Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb.
"Report"un məlumatına görə, bəyanatda deyilir:
"Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanıb. İlkin məlumatlara əsasən, həmin məzarlıqda ən azı dörd nəfərin qalıqları tapılıb.
Xüsusi diqqət çəkən məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa həbsxanası ərazisində aşkarlanmışdır. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etmiş oldu.
Təəssüf hissi ilə bildiririk ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdurlaşmır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə daha öncə aşkarlanmış kütləvi dəfn yerləri ilə bağlı da Ombudsman tərəfindən dünya ictimaiyyətinə müraciətlər ünvanlanmış, Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda aparılmış yerində araşdırmaların nəticələrinə dair ayrıca hesabat hazırlanıb.
Azad olunmuş ərazilərimizdə davamlı olaraq kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətini bir daha sübut edir. Eyni zamanda, vurğulamaq istərdik ki, Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olmaqdadır. Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınıb.
Azərbaycan Ombudsmanı olaraq, bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasını sübut edən bu kimi hallarla bağlı Ermənistana qarşı zəruri tədbirlər görməyə və itkin düşmüş soydaşlarımızın taleyi barədə məlumatların əldə edilməsi ilə əlaqədar dəstək verməyə çağırıram".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 572 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya ABŞ və müttəfiqləri ilə birgə Filippinin şimalında Cənubi Çin dənizinə doğru raket atıb
Yaponiyanın Özünümüdafiə Qüvvələri çərşənbə günü ABŞ, Avstraliya və Filippin qüvvələri ilə birgə dəniz təlimi zamanı mübahisəli Cənubi Çin dənizi ilə üzbəüz sularda istismardan çıxarılmış Filippin Hərbi Dəniz Qüvvələrinin gəmisini vuraraq 88 tipli gəmi əleyhinə raket atıb. BİG.AZ Reuters-ə istinadə
15:01 201 Qan qrupunuz düşündüyünüzdən fərqli ola bilər: gizli "açar" aşkar edildi
Bu məlumatların yeni DNT-çiplərinin yaradılmasında istifadə olunması planlaşdırılır. İsveçdə yerləşən Lund University mütəxəssisləri transfuziologiya sahəsində mühüm irəliləyiş əldə edərək standart qan qrupu testlərinin niyə bəzən səhv nəticə verə bildiyini izah ediblər. xarici mediaya istinadən xəbə
18:30 193 Hörmüz boğazında Fransa gəmisinə hücum edilib, bir neçə heyət üzvü yaralanıb
Şirkət bildirib ki, çərşənbə axşamı baş verən hücum nəticəsində yaralanan heyət üzvləri təxliyə edilib və onlara tibbi yardım göstərilir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Fransanın CMA CGM gəmiçilik qrupu çərşənbə günü bildirib ki, gəmilərindən biri olan San Antonio Hörmüz boğazında
15:21 222 Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
22:15 118 Seçkilər öncəsi İrəvanın hədəfi: Avropadan dəstək
Ermənistanın Baş naziri Nikol Paşinyan və onun "Vətəndaş Müqaviləsi" Partiyası seçkilər ərəfəsində Avropa İttifaqı-ndan dəstək nümayiş etdirməkdə maraqlıdır. xəbər verir ki, politoloq və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev bunu Komsomolskaya Pravda Radiosu-nda Aİ-Ermənista
13:30 185 Ukrayna Rusiyanın Kiyevin başlatdığı atəşkəsi pozduğunu iddia edir
Ukrayna Rusiyanı çərşənbə axşamı gecə yarısı Prezident Vladimir Zelenskinin başlatdığı atəşkəsi pozmaqda günahlandırdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, rəsmilər ölkənin şimal və şərqindəki bölgələrdə bir nəfərin öldüyünü və üç nəfərin yaralandığını bildirdilər. Ukraynanın xarici işlər nazir
14:52 198 Yol tikintisi zamanı qızılla dolu məzar tapıldı - Qədim türklərə aiddir
Rumıniyanın Timișoara şəhəri yaxınlığında dairəvi avtomobil yolunun tikintisi zamanı arxeoloqlar eramızın VI-VII əsrlərinə aid qədim avar dəfnini aşkar ediblər. xarici mediaya istinadla xəbər verir ki, qazıntı sahəsində atlı döyüşçünün və onun atının qalıqları, həmçinin qızıl, gümüş və bürüncdən hazırlanmı
18:45 193 Ekspert: Əvvəl peşə, sonra sosial media
"Son illərdə, xüsusilə gənclər arasında YouTube və digər sosial media platformaları vasitəsilə pul qazanmaq fikri geniş yayılıb. İlk baxışda bu model cəlbedici görünür: sərbəst iş qrafiki, tanınmaq və sürətli qazanc imkanı. Lakin reallıq göründüyü qədər sadə deyil". Bunu -a açıqlamasında İnformasiy
15:23 208 "Son iki ildə inhisarçılıq dahada güclənib" - vəkil Əkrəm Həsənovla MÜSAHİBƏ
Son iki ildə inhisarçılıq dahada güclənib. Səbəb odur ki, nədənsə Rəqabət Məcəlləsi çox gec qəbul olundu. Deməli kimlərsə maraqlı idiki bu məcəllə gec qəbul olunsun". Bu sözləri BİG.AZ-a müsahibəsində vəkil Əkrəm Həsənov bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləyə bilərsiniz:. Müəllif
16:11 400