Pərvin Abıyevanı hansı cəza gözləyir?
Aktrisa Pərvin Abıyeva barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib. Buna səbəbsə aktrisanın külli miqdarda vergi borcunun olmasıdır. Belə ki, hazırda onun 9 686 manat vergi borcu var.
Bəs, külli miqdarda vergi borcu olan Pərvin Abıyevanı hansı cəza gözləyir?
Məsələyə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, əgər Abıyeva gəlirlərini qəsdən azaldıbsa və yaxud sənədləri saxtalaşdırıbsa, onda ona cinayət işi açıla bilər:
"Yox, əgər söhbət sadəcə hesablanmış vergini ödəməməkdən gedirsə, onda Vergi Xidməti onun ölkədən çıxışına "stop" qoya bilər. Bu, praktikada ən çox rast gəlinən haldır. Burada ikinci addım kimi Abıyevanın bank hesabları dondurula bilər. Bu zaman hesabdakı pullardan vergi borcları avtomatik olaraq çıxılır. Bank hesabı yoxdursa, onda Vergi Xidməti icra vərəqəsi yaza bilər. Qeyd edək ki, bu səlahiyyət vergi orqanlarına yeni verilib. Və bu icra həmin şəxsin əmlakına yönəldilir".
Əsabəli Mustafayev təəssüflə bildirib ki, Azərbaycanda belə bir hal formalaşıb ki, bəziləri gəlirlərini gizlətmək və vergidən yayınmaq üçün adına heç bir əmlak sənədləşdirmir:
"Belə vəziyyətdə isə Vergi Xidməti pulun Abıyevadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu müraciətdən sonra məhkəmə müvafiq qərar çıxarır. Əgər məhkəmənin bu qərarı da icra olunmasa, onda o şəxs barədə əvvəlcə İnzibati Xətalar Məcəlləsinə əsasən iş başlanılır. Burada həm həbs var, həm də cərimə. Əgər məhkəmənin bu qərarı da icrasız qalarsa, onda məhkəmə qərarının icra olunmaması ilə bağlı cinayət işi başlana bilər. Burada isə ancaq həbs cəzası var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2364 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQobustan körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Qobustan körpüsündə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. xəbər verir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsini
03.11.2026 219 İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib. Bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb. Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomi
03.11.2026 182 Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu - Foto
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
03.11.2026 249 İlham Əliyev həmkarını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Panama Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən ö
03.11.2026 269 Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Mən çoxlu insanın öldürülməsini istəmirəm, lakin məcbur qalsaq bunu edəcəyik. "Fox News"un xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, ABŞ-ın Venesueladakı əməliyyatını xatırladıb və Vaşinqtonun münaqişəni tez bitirə biləcəyini vurğulayıb. Tramp eyni məsələnin İrana da aid olduğun
03.11.2026 219 Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Belə ki, Kamil
03.11.2026 354 ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
03.11.2026 277 Məşhur aktyorla bağlı 63 milyon dollarlıq borc QALMAQALI
"The Princess Diaries" filmi ilə tanınan amerikalı aktyor Erik fon Dettenin əvvəllər çalışdığı qiymətli metalların satışı ilə məşğul olan "Rosland Capital" şirkətinin 63 milyon dollardan çox borcu olduğu məlum olub. xarici mediaya istinadən xəbər verir ki, iyul ayında müflis olduğun
03.11.2026 226 Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi
Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı. xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb. Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb. Bu əməllərinə görə onun barəsində İnzibati Xətala
03.11.2026 258