkanlardan istifadə olunmalıdır ki, hədəfə tez çataq. Bu İrəvanın, separatçıların və onlara dəstək verən Qərbdəki bəzi mərkəzlərin göstərməyə çalışdığı etnik təmizləmə deyil. Bu, Azərbaycan qanunları ilə yaşamaq istəməyən ermənilərin təhlkəsiz şəraitində ölkə ərazisinin tərkinə şərait yaratmaqdır. Azərbaycan qanunlarını və pasportlarını qəbul edən ermənilər Qarabağda həyatlarına davam edəcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 27 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

04.11.2026 357
.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 207
.

Zəngilan Aqroparkı yaradılır - 500 min manat ayrıldı

Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanına əsasən Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqropark

16:08 102
.

"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili

14:13 178
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 207
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 218
.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 209
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

11:35 232
.

Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra

15:02 213
.