"Baku Electronics"in satdığı məhsul müştərini hər gün PARTLAYIŞ səsi ilə OYADIR – ŞİKAYƏT/FOTOFAKT
Son illər Azərbaycanın istehlak bazarında ciddi problemlərin şahidi oluruq. İldən-ilə Azərbaycanın ticarət şəbəkəsində ad qazanan nəhəng şirkətlərdən şikayətlənənlərin sayı durmadan artır. Marka və məhsullarını fəaliyyət göstərdikləri ölkələrin reklam lövhələrində tanıdan bu şirkətlər istehlakçıların pulunu alıb, onlara keyfiyyətsiz mallar satırlar. Ən çox şikayətlər isə məişətdə istifadə olunan mürəkkəb-texniki cihazların satışı ilə bağlı olur.
Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq isə sonradan müşkül məsələyə çevrilir.
Əvvəlcə müştərisinə "yağlı" vədlər verib məhsulunu "sırıyan" şirkət problem yarananda məsələdən çox rahatlıqla sıyrıla bilir. Keyfiyyətsiz məhsuluna toz qondurmamaq üçün şikayətlənən müştərisinə kömək etmək əvəzinə, müxtəlif variantlar gətirirərək, öz təbirlərində istehlakçını günahkar çıxarmalı olurlar.
Belə şirkətlərdən biri "Samsung" un rəsmi distribütoru olan "Baku Electronics "ticarət mərkəzidir. Bu dəfə redaksiyamıza adının açıqlanmasını istəməyən Bakı sakininin 4 ay əvvəl "Baku Electronics" dən aldığı qaz plitəsinin keyfiyyətisz və nasaz olması ilə bağlı şikayət daxil olub.
Vətəndaşın bildirdiyinə görə aldığı müddətdə məişət cihazı doğru-dürüst işlək vəziyyətdə olmayıb. Əksinə ailə üçün əməlli-başlı kabusa çevrilib:
"Dekabrın 14-də "Baku Electronics "in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi aldım. Evə gətirilib quraşdırılandan bir neçə gün sonra partlayış səsindən dik atıldıq. Qaz plitəsindən çıxan partlayışın zərbəsi yaşadığım binadakı işıq sistemini bütünlüklə sıradan çıxarmışdı. Dərhal şirkətin servisinə məlumat verdik. Servis əməkdaşı plitəni yoxlayandan sonra partlayışı elektrikdə olan problemlə əlaqələndirdi. Bir müddət sonra analoji hal yenidən yaşandı.
Təkrar servis əməkdaşına müraciət etməli olduq. Cihazı yoxlayan servis əməkdaşı bu dəfə məhsulun nasaz və istifadəyə yararsız və dəyişdirilməli olduğunu bildirdi. Şirkət isə məhsulun 21 gün sonra dəyişdirilə biləcəyini deyir".
Nasaz məhsulla aldadılan müştəri problemin yerində həll edilməməsindən gileylənib. Onun sözlərinə görə özləri ilə yanaşı yaşadıqları binadakı sakinləri, eləcə də bütün elektrik şəbəkəsini təhlükə altına salan plitənin bu qədər uzun müddətə dəyişdirilməsi anlaşılan deyil:
"Halbuki bu durumdan şirkət də xəbərdardır. Dəfələrlə müraciətlərimizə baxmayarq eyni cavab verilir. İndi nə edək? Günümüzü partıltı səsi ilə açıb, 21 günü gözləyək? İstifadəsi mümkün olmayan plitə ilə binanın işıq sistemini sıradan çıxara-çıxara yaşayaq? İstehlakçıya vəd etdikləri yüksək xidmət budur? Artıq zənglərimizə belə məhəl qoyulmur".
Şikayətçi üzləşdiyi problemdən dolayı vətəndaşları da ayıq-sayıq olmağa çağırıb.
Məsələ ilə bağlı "Bakı Electronics"lə əlaqə saxladıq.
Şirkətin nümayəndəsi Ozan Okumuş Bizim.Media-nın sorğusuna cavab olaraq problemin araşdırılacağını bildirib.
Mövzunu diqqətdə saxlayacağıq...
Bizim.Media
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1581 Tarix: 28 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"ƏDV geri al" mexanizmi bütün konsertlərə şamil oluna bilər
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, "ƏDV geri al" mexanizminin bütün konsert növlərini əhatə etməsinin təmin edilməsi təklif olunur. Qeyd edili
14:13 145 Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı
Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail
04.11.2026 353 NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub
ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında
04.11.2026 389 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
12:25 185 "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan Yazıçılar Birliyində Dilarə Nağıyevanın "Ölümün bir addımlığında" kitabının təqdimat mərasimi keçirilib. xəbər verir ki, nəşrdə 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı terror hücumu zamanı Vasif Tağıyevin göstərdiyi qəhrəmanlıqdan bəh
04.11.2026 375 Polad Həşimovun anasının vəziyyəti açıqlandı
Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi
11:22 259 Polisin barmağını dişləyən şəxs saxlanıldı
İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu
11:47 211 Demokratlar Konqresi ələ aldı: Trampı nə gözləyir?
ABŞ-də 2026-cı il aralıq seçkilərindən sonra Demokratlar Partiyasının Konqresdə, xüsusilə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyası üçün ciddi siyasi və institusional çağırış yaradır. Bundan sonra Donald Trampı nə gözləyir? . "Nəticələri həm də ABŞ-də hakimiyyə
15:52 35 Sakinləri dəhşətə gətirən nəhəng çöl donuzu saxlanıldı
Trabzonun Araklı rayonunda vaxtaşırı yaşayış məntəqələrinə qədər enərək məhəllə sakinlərini təşvişə salan və "Yaragar Canavarı" adlandırılan nəhəng çöl donuzu ovlanıb. Heyvanın çəkisi 250-300 kiloqramdır. Bunu saytı Türkiyə mediasına istinadən bildirib. Ovçular sakinləri narahat edən heyvan
12:20 274