İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlarAprelin 30-da Bakı şəhər halqasında "Formula-1" üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri yarışa baxırlar.

Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət Himnini "Eurovision-2018" müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib.

Açılış mərasimindən sonra "Formula-1" Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.

Qeyd edək ki, "Formula-1" yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır. Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. "Mercedes" komandasının heyətində Luis Hamilton və Corc Rassel, "Ferrari" komandasında Karlos Sayns və Şarls Lekler, "Williams"ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. "Red Bull Racing" komandasında Serxio Peres, Maks Ferstappen, "Alpha Tauri"də Nik de Vris və Yuki Tsunoda, "Alpine"da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, "Alfa Romeo"nun heyətində Valtteri Bottas və Cou Quanju, "McLaren"də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen "Haas", Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

"Formula-1" üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir. Bakı Qran-Prinin dördüncü mərhələsinə ev sahibliyi edir. Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

"Formula-1" Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan Qran-Prisinin ilk günündə "Formula-1" pilotları sərbəst yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull Racing" komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. "Ferrari"nin pilotu Şarl Lekler və "Red Bull Racing"in digər sürücüsü Serxio Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə "Ferrari"nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. "Red Bull Racing"in üzvləri Maks Ferstappen ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında "Ferrari" komandasının pilotu Şarl Lekler birinci olub. "Red Bull Racing"in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci, M.Ferstappen isə üçüncü olublar.

Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib. Üç mərhələdən sonra pilotların siyahısına "Red Bull Racing" komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan "Red Bull Racing"in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin"), 40 xalla Luis Hamilton ("Mercedes") və 24 xalla Karlos Saynz ("Ferrari") tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə "Red Bull Racing" (137 xal) komandasıdır. "Aston Martin" 69 xalla ikinci, "Mercedes" isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə "Ferrari" (37), "McLaren" (12), "Alpine" (8), "Haas" (7), "Alfa Romeo" (6), "Alpha Tauri" (1) və "Williams" (1) komandaları qərarlaşıb.

"Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda "Formula-2" yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Aprelin 28-də "Formula-2" 2 üzrə sərbəst və sıralanma yarışları təşkil olunub. Sərbəst yürüşdə "Preme Racing" komandasının pilotu Oliver Berman birinci olub. "Hitech"in üzvü İsak Hajar yarışı ikinci, "Campos Racing"dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver Berman fərqlənib. "Rodin Carlin" komandasının üzvü Enzo Fittipaldi ikinci, "ART Grand Prix"in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar. Ertəsi gün birinci sprint yarışında O.Berman bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, "Hitech"in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar. On dörd mərhələdən ibarət "Formula-2" yarışına noyabrın 24-26-da Əbu-Dabidə yekun vurulacaq.

Azərbaycan "Formula-1" yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda "Mercedes" komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (Red Bull Racing, 2017), Luis Hamilton (Mercedes, 2018), Valtteri Bottas (Mercedes, 2019), Serxio Peres (Red Bull Racing, 2021), Maks Ferstappen (Red Bull Racing, 2022) qalib gəliblər. 2020-ci ildə "Formula-1" Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. "Formula-1" mütəxəssisləri buna "Bakı sindromu" adı veriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1498   Tarix: 30 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərin tək başına çimərliklərə girişi qadağan edilir? - AÇIQLAMA

İstanbulda bəzi çimərliklərdə tək kişilərin və yalnız kişilərdən ibarət qrupların girişinə tətbiq olunan məhdudiyyətlər çimərliklərdə təhlükəsizlik, ictimai davranış və turizm siyasəti ilə bağlı müzakirələrə səbəb olur. Azərbaycanda oxşar məhdudiyyətin tətbiqi isə həm hüquqi və bərabərlik prinsipləri

17.08.2026 207
.

Microsoft-un "ən böyük səhvi" açıqlandı: Kompüterlərdəki bu düymə köhnəlib

"Microsoft"un Windows 11 kompüterlərinin klaviaturasına ayrıca "Copilot" düyməsi əlavə etməsi uğursuz qərar adlandırılıb. xarici KİV-ə istinadən xəbər verir ki, "Lenovo", HP və digər istehsalçılar cihazlarını süni intellekt xidmətini açan bu düymə ilə təchiz etməli olublar

17.08.2026 129
.

"Hələ çox illəri deyə-gülə yola salacağıq"

Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında Tural Əsədovla fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib: . "Nə qədər ki, gülməyə zarafatımız, danışmağa söhbətimiz, qırmağa qeybətimiz, kövrəlməyə səmimiyyətimi

17.08.2026 319
.

İrpen şəhərinin fəxri vətəndaşı adı - Azərbaycanın güclü diplomatiyasının növbəti təzahürü

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ukraynanın İrpen şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim edilməsi ölkəmizin beynəlxalq nüfuzunun və həyata keçirdiyi uğurlu xarici siyasət kursunun daha bir göstəricisi kimi qiymətləndirilir. Bu hadisə təkcə bir təltif deyil

17.08.2026 188
.

Bir sıra hərbi qulluqçular təltif edildi - Siyahı

Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçuları təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında v

17.08.2026 206
.

Prezident İlham Əliyevə İrpindən xüsusi ehtiram - Siyasi və humanitar mesaj

"Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşü və bu görüş çərçivəsində dövlət başçımıza İrpin şəhərinin "Fəxri vətəndaşı" vəsiqəsinin təqdim olunması beynəlxalq hüquq, regional təhlükəsizlik və humanitar diplomatiya baxımından mühüm siyas

17.08.2026 280
.

Amaliya Pənahovanın hədiyyə etdiyi xəncər satışa çıxarılıb?

Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid xəncərin Türkiyədə satışa çıxarıldığı deyilir. Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov Qaynarinfo-ya açıqlamasında satışa çıxarılan xəncərdən xəbərsiz olduğunu deyib:. "Biz Amaliya xanımla uzun illər bir yerdə işləmişik. Onun həyatı

17.08.2026 223
.

Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu

"Sumqayıt" kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib. "Qafqazinfo" xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda "Neftçi" ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib. 24 yaşlı oyunçu qapıya yumruq vurub

17.08.2026 267
.

Almaniya hökumət təyyarəsinin uçuşu yarımçıq qaldı - səbəb məlum oldu

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Bombardier Global 500" tipli hökumət təyyarəsi bir neçə gündür Seyşel adalarında qalıb. xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, təyyarə texniki nasazlıq səbəbindən təcili eniş etməli olub. Qəzetin məlumatına görə, təyyarə avqustu

17.08.2026 155
.