ŞOK nüvə müharibəsi XƏBƏRDARLIĞI - Mayın 15-dək...

ŞOK nüvə müharibəsi XƏBƏRDARLIĞI - Mayın 15-dək...Ukraynaya məxsus bomba yüklü pilotsuz təyyarələr dünən səhər saatlarında Sevastopol bazasında minlərlə ton yanacaq çənini məhv edərək Rusiya Qara dəniz donanmasına böyük zərbə vurub.

Musavat.com xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski əks hücumun ilk hədəfinin Krım olacağını açıqlayıb.

Hücumdan 24 saat əvvəl Krımla bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov quruda, havada və dənizdə bütün lazımi təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə alındığını bildirib.

Sevastopol qubernatoru Mixail Razvajayev yanacaq çənlərinin yerləşdiyi Qazax körfəzinə hücum edildiyini etiraf edib: "Səhər saatlarında partlayıcılarla yüklənmiş bir neçə Ukrayna pilotsuz təyyarəsi bazaya yaxınlaşaraq yanacaq çənlərimizi vurub. Bölgədə dördüncü ən yüksək dərəcəli yanğın başlayıb. Bütün yanğın bölmələri yanğının söndürülməsində iştirak edib. Can itkisi olmayıb".

Ukrayna hərbi kəşfiyyat xidmətinin rəhbəri Andrey Yusov da hücumla bağlı açıqlama verib: "Sevastopol yaxınlığında yerləşən Qazax körfəzindəki obyektdə 10 yanacaq çənini məhv etdik. Rusiya tərəfi dəniz gəmiləri üçün istifadə etmək niyyətində olduğu təqribən 40 min ton yanacağı itirib. Əməliyyata ötən gün rusların Uman şəhərinə atdığı raketlə öldürülən 5 uşağın intiqamı kimi baxa bilərsiniz".

Digər tərəfdən, Rusiyanın Ukrayna ilə sərhədindəki Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın artilleriya hücumları nəticəsində enerji nəqli infrastrukturunun zədələndiyini, sərhəddəki 5 rus kəndinin işıqsız qaldığını açıqlayıb. Qladkov hücumlarda itkilərin olmadığını bildirib.

Ukraynanın Sevastopol bazasına hücumu hərbi ekspertlər tərəfindən Rusiya tərəfinin mühüm müdafiə zəifliyi kimi şərh edilib.

Analitiklər Ukraynanın əks hücuma hazırlaşmaq üçün 30 minə yaxın pilotsuz təyyarəni hazır vəziyyətə gətirdiyini xatırladır: "6 pilotsuz uçuş aparatı Rusiya tərəfinə bu qədər böyük ziyan vurursa, böyük hücum başlayanda 30 min PUA Krım yarımadasını məhv edəcək. Görünür, Kiyev administrasiyası partlayıcı maddələr daşıya bilən hər cür dronlarla kütləvi hücuma keçməyi planlaşdırır. Pilotsuz təyyarələr ərazini təmizlədikdən sonra Leopard tankları və piyada bölmələri işə düşəcək".

Krımda Rusiya hərbi-dəniz bazasına hücum olan gün Ukrayna prezidenti Volodimir Zelenski yeni açıqlama verib. Finlandiyada çıxan "Yle" qəzetinə danışan Zelenski deyib ki, yaxın vaxtlarda başlayacaq əks-hücum, çox güman ki, müharibəni bitirməyəcək: "Ancaq düşünürəm ki, bu, 2014-cü ildən Rusiyanın işğalı altında olan Krım yarımadasını xilas etməyə imkan verəcək. Ordumuz Krımı geri almaq əzmindədir. Əgər Qərb müttəfiqlərimiz tam silah dəstəyi versələr, biz 1991-ci ildə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmağı planlaşdırırıq".

Ukraynanın planlaşdırdığı əks-hücumla bağlı Rusiyadakı muzdlu "Vaqner" ordusunun rəisi Yevgeni Priqojin də məlumat verib. Priqojin bəyan edib ki, Ukraynanın əməliyyatının mayın 15-dək başlamasını gözləyirlər.

Amerikanın "New York Times" (NYT) nəşri isə həyəcanı artıran xəbər dərc edib. NYT Pentaqon rəsmilərinə istinadən yazıb:

"Rusiyanın Ukrayna müharibəsində taktiki nüvə silahı istifadə etmə ehtimalını nəzərə alaraq, ABŞ Ukraynada nüvə bombasının nə vaxt partladığını təsbit edəcək cihazlar quraşdırmağa başlayıb. Ukraynaya ən kiçik nüvə bombası atılsa belə, dərhal qeydə alınacaq və Rusiyaya cavab veriləcək", - deyə o yazıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 930   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər - xalqın yaddaşına, tarixə və gələcəyə yazılan qələbə

Bəzən tarix elə bir səhifə açır ki, onu oxumaq üçün təkcə yaddaş deyil, ürək də lazımdır. Elə bir səhifə ki, orada illərin həsrəti, anaların göz yaşları, şəhidlərin qanı, əsgərlərin igidliyi və bütöv bir xalqın sarsılmaz iradəsi bir-birinə qarışır. Azərbaycan xalqının Zəfər tarixi də belə yazıldı. B

11:40 159
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 162
.

Polisin barmağını dişləyən şəxs saxlanıldı

İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu

11:47 171
.

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə bağlı - Paylaşım+Video

Prezident İlham Əliyevin sosial media hesablarında "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

04.11.2026 321
.

Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına zərbə endirdiklərini açıqladılar

Yəmənin şimalına nəzarət edən "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına zərbə endirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Husilərin hərbi sözçüsü Yəhya Səria "Əl-Məsirə"

10:31 189
.

Vestminster Sarayı fəlakətlə üz-üzədir

Bir qrup millət vəkili İngiltərə parlamentinin yerləşdiyi tarixi Vestminster Sarayının təmir təşəbbüsünün gecikdirilməsi ilə bağlı xəbərdarlıq edib. xəbər verir ki, bu barədə informasiya parlamentarilərin hazırladığı xüsusi hesabatda yer alıb. Belə ki, deputatlar bərpa və təmir işlərinin yubadılmasını

04.11.2026 348
.

Medvedevdən sərt bəyanat: "Tam qələbəyədək əzməliyik"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçirilən seçkilərin nəticəsindən asılı olmayaraq, düşməni döyüş meydanında tam qələbə əldə edilənədək məğlub etməyə çağırıb. xəbər verir ki, bu barədə siyasətçi "Max" platformasında paylaşdığı geniş şərhdə bildirib. Rusiyanı

10:39 216
.

"İlham Əliyev alnından öpüləcək adamdır" - Video

Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib. "Qafqazinfo" xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər. Həmin şəxslərdən biri bildiri

10:22 217
.

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi faktiki olaraq dayanıb və namizəd ölkə statusu artıq yalnız formal xarakter daşıyır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı bəyanatda deyilir. Qeyd olunub ki, Gürcüstan namizəd statusu üçün Komissiyanın tövsiyəsind

04.11.2026 319
.