Kamran Quliyev: "Gələn mövsüm tam başqa "Neftçi" olacaq"

Kamran Quliyev: "Gələn mövsüm tam başqa "Neftçi" olacaq""Əminəm ki, gələn mövsüm tam başqa "Neftçi" olacaq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev yeni forma sponsoru ilə müqavilə imzalanma mərasimində jurnalistlərə açıqlamasında deyib.

Klub rəhbəri əsas komandanın nəticələrinə görə, azarkeşlərin narazılıqlarına da münasibət bildirib. O, növbəti mövsümlə bağlı da iddialı danışıb:

"Narazılıqlar yersiz deyil, başa düşürük. Azarkeşlər komandadan uğurlu nəticə gözəyirlər. Ambisiyalı, ciddi Müşahidə Şuramız var. Hədəflərimiz həmişə böyük olub. Amma bunu gerçəkləşdirmək üçün imkanlar məhdud idi. İnanıram ki, sponsorun, Müşahidə Şurasının dəstəyi ilə gələn mövsüm tam fərqli olacağıq. Bunun üçün əsaslar da var".

Funksioner baş məşqçi Laurentsiu Regekampfın komandadakı taleyinin Azərbaycan Kubokunun final oyununun nəticəsindən asılı olmadığını vurğulayıb.
O, rumıniyalı mütəxəssisə güvəndiklərini bildirib:

"İnanmıram ki, ölkə kubokunun finalındakı nəticə Regekampfın buradakı taleyinə aydınlıq gətirsin. Düzdür, qərarı tək mən vermirəm. Amma Regeyə inamımız var".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümü üçüncü pillədə başa vuran "Neftçi" ölkə kubokunun finalında iyunun 3-də "Qəbələ" ilə qarşılaşacaq. Laurentsiu Regekampfın "Neftçi" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 1343   Tarix: 01 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 457
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24.10.2026 544
.

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ABŞ-dən olan Conatan Yanqa məğlub olub. B.Ağayev daha əvvəl Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırmışdı

04.10.2026 638
.

Prezident Əhmədə nə dedi? - Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Prezident əvvəlcə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb

05.10.2026 747
.

Argentina milli komandasının qapıçısı: "Messi bizə hər şeyi öyrətdi"

Argentina yığmasının və Londonun "Çelsi" futbol klubunun qapıçısı Emiliano Martines Lionel Messinin onun üçün bir nümunə olduğunu bildirib. Bu barədə "Marca" nəşrinə istinadən xəbər verir. "Mən də eynilə Messi kimi getmək istərdim. O, bizə hər şeyi öyrətdi: uğursuzluğa düça

31.10.2026 331
.

Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı

Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal

09.10.2026 906
.

Azərbaycan boksçusu Avropa çempionu oldu

Azərbaycan idmançısı Cəmilə Muradlı Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub. xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimi il

11.10.2026 711
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20.10.2026 1245
.

Pyerluici Kollina da Bakıya gəldi - Video

Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı

26.10.2026 622
.