Mətanət İsgəndərli: "Ölümlə üz-üzə idim"

Mətanət İsgəndərli: "Ölümlə üz-üzə idim""Ömrüm boyu artıq çəki ilə mübarizə aparmışam. 30 ildir sənətdəyəm. Gənclik illərimdə arıq olmuşam. Amma bir çəkidə heç zaman qalmamışam. Dörd dəfə öz gücümə 35 kilo çəki atıb arıqlamışam.

Amma son vaxtlar çox çəki aldım. Onsuz da artıq çəkili idim. Pandemiya zamanı həkimlər deyirdi ki, yaxşı qidalanın, immunitet güclü olsun. Hər zaman da rejimimi saxlayırdım ki, əndazədən çıxmayım. Amma pandemiyada bu rejimi qoruya bilmədim.Yeyirdim."

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Xeyirli axşamlar" verilişində deyib.

Moskvada COVID-19 infeksiyasına yoluxan sənətçi ölümlə savaşdığı günlərini xatırlayıb. O bildirib ki, başına gələn hadisələr səbəbi ilə çəkisi 107 kiloqrama qədər yüksəldiyi üçün məcburi mədəkiçiltmə əməliyyatı olunub:

"Pandemiyada koronavirusa yoluxdum. Xəstəliyi çox ağır keçirdim. Ölümlə üz-üzə idim. 19 gün Moskvada reanimasiyada yatdım. 9 gün isə necə olduğumu belə xatırlamıram. Özümdə olmamışam. Həkimlər söylədilər ki, pəhriz saxlamamalısan, yemək yeməlisən, immunitet qalxsın. Ölmək istəmirsənsə, yeməlisən. İştaham yox idi.

Sonra qolum sındı. Hərəkət edə bilmədim. Daha sonra atamı itirdim. Stress, depressiya... Nəticədə, çəkim oldu 107 kiloqram. O çəkidə məni çox az insan gördü. Dəhşətli vəziyyətdə idim. Ayaq üstə dura bilmirdim, belim ağrıyırdı. Nə yata, nə qalxa bilirdim. Özümə dedim ki, belə yaşamaqdansa, ölmək daha yaxşıdır.

Mədəkiçiltmə əməliyyatı keçirdim. Əməliyyat çox riskli idi. Şükür ki, hər şey yaxşı oldu. Hər zaman yeməkdən qorxmuşam.

Hər zaman bir gözüm ac, bir gözüm tox olub. "Tox evin, ac pişiyi" olmuşam. Amma iştaham hər zaman yaxşı olub. Koronavirusdan sonra bu həyata çox bağlandım. Ölümümü gördüm və hiss elədim. İndiki halıma şükür edirəm. Başıma nə gəlirsə deyirəm ki, yadına sal... Nəfəs ala bilmirdim, qışqırırdım, boğulurdum. Dəhşətli idi. Elə bil ki, səni dənizdə boğurlar, amma ölmürsən". (oxu.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1464   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24.10.2026 562
.

Qızından Tünzalə ilə paylaşım - Fotolar

Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan onunla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Fidan anasının 50 illik yubileyində onunla çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Əbədi" şərhini yazıb

24.10.2026 620
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 524
.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı

25.10.2026 892
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 381
.

Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. BİG.AZ "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq

24.10.2026 940
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 607
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 809
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 395
.