Ötən il Naxçıvanda 2 524 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib
Ötən il Naxçıvanda 2 524, bu ilin 4 ayı ərzində isə 1 320 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fərid Bağırzadə deyib.
O bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsinin həkim komissiyası 7 iş günü ərzində həmin şəxslə bağlı göndərişi tərtib edir. Əgər diaqnozun dəqiqləşdirilməsi üçün şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilərsə, bu müddət əlavə olaraq 10 iş gününə uzadıla bilər. Göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminə göndərilir. Göndəriş müvafiq alt sistemə qəbul edildikdən sonra göndərişi verən həkim komissiyasına göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndirəcək şəxsləri birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən məlumatlar sistem üzərində avtomatik olaraq şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndəriş əlilliyin qiymətləndirilməsi məqsədilə sistem üzərindən tibbi-sosial ekspert komissiyasına göndərilir. Tibbi-sosial ekspert komissiyası 10 iş günü ərzində sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlilliyin təyin olunub-olunmaması qərar verir. Həmçinin həmin şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacın olub-olmamasına dair tibbi göstəriş verir. Əlilliyin müəyyən edilib-edilməməsinə, həmçinin bunun səbəbi ilə bağlı sms bildirişi vətəndaşın mobil telefonuna göndərilir.
Qeyd edək ki, muxtar respublikada sağlamlıq imkanlarının məhdudluğunun təyin olunması Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi üzərindən həyata keçirilir. Müvafiq komissiyanın qərarından narazı qalan vətəndaşlar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və ya nazirliyin 255 qısa nömrəsi, eləcə də 545 -64 -58 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Qeydiyyatdan keçdikdən sonra əyani müayinəyə dəvət olunmaqla qiymətləndirilmə aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 225 Tarix: 29 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoskvada mobil internet 1 günlük tam söndürüləcək
Mayın 9-da Moskvada mobil internet, o cümlədən SMS xidməti tamamilə məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Bu qərar Rusiya paytaxtında Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərə görə verilib. "Evlərdə internet v
11:44 204 Nazirlikdən çıxarılan Təranə Əhmədovaya TƏBİB-də vəzifə verildi
Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib. -a daxil olan məlumata görə, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzr
10:58 304 Tramp-Si zirvəsində nələr təhlükədədir?
ABŞ prezidenti Donald Trampın gələn həftə Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə görüşməsi planlaşdırılır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hər iki ölkə ticarət, Tayvan və İran müharibəsi ilə bağlı gərginlik səbəbindən gərginləşən münasibətləri sabitləşdirməyə çalışır. Şirkət rəhbərlər
13:11 193 "Hayal Kahvesi"nin müştərilərinin xəyalı suya düşdü... - Fotolar
"Hayal Kahvesi" ictimai iaşə obyektində istehlaka yararsız qida məhsulları aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dənizkənarı Milli Park ərazisind
17:38 167 Bir mesaj bütün pulunuzu itirməyə səbəb ola bilər
"Xüsusilə kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan gələn SMS təsdiq kodları tam məxfi məlumatlardır. Bank, polis və ya kredit təşkilatı adı ilə müraciət olunsa belə, heç bir halda bu məlumatlar tələb edilə bilməz". Bunu BİG.AZ-az açıqlamasında İKT mütəxəssisi Bəhruz Əliyev bildirib
15:21 195 İntensiv yağış yağacaq
Mayın 8-də havanın yağmurlu keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
13:07 300 Gürcüstanda Rusiya vətəndaşlarını girov saxlayan şəxs tutuldu
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiya vətəndaşlarını girov saxlayan şəxslərdən birini saxlayıblar. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, "təqsirləndirilən şəxs və onun əlbirləri bu ilin mart ayında saxtakarlı
14:38 164 İstehlak bazarında yeni trend: kiçilən məhsullar, artan narazılıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA
Son illər qlobal brendlərin istehsal etdiyi qida, təmizlik və şəxsi gigiyena məhsullarında diqqət çəkən dəyişikliklərdən biri də qablaşdırmaların və məhsul həcmlərinin getdikcə kiçilməsi ilə bağlıdır. Bir vaxtlar daha böyük həcmdə satılan məhsulların indi eyni qiymətə, bəzən isə daha baha qiymətə dah
12:19 290 Tramp Hörmüz boğazındakı əməliyyatı dayandırdı - Səudiyyədən sərt reaksiya
ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanının sərt reaksiyasından sonra Hörmüz boğazında həyata keçirilməsi planlaşdırılan "Azadlıq Layihəsi" missiyasını dayandırıb. xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Trampın qərarı Səudiyyə Ərəbistan
10:55 191